Bir qrup şəxsin aylıq müavinəti dayandırılıb
Tarix: 03-07-2025 09:44 | Bölmə: Xəbərlər
Bir qrup şəxsin aylıq müavinəti dayandırılıb

Azərbaycanda bir qrup şəxsin aylıq müavinəti dayandırılıb.

Reyting.az
"Teleqraf"a istinadla xəbər verir ki, məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmamış rayon sakininə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan qadınların və onların uşaqlarının vahid aylıq müavinətləri 2025-ci il iyulun 1-dən kəsilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası" Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilib.

"Bu qayda əsasında vahid aylıq müavinət alan məcburi köçkünlərə dövlət büdcəsindən müvafiq vəsaitin ödənilməsi davam etdirilir. Bu və digər bəndlərin icrası müntəzəm xarakter daşıyır. Mütəmadi dürüstləşdirmə tədbirləri çərçivəsində, müəyyən edilmiş qaydalara əsasən məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsini istisna edən hallar aşkar olunduqda, həmin şəxslərə müavinətin ödənişi dayandırılır", - Dövlət Komitəsindən qeyd olunub.




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub