Keçmiş prezidentə 8 il həbs cəzası verilib
Tarix: 25-02-2024 00:28 | Bölmə: Xəbərlər
Keçmiş prezidentə 8 il həbs cəzası verilib

Tunis məhkəməsi ölkənin keçmiş prezidenti Monsef Marzukini qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edib.

Reyting.az
xəbər verir ki, bu barədə Tunisin dövlət xəbər agentliyi TAP məhkəmənin sözçüsü Mohamed Zituna istinadla məlumat yayıb.

Bildirilir ki, Parisdə yaşayan Marzukiyə qarşı ittihamlar onun hökuməti devirməyə çağırışları ilə bağlıdır.

Keçmiş prezidentin vəkili Samir Ben Amor “The Associated Press”-ə bildirib ki, hökm hökumətin “opponentlərə qarşı siyasətini sərtləşdirməsini” nümayiş etdirir.

Onu da qeyd edək ki, Marzuki 2011-ci ilin dekabrından 2014-cü ilin dekabrına kimi Tunisin prezidenti olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər