11:00 / 28-10-2025
Prezident İlham Əliyev Sabirabada gedib - Fotolar
10:47 / 28-10-2025
Şəhidlə vida mərasimi keçirilib - Fotolar
10:44 / 28-10-2025
Millimizin İslandiya və Fransa oyunları üçün biletlər satışa çıxarılıb
10:42 / 28-10-2025
Rusiyadan Türkiyəyə qaz tədarükü artıb
10:29 / 28-10-2025
13 universitet Türk Universitetlər Birliyinə üzv qəbul olunub
10:22 / 28-10-2025
Rumıniya Senatının sədri Azərbaycanda səfərdədir
10:18 / 28-10-2025
Aparıcı Nigar Fərhadın avtomobili oğurlanıb
10:13 / 28-10-2025
Deputat: Ukraynaya hərbi yardım 45 faiz azalıb
10:10 / 28-10-2025
Lisey və gimnaziyalara şagird qəbulu qaydası dəyişib
09:47 / 28-10-2025
Pakistan Senatının sədri Azərbaycana gəlib - Foto
09:41 / 28-10-2025
Yer kürəsində maqnit fırtınası başlayır
09:39 / 28-10-2025
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyunlarına start verilir
09:17 / 28-10-2025
Azərbaycan BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını imzalayıb
08:58 / 28-10-2025
İtaliyada yoxsulluq ən yüksək həddə çatıb
08:50 / 28-10-2025
Pop-diva özünü alçaldılmış hiss edir
08:42 / 28-10-2025
Britaniya Türkiyəyə döyüş təyyarələri verəcək
08:33 / 28-10-2025
Qəzzada ölənlərin sayı 68 527 nəfərə çatıb
08:28 / 28-10-2025
Trampı Tokio səfərində sürpriz gözləyir
08:22 / 28-10-2025
Zelenskinin tələbinə Londondan cavab verilib
07:56 / 28-10-2025
Mehdiyevin məktubu Müsavatla AMİP arasında mübahisə yaradıb
07:36 / 28-10-2025
Türkiyədə 6,1 maqnitudalı zəlzələ olub - (Yenilənib)
07:23 / 28-10-2025
Qarabağın daha iki kəndinə köç karvanı gedir
00:03 / 28-10-2025
Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür
21:28 / 27-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsində zərərçəkmişlərin ifadələri elan olunub - Yenilənib
20:31 / 27-10-2025
"Bank Respublika"nın borcları artıb - Əmanətlər geri çəkilib
20:19 / 27-10-2025
Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır - Müraciət
19:59 / 27-10-2025
Rəşad Dağlı əməliyyat olunub
19:51 / 27-10-2025
Ciddə Qülləsi dünyanın ən hündür göydələni olacaq - Foto
18:08 / 27-10-2025
Ceyhun Bayramov Ayşe Berris Ekinci ilə görüşüb
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
20:19 / 27-10-2025
Nazir məktəbin acınacaqlı vəziyyətinə biganə yanaşır - Müraciət
23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Xaliq Fərzəliyev: “Atam qəhrəman kimi Qazaxıstanda da çox tanınır” - Müsahibə
Tarix: 11-04-2024 00:49 | Bölmə: Müsahibə / Slayd

Milli Qəhrəman Pəhlivan Fərzəliyevin oğlu deyir ki, 44 günlük savaşda iştirak etmək arzusu həyata keçməsə də, döyüşlərin şiddətli vaxtında atasının şəhid olduğu Xəzəz dağını ziyarət edə bilib
Pəhlivan Fərzəliyev Birinci Qarabağ Müharibəsində göstərdiyi igidliklərə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına (8.10.1992-ci ildə) layiq görülüb.
Xatırladaq ki, Pəhlivan Əhliman oğlu Fərzəliyev 1958-ci ildə, sentyabrın 27-də Füzuli rayonunun Qobu Dilağarda kəndində anadan olub. Milli Ordu sıralarında döyüşən və BTR-in ekipaj komandiri təyin olunan polis baş leytenantı P. Fərzəliyevin taqımı qəhrəmanlıq göstərərək Füzulinin keçmiş Dağlıq Qarabağla həmsərhəd kəndlərinin qorunmasında böyük şücaət göstərib. Məhz onun şücaəti nəticəsində Xələfşə kəndində bir erməni bölüyü və düşmənin hərbi texnikaları məhv edilib.
P. Fərzəliyev Füzuli Rayon Polis Şöbəsinin inspektoru vəzifəsində işləyib və rayonda PPX-nın üçüncü tağımına rəhbərlik edib. Cəsurluğu və qorxmazlığı ilə tanınıb. 1991-ci ilin payız döyüşlərində P. Fərzəliyev ekipaj komandiri kimi fərqlənib. 1992-ci ilin 11 aprelində Qacar kəndi uğrunda növbəti döyüş taqım komandiri üçün son savaş olub.
Reyting.az-ın həmsöhbəti Milli Qəhrəmanın böyük oğlu Xaliq Fərzəliyevdir:
- Atam, polis baş leytenantı Pəhlivan Fərzəliyev 1990-cı ilin yanvarın 20-də Sovet ordusu tərəfindən törədilən faciədən sonra elə həmin illərdə vətəninə dayaq durmaqdan ötrü illərlə öz ailəsi ilə birlikdə yaşadığı, işlədiyi Qazaxıstandan Azərbaycana gəlib. Birinci Qarabağ Savaşı başlayan kimi könüllü olaraq, zabit təcrübəsini vətən uğrunda vuruşanlarla, Azərbaycan Milli Ordusu ilə bölüşməkdən ötrü müharibəyə yollanıb. O vaxt mənim 7 yaşım var idi. Demək olar, atamı nadir hallarda, bəzən gecələr evə gələndə görərdim. O, doğma ata-baba yurdu Füzuli rayonunun müdafiəsi uğrunda iki il savaşıb. 1992-ci ildə atam döyüşdə qəhrəmancasına şəhid olanda valideynlərimin böyük oğul övladı kimi mənim 9 yaşım var idi. Buna görə də nə xatirə varsa, nə görmüşəmsə, yaddaşıma qırıq-qırıq həkk olunub.
Mən atam barədə kənd camaatının söhbətlərindən, qohum-əqrəbanın dediklərindən, bir də atam haqqında kitablarda yazılanlardan daha çox şey öyrənmişəm. Bütün bunların sayəsində məndə atam barədə müəyyən mənada dolğun təəssürat yaranıb.
- Atanız müharibədən öncə qürbət ölkədə yaşayıb, Qazaxıstanda polis zabiti olub...
- Biz ailəlikcə Qazaxıstanda yaşamışıq. Atam Azərbaycanda təhsilini başa vurduqdan sonra Orenburq (Rusiya) Politexnik İnstitutuna qəbul olunub. Sonradan ailəsi ilə birlikdə Qazaxıstanın Aktyubinsk şəhərində yaşayıb və həmin şəhərdə polis baş leytenantı kimi xidmətdə olub.
- Atanızın Qazaxıstandakı dostları ilə əlaqəniz varmı?
- Sıx əlaqəm yoxdur. Ancaq atamın orada çalışdığı dövrlərdə əhali arasında qazandığı böyük ehtiram və unudulmaz xətir-hörmətin şahidiyəm, çünki bütün bunları öz gözlərimlə görmüşəm.

Hələ 10 il öncə mən Qazaxıstanda qonaq olanda, orada yaşayan azərbaycanlılarla yanaşı digər millətlərin nümayəndələri ilə də ünsiyyət quranda onlar atam haqqında coşquyla, səmimi şəkildə təəssüratlarını bölüşürdülər. Mən onlar üçün doğma bir şəxs, yəni "Bizim Pəhlivanın oğlu" idim.
Atam Milli Qəhrəman kimi, bəlkə də Azərbaycandan daha çox Qazaxıstanda tanınır. Axı atam orada həm də çempion kimi ad-san çıxarmışdı. Qazaxlar polis zabiti Pəhlivan Fərzəliyevi həm də sərbəst güləş və ağırlıqqaldırma üzrə dəfələrlə çempion olmuş, birincilik uğrunda yarışlarda önə çıxmış məhşur bir idmançı kimi də xatırlayırlar. Bir sözlə, atam Qazaxıstanın, bu ölkənin, bu xalqın sevimli idmançısı kimi tanınmaqla yanaşı, həm də bir polis zabiti kimi seçilib.
Bir hadisəni də danışım...
Bir müddət əvvəl Qazaxıstana dəvət olunmuşdum. Məlum oldu ki, bu ərəfədə iki tədbir olacaq və mən hər iki tədbirdə iştirak etməliyəm. İlk tədbir Yeni illə bağlı əyləncəli xarakter daşıyırdı. İkinci tədbir isə Xocalı soyqırımına həsr olunmuşdu. Mən dəvət aldığım hər iki tədbirdə iştirak etdim. Deməli, restoranda Yeni il şənliyi ilə bağlı bayram tədbiri keçirilirdi, mənə də söz verdilər. Çox yaddaqalan bir məqam idi. Təsəvvür edin ki, mən dayımın qonağı kimi uzun bir təbrik nitqi söyləyirəm və həm də dinlənilmədiyimi hiss edirəm, elə bu zaman mikrofona dedim: "Mən Pəhlivan Fərzəliyevin oğluyam". Bu zaman sanki zal çalxalandı, hamı ayağa qalxdı və uzun sürən gürultulu alqışlarla məni salamladılar. Və bir daha əmin oldum ki, Qazaxıstanda da atamı öz qəhrəmanı hesab edən çoxsaylı insan var.
