İki ölkə nüvə stansiyalarını təcili bağlayıb
Tarix: 03-07-2025 11:58 | Bölmə: Xəbərlər
İki ölkə nüvə stansiyalarını təcili bağlayıb

Avropaya təsir edən həddindən artıq istilər qitədə nüvə enerjisi istehsalını dayandırıb.

Reyting.az
xəbər verir ki, İsveçrə və Fransada bəzi atom elektrik stansiyaları (AES) çayların su ehtiyatlarını yararsız hala salan yüksək temperatur səbəbindən fəaliyyətini qismən və ya tamamilə dayandırmalı olub.

AES reaktorları soyutmaq üçün adətən yerli çaylardan və ya dənizlərdən su vurur və bu suyu istifadədən sonra daha yüksək temperaturda yenidən təbii mühitə buraxır. Lakin suyun həddindən artıq yüksək temperaturu həm soyutma funksiyasını təsirsiz edir, həm də ekosistemə zərər vurma riski yaradır.

Artıq qızdırılmış suyun yenidən çaylara və dənizlərə buraxılması yerli biomüxtəliflik üçün ciddi təhlükələr yaradır.

İsveçrədəki Beznau AES-i işlədən Axpo, çay suyunun temperaturu təhlükəsiz həddi aşdıqdan sonra stansiyadakı iki reaktordan birini tamamilə bağladığını, digərinin isə azaldılmış gücdə işlətdiyini bildirib.

Oxşar vəziyyət həm də Fransadadır. Ölkənin cənubundakı Tarn-et-Garonne bölgəsində yerləşən və 18 AES-in olduğu Qolfech AES isti xəbərdarlığından sonra fəaliyyətini dayandırıb. Elektrik istehsal şirkəti EDF bölgədəki çay suyunun soyuducu su istifadə edilmədən də 28 dərəcəyə qədər istiləşə biləcəyi və bu vəziyyətin ekosistem üçün ciddi risk yaratdığı barədə xəbərdarlıq edib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub