08:42 / 27-10-2025
Məşhur aktyor və musiqiçi dünyasını dəyişib
08:34 / 27-10-2025
İstanbul danışıqları daha iki gün davam edəcək
08:30 / 27-10-2025
“Tramp daha çox mafioza bənzəyir” - Professor
07:54 / 27-10-2025
Yeddi milyard dollarlıq layihənin icrasına başlayırlar
07:51 / 27-10-2025
Kino şirkətlərinin müqaviləsi kütləvi etirazla qarşılanıb
18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
11:28 / 26-10-2025
İlham Əliyev Avstriya prezidentinə məktub göndərib
10:46 / 26-10-2025
Trampın iştirakı ilə sülh sazişi imzalanıb
10:27 / 26-10-2025
Azərbaycan millisinin üzvü əməliyyat olunub
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
17:55 / 25-10-2025
“Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya gedib
15:45 / 25-10-2025
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
13:09 / 25-10-2025
Sabah yağış yağacaq - Proqnoz
11:31 / 25-10-2025
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
11:01 / 25-10-2025
Metroda dava salan 4 nəfər saxlanılıb
10:34 / 25-10-2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
10:17 / 25-10-2025
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
10:02 / 25-10-2025
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
09:30 / 25-10-2025
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
09:05 / 25-10-2025
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
00:13 / 25-10-2025
Prezident Qubadlı ilə bağlı video paylaşıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
23:49 / 24-10-2025
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
20:54 / 24-10-2025
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
Tarix: 02-04-2024 20:28 | Bölmə: Müsahibə

Əks-kəşfiyyat xidmətinin sabiq rəhbəri deyir ki, hava hücumu reallaşarsa, itkilər böyük ola bilər
Moldova Respublikasının əks-kəşfiyyat xidmətinin sabir rəhbəri Aleksandr Balan unian.ua-ya müsahibə verib. Reyting.az müsahibənin maraqlı olduğunu nəzərə alaraq ixtisarla təqdim edir:
- Cənab Aleksandr Balan, Moldovada vəziyyəti müşahidə edirsinizsə, bəzi müşahidəçilər ölkədə rusiyayönlü partiyaların baş qaldırdığını qeyd edirlər. Bunun səbəbləri nədir?
- Moldova Respublikasının Konstitusiya Məhkəməsi rusiyayönlü “Şor” partiyasının fəaliyyətini bərpa edib. Həmin partiya ötən ilin payızında keçirilən son yerli seçkilərdə seçkiqabağı yarışdan kənarlaşdırılıb. Rusiyayönlü siyasi qüvvələr arasında birinci yerdə olan bu partiya Moldovada qanuni işləmək imkanından məhrum edilib. İndi Konstitusiya Məhkəməsinin qərarı sayəsində onun fəaliyyəti bərpa olunub. Bu, rusiyayönlü qüvvələrə qarşıdan gələn prezident (2024-cü ilin noyabrında keçiriləcək-red.) və parlament seçkilərində (2025-ci ildə keçiriləcək-red.) öz payını qazanmağa imkan verəcək amillərdən biridir.
Rusiyayönlü qüvvələr arasında ikinci yerdə keçmiş prezident Dodonun rəhbərlik etdiyi Sosialist Partiyasıdır. O, ölkəmizdə siyasi arenada özünü çox fəal aparır. Moskva yaxınlığındakı “Crocus City Hallda” baş verən terror aktından sonra o, Rusiyaya başsağlığı verən və Rusiyanın Kişinyovdakı səfirliyinə gül dəstələri qoyan ilk siyasi liderlərdən biri oldu.
- Moldovada prezident seçkilərindən danışsaq, hazırda rusiyayönlü namizədlərin mövqeləri nə dərəcədə güclüdür?
- Son sorğulara əsasən, bizdə prezident seçkilərinin iki turu olacaq. Bu statistikaya görə birinci yerdə xanım Sandu (Moldovanın hazırkı prezidenti Maya Sandu-red.) dayanır. Tutaq ki, ikinci namizəd - rusiyayönlü partiyalardan - cənab Dodon olacaq. Bununla belə, mənim nəzərdə tutduğum sorğulara görə, onun finalda qalib gəlmək şansı yoxdur. Yəni, xanım Maya Sandu öndədir. Beləliklə, rusiyayönlü qüvvələr Dodon liderliyində təmsil olunsalar da, Moldovada keçiriləcək prezident seçkilərində qalib gələ bilməyəcəklər.
