Netanyahu Maskla süni intellekti müzakirə edib
Tarix: 19-09-2023 00:04 | Bölmə: Xəbərlər
Netanyahu Maskla süni intellekti müzakirə edib

İsrailin baş naziri Benyamin Netanyahu milyarder iş adamı İlon Maskla texnologiya və süni intellekt haqqında danışmaq üçün ABŞ-a səfərini Kaliforniyadan başlayıb.

Reyting.az
xəbər verir ki, Netanyahunun San-Fransiskoya yüksək profilli səfəri Maskın sosial media platformasında antisemit yazılarına dözmək ittihamları ilə üzləşdiyi, Netanyahu isə daxildə və xaricdə siyasi müxalifətlə üzləşdiyi vaxta təsadüf edir.

Netanyahunun rəsmi “Twitter” hesabında onun Mask ilə “tək-tək söhbət” etdiyinə dair bir mesaj yayılıb.

Netanyahu Maska Birinci Düzəliş çərçivəsində sosial media platformasında antisemitizm və digər nifrət formaları ilə mübarizə aparmaq üçün bir yol tapa biləcəyinə ümid etdiyini söyləyib.

“Mən sizi təşviq edirəm və tarazlığı tapmağa çağırıram. Bu çətin məsələdir”, - Netanyahu bildirib.

Mask isə öz növbəsində, “gündə 100-200 milyon “Twitter” yazısının bəzilərinin pis ola biləcəyini" söyləyib.

Onu da xatırladaq ki, İsrailin baş naziri bazar ertəsi “X” mikrobloqunda yazmışdı ki, o, “Tesla” şirkətinin rəhbəri ilə "sivilizasiyanın xeyrinə süni intellektin imkanlarından necə istifadə edə və riskləri azaltmaq haqqında" danışmağı planlaşdırır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}