Qazaxıstanda olduğum müddətdə dövlət qulluqçuları, müxtəlif təbəqələrin adamları mənə zəng edir, isti münasibət qurmaqla atamı unutmadıqlarını bildirirdilər.
- Azərbaycanın dar günündə vətəninin, el-obasının köməyinə gələn, Füzuli rayonu uğrunda döyüşlərdə işğalçı ermənilərə qan uddurub şücaət göstərən, düşmənlə savaşda şəhidlik məqamına ucalan Pəhlivan Fərzəliyevin ölümündən sonra üç övladı atasız qaldı. Sözsüz ki, hər bir uşaq üçün ata itkisi çox ağır olur. Atasız günləriniz, illəriniz necə keçirdi, qayğılarınızı kimlərlə bölüşürdünüz?
- Atamdan sonra çətin və qayğılı günlərimiz başladı. Bayaq dediyim kimi, mənim 9 yaşım vardı, ikinci sinifdə oxuyurdum. Bacım və qardaşım məndən kiçik idi. Anam isə 28 yaşında... Təsəvvür edin, atasız qalan uşaqları böyütməkdən ötrü anam necə əzab-əziyyətlərə qatlaşıb. Amma vaxt ötdü, çətinliklə olsa da, anam bizi böyütdü.

Atam şəhadətə qovuşandan sonra bizim ailəyə də arxa-dayaq durdular. Ailənin üç arxası var idi: Göydə Allah, Yerdə anam, bir də dövlətimiz!
Ətrafımızda dərdimizi, mənəvi və maddi problemlərimizi bölüşə biləcəyimiz elə də çox insan yox idi. Ancaq yenə də ən böyük qayğını dövlətimizdən gördük. Həmin illər ulu öndər Heydər Əliyev hakimiyyətdə idi və dövlət tərəfindən şəhid ailələrinə xüsusi diqqət, qayğı var idi.
Yeri gəlmişkən, onu da qeyd edim ki, Azərbaycan prezidenti, qalib ali komandan İlham Əliyevin diqqəti sayəsində həmin qayğı bu gün də davam edir. Şəhid övladı və Azərbaycanın Milli Qəhrəmanının oğlu kimi indi mənim 40 yaşım olsa da, yenə Azərbaycanın vitse-prezidenti Mehriban xanım Əliyevanın dəstəyini hiss edirəm.
- İllər ötüb, indi qırx yaşınız var, qəhrəman atanızın şəhadətindən sonra atasızlığın nisgili qismən toxtaqlığa çevrilibmi?
- Yaşın nə fərqi var ki?.. Mən də atayam, amma atamın yanımda olmasını istərdim. Düzdür, atamdan sonra həyat durmadı. Biz böyüdük, təhsil aldıq, peşə sahibi olduq, amma adam hansı yaşda olmasına baxmayaraq, atasız olanda özünü arxasız hiss edir.
Atam fiziki baxımdan çox qüvvətli, həm də polad ürəkli bir kişi idi, ancaq belə bir möhkəm adam televizorda Bakıdakı qanlı yanvarla bağlı kadrlara baxanda hönkür-hönkür ağlayırdı. Elə həmin axşam atamın təkidi ilə qohum-əqrəba, dost-tanış bizə yığışıb qərara gəldilər ki, vətənin belə ağır, dar günündə qıraqda sakit oturmaq olmaz, mütləq Azərbaycana dönmək lazımdır. O vaxt çox adam vətənə qayıtdı, onlardan biri də atam idi.
- 11 aprel atanızın şəhid olduğu gündür. İldönümü qeyd ediləcəkmi?
- İldönümü aprelin 9-da Füzuli rayonunun Horadiz şəhərindəki Milli Qəhrəmanlar Parkında qeyd edildi. Tədbirə rayonun icra başçısı Alı Alıyevin dəvəti ilə getmişdim. Tədbirin təşkilinə görə hər kəsə öz təşəkkürümü bildirirəm.
- Azərbaycan dövlətinin iradəsi, əzmi və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsində Qarabağ erməni işğalından azad edildi. Bu gün atanızın doğulduğu Qobu Dilağarda kəndi də, qəhrəmanlıq göstərib uğrunda döyüşdüyü,yaralandığı Xəzəz dağı da, şəhid olduğu Qacar kəndi də azaddır. O yerləri gedib gördünüzmü?
- 44 günlük müharibə ərzində mən də könüllü kimi bu savaşda iştirak etmək istəyirdim, təəssüf ki, bəzi səbəblərdən arzum həyata keçmədi. Bununla belə, mən arxa cəbhədə bekar durmadım, ictimai fəallıq göstərib büdcəmə uyğun olaraq maddi dəstəyimi əsirgəmədim. Bütün bunları, bir vətəndaş kimi dövlətimizə və ordumuza mənəvi borcum bilirdim.
Mən həm də ictimai fəaliyyətimə görə iki dəfə fərqlənmə diplomu ilə təltif edilmişəm.
O ki qaldı ata yurdumu ziyarətimə, bu da mənə qismət oldu. 44 günlük savaş vaxtı SOCAR-da işləyirdim. Məzuniyyət götürdüm, cəbhə bölgəsinə yollandım. Həmin vaxt gərgin döyüşlər gedirdi, sərbəst hərəkət etmək təhlükəli və çətin idi. Bununla belə, iki gün Füzuli rayonu ərazisində oldum. Ayaq üstə rahatlıqla gəzmək mümkün deyildi, lakin cəhd edib şiddətli döyüş gedə-gedə əvvəlcə atamın şəhid olduğu Xəzəz dağına getdim, daha sonra isə dəfn olunduğu Qobu Dilağarda kəndinin qəbirstanlığını ziyarət etdim və yoldaşlarımla Azərbaycanla Türkiyənin bayraqlarını o yerlərdə dalğalandırdıq.
- Ailə üzvləriniz arasında Azərbaycanın Milli Qəhrəmanı Pəhlivan Fərzəliyevin adını daşıyan varmı?
- Böyük oğlum atamın adını qoymuşam. Atam şəhid olanda uşaq olsam da, əhd eləmişdim ki, böyüyüb evlənsəm və oğlum olsa, ona qəhrəman atamın adını qoyacağam. Allah bunu bizə qismət elədi.
Pəhlivan indi 11-ci sinif şagirdidir, dərslərində yüksək nəticələr əldə edib. Oxumağa həvəslidir və bu il ali məktəbə qəbul olmaq istəyir. Ən böyük arzusu qardaş Türkiyədə təhsil almaqdır. Güman edirəm ki, Pəhlivan öz arzusuna çatacaq və babası kimi Vətənini sevəcək.

Oqtay QORÇU
Reyting.az
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
Bu gün, 11:00
Prezident İlham Əliyev Sabirabada gedib - Fotolar
Bu gün, 10:47
Şəhidlə vida mərasimi keçirilib - Fotolar
Bu gün, 09:41
Yer kürəsində maqnit fırtınası başlayır
Bu gün, 07:36
Türkiyədə 6,1 maqnitudalı zəlzələ olub - (Yenilənib)
Bu gün, 07:23
Qarabağın daha iki kəndinə köç karvanı gedir
Dünən, 16:11
ASC-də nöqsanlar aşkar edilib
25-10-2025, 14:48
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
25-10-2025, 09:30
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
25-10-2025, 00:01
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
24-10-2025, 14:58
Vladimir Putin İlham Əliyevə zəng edib
24-10-2025, 14:56
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
24-10-2025, 12:44
Gənc müəllimlərə iki min manatdan çox kompensasiya veriləcək
24-10-2025, 12:09
Bakı, Sumqayıt və Gəncə apellyasiya məhkəmələrinə hakimlər təyin olunub
24-10-2025, 12:00
Ali Məhkəməyə hakim təyinatları təsdiqlənib
24-10-2025, 11:46
Rusiyaya qarşı üç qanun layihəsi hazırlanıb
24-10-2025, 11:29
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
23-10-2025, 15:34
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
23-10-2025, 11:05
Qarşıdurmada olan iki güclü dövlətin lideri müzakirələrə hazırlaşır
23-10-2025, 09:15
Tramp Rusiyanın neft nəhənglərini hədəfə alıb - Sanksiya
23-10-2025, 07:09
Tramp Putinlə görüşünü ləğv edib
22-10-2025, 19:39
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
22-10-2025, 15:07
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
22-10-2025, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
22-10-2025, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
22-10-2025, 10:25
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
21-10-2025, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
21-10-2025, 13:59
Ukrayna parçalana bilər
21-10-2025, 12:38
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
21-10-2025, 12:36
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
21-10-2025, 11:48
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
21-10-2025, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki