Ay stansiyası üçün nüvə qurğusu hazırlayırlar
Tarix: 08-05-2024 11:04 | Bölmə: Xəbərlər
Ay stansiyası üçün nüvə qurğusu hazırlayırlar

Rusiya ilə Çin birlikdə Ay stansiyası üçün atom elektrik stansiyasının hazırlanmasına başlayıblar. Bunu “RİA Novosti”yə “Roskosmos” dövlət korporasiyasının baş direktoru Yuri Borisov bildirib.

Reyting.az
xatırladır ki, mart ayında baş direktor Rusiya və Çinin 2033-2035-ci illərdə Ayda atom elektrik stansiyası yerləşdirə biləcəyini demişdi.

Astronavtika üzrə ekspert Andrey İoninin sözlərinə görə, Rusiya və Çin Aya tam nüvə reaktoru deyil, nüvə batareyaları kimi tanınan radioizotop termoelektrik generatorları göndərə bilərlər.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}