- Bəs onlar başqa namizəd tapa bilsələr…
- Digər namizəd ancaq avropapərəst ola bilər. Belə olan halda ya Maya Sandu, ya da başqa bir avropapərəst namizədin qalib gəlmək şansı var.
Prezidentlik yarışının nəticələrinə əsasən, mən Moldova Respublikasının xarici siyasət kursunda dəyişiklik görmürəm. Parlament seçkiləri isə daha çətin olacaq.
- Əgər Moldovada keçirilən parlament seçkilərini qeyd etmişiksə, onların nəticələri ölkənin xarici siyasətinə təsir edəcəkmi?
- Mən burada da indiki avropayönlü siyasətə xələl gətirə biləcək hər hansı rusiyayönlü ittifaqların yaradılması perspektivini görmürəm. İstənilən qrafikə uyğun olaraq kurs davam etdiriləcək və biz Ukrayna ilə birlikdə hazırda Xarici İşlər Nazirliyimiz və Ukrayna Xarici İşlər Nazirliyinin masalarında olan xarici siyasəti inkişaf etdirməyə davam edəcəyik.
Sosioloji sorğulara görə, nə indiki hakim partiya PAS, nə də sosialistlər səs çoxluğu əldə edə bilməyəcək. Parlamentə həm mərkəzçi partiyalar, həm də sağ partiyalar daxil olacaq. Ona görə də sağ və sol partiyalardan koalisiya yaratmalı olacaqlar. Düşünürəm ki, onların hamısı razılığa gəlib, avropayönlü koalisiya yarada biləcəklər. Baxmayaraq ki, rusiyayönlü adlanan partiyaların nümayəndələrini qəbul etməli olacağı istisna edilmir.
Yeri gəlmişkən, 2019-cu ildə belə bir koalisiyamız var idi. O zaman Maya Sandu baş nazir, cənab Dodon isə prezident idi.
- Moldovada biznesin kifayət qədər böyük hissəsi rus köklərinə malikdir və ya ümumiyyətlə rusdur. Məsələn, “LUKoil” şirkəti. Moldovanın anti-Rusiya sanksiyalarına formal qoşulmasını nəzərə alaraq, Rusiya kapitalının siyasi proseslərə təsirini necə qiymətləndirirsiniz?
- Onların heç bir ciddi perspektivi yoxdur. Baxın, ““LUKoil”-dən başqa bizim “Qazprom”un da nümayəndəliyi var – “Moldovaqaz”. “Moldovaqaz”la “Qazprom” arasında müqavilə bu il başa çatır. Biz Rumıniyadan enerji təchizatına keçidin son mərhələsindəyik. Biz Moldova iqtisadiyyatının inkişafını Avropa İttifaqı ilə bağlı layihələrlə görürük. Bundan əlavə, görürəm ki, Ukraynadan investisiyaların perspektivi açılır: Ukraynanın neft şirkətlərinin Moldovada işləmək imkanı var.
- Dnestryanıda baş verən son hadisələrdən danışaq. Deputatların “Konqresi” Rusiya Federasiyasının köməyinə ehtiyac barədə bəyanat qəbul edib...
- Reinteqrassiya prosesi müsbət gedir. Bunu niyə deyirəm? Dnestr çayının sol sahilində istehsal olunan mal və xidmətlərin təxminən 60 faizi Avropa İttifaqına ixrac edilir.
İkincisi, yanvarın 1-dən ölkəmizdə Gömrük Məcəlləsi dəyişdi, ona görə Dnestryanı bölgənin bütün sahibkarları Moldova Respublikasının büdcəsinə vergi ödəməyə borcludurlar, indiyə qədər isə belə deyildi.
Daha bir məqam - Ukrayna tərəfində Dnestryanı ilə sərhəd tamamilə bağlıdır. Yəni Rusiyanın tammiqyaslı işğalına qədər Dnestryanı bölgədə yaşayan vətəndaşlar Dnestryanı dövlət nömrə nişanları ilə Ukraynaya gedə bilirdilərsə, Dnestryanı pasportları ilə Ukraynaya gedirdilərsə, indi bu, baş vermir. Bu nəyə gətirib çıxardı? Dnestryanıda yaşayan vətəndaşlar kütləvi şəkildə həm daxili, həm də xarici Moldova pasportlarını almağa başlayıblar. Bu onlara Ukrayna və Aİ daxilində sərbəst hərəkət etməyə imkan verir.
