14:30 / 05-07-2025
Sabah yağış yağacaq
Yasamalda partlayış olub, xəsarət alan var - Fotolar
Tarix: 06-02-2024 08:01 | Bölmə: Xəbərlər
Yasamalda partlayış olub, xəsarət alan var

Bakının Yasamal rayonunda partlayış baş verib.

Reyting.az
xəbər verir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb.

Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)








Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib