Türkiyədə 6,1 maqnitudalı zəlzələ olub - (Yenilənib)
Tarix: 28-10-2025 07:36 | Bölmə: Slayd
Türkiyədə 6,1 maqnitudalı zəlzələ olub - (Yenilənib)

Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, ilkin məlumata görə, zəlzələdən ümumilikdə 22 nəfər zərər çəkib.

Balıkesir vilayətinin rəhbəri İsmail Ustaoğlu deyib ki, yaralılar dərhal xəstəxanaya çatdırılıblar. Onlardan 18 nəfəri evə buraxılıb, 4 nəfərinin müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Zəlzələ nəticəsində üç bina və bir mağazanın dağıldığı bildirilir.

***

Türkiyənin Balıkesir əyalətindəki zəlzələ nəticəsində dörd bina dağılıb.

Reyting.az
NTV-yə istinadla xəbər verir ki, bunu ölkənin Daxili işlər naziri Əli Yerlikaya bildirib.

Onun sözlərinə görə, mütəxəssislər üç evin və bir binanın dağıldığını qeydə alıblar. Sonuncuda mağaza yerləşirdi.

Məlumatda qeyd olunur ki, bir neçə məhəllənin sakinləri zəlzələ zamanı evlərini tərk ediblər və indi geri qayıtmaqdan qorxurlar. Başqa bir təbii fəlakət baş verərsə, onlar çöldə qalmağa üstünlük verirlər.




Bölməyə aid digər xəbərlər
21-10-2025, 13:59 Ukrayna parçalana bilər