Moldovanın reinteqrasiyasına töhfə verən digər mühüm element Dnestryanı adlanan ölkənin xarici işlər naziri Vitali İqnatyevin Kolbasniyada yerləşən bütün sursat arsenalının məhv edilməsinin zəruriliyi barədə bəyanatıdır. Yəni dnestryanlıların döyüş sursatlarının utilizasiyası ilə bağlı danışıqlara gedə biləcəyinə işarə var idi. Niyə indi bu haqda danışdı? Düşünürəm ki, onlar təhdidləri başa düşürlər. Allah eləməsin bu anbar partlasın, humanitar fəlakətə gətirib çıxarar...
- Belə çıxır ki, Rusiya Federasiyası Moldovada reinteqrasiya ilə bağlı danışıqların mümkünlüyünü görərək hər şeyə əl atıb?
- Belə nəticə çıxır. Hətta “Rusiya Federasiyasına qoşulmaq” haqqında deyilən bəyanatlardan sonra da Rusiya tərəfi Dnestryanıdan gələn belə bir müraciətə hələ də cavab verməyib. Rusiyanın Dnestryanı ilə bağlı ən böyük problemi Rusiyanın separatçı ərazi ilə bir santimetr sərhədinin olmamasıdır. Bundan əlavə, Ukraynanın sayəsində Rusiyanın indi bu məsələni qaldırmaq imkanı yoxdur. Məhz buna görə də Dnestryanı “qoşulma” ərizəsinə cavab almayıb.
- Dnestryanıda hərbi kontingent qalır. Böyük ordu olmamasına baxmayaraq, Moldova üçün “kiçik yaşıl adamlar”ın meydana çıxma riski varmı?
- Dnestryanı bölgədəki Rusiya kontingentinə gəlincə, bunlar Rusiya Federasiyasının qondarma sülhməramlı qüvvələridir. Təbii ki, Rusiya xüsusi xidmət orqanları yatmır, “mavi dəbilqəlilər” və “balaca yaşıl adamlar” adı altında həyata keçirməyə çalışıblar və çalışırlar. Amma, xatırladığım qədər, 2014-cü ildən 2018-ci ilə qədər Moldova Respublikası və Ukrayna xüsusi xidmət orqanlarının birgə səyləri nəticəsində biz bu “kontingenti” təxminən 40 faiz azalda bildik. Buna necə nail olundu? Biz onları sərhəddə tapıb Rusiya Federasiyasına qaytardıq.
2019-cu ildən, prezident Sandu hakimiyyətə gəlməzdən əvvəl bu mexanizm zəiflədi və rus qüvvələrini tab gətirə bildilər. Amma indi “kiçik yaşıl adamlar”ın giriş-çıxışı faktiki olaraq dayandırılıb. Rəsmi məlumatlara görə, Dnestryanı ərazisində 2500 rus əsgəri var idi. Mənə elə gəlir ki, indi 2 min civarındadır. Biz bu kontingentin həm Ukrayna, həm də Moldova üçün real təhlükəsini görmürük.
- Güclü hava hücumunun nəzəri variantı qalırmı?
- Nəzəri cəhətdən belə bir ssenari də mümkündür, lakin onlar başa düşürlər ki, böyük itkilər olacaq.
- Qaqauziyanın rəhbəri Yevgeniya Hutsulun sözlərinə görə, Vladimir Putin görüşdə ona ciddi dəstək vəd edib. Ukrayna və Moldova bundan narahat olmalıdırmı?
- Bir daha qeyd etmək istəyirəm ki, Rusiyanın Moldova ilə ümumi sərhədi yoxdur. Ona görə də belə şeylər ancaq ifadələrdir, reallıqda həyata keçirilməsi mümkün olmayan ideyalardır. Xanım Hutsul və Dnestryanı adlanan liderlər, ilk növbədə, Moldova vətəndaşlarıdır. Və unutmamalıdırlar ki, onlar Moldova qanunlarının yurisdiksiyasındadırlar. Yəni hər an Moldovanın dövlətçiliyinə və bütövlüyünə qarşı hərəkətlərinə görə cavab verə bilərlər. Onlar bunu bilirlər və yaxşı başa düşürlər ki, qanun pozuntusuna yol verildiyi təqdirdə qanun çərçivəsində cavab verəcəklər.
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki