22:37 / 31-03-2025
Zelenski prezident seçkilərinə hazırlaşır
19:41 / 31-03-2025
Keçmişə və gələcəyə yollanmaq reallığa çevriləcək
19:03 / 31-03-2025
Donetski ələ keçirmək rus ordusu üçün prioritetdir
18:45 / 31-03-2025
Almaniya səfiri Azərbaycan XİN-ə çağırılıb
18:31 / 31-03-2025
PUA və dronlar mövqelərimizə yaxınlaşıb, hərbçilərimiz atəşə tutulub - (Yenilənib)
17:25 / 31-03-2025
Genetik Ehtiyatlar İnstitutunun həyətindəki ağacları kəsirlər
17:15 / 31-03-2025
Xaçmaz və Qubanın kəndlərində yanğın olub
15:24 / 31-03-2025
Qlobal fond bazarlarında gərginlik yaranıb
15:11 / 31-03-2025
Atəşkəs Kiyev üçün təhlükə yarada bilər
14:31 / 31-03-2025
Əliyevlə Pezeşkian arasında telefon danışığı olub
14:12 / 31-03-2025
Sabahın hava proqnozu açıqlanıb
13:26 / 31-03-2025
Gərginlik yenidən artır: İran raketlərini həyəcan vəziyyətinə gətirib
12:49 / 31-03-2025
Sabah Almaniya prezidenti Azərbaycana gəlir
12:01 / 31-03-2025
Abşeronda oğul anasını qətlə yetirib
11:51 / 31-03-2025
Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
11:37 / 31-03-2025
Prezident İlham Əliyev paylaşım edib - Foto
11:25 / 31-03-2025
Azərbaycana narkotik gətirən İran vətəndaşları saxlanılıb
10:51 / 31-03-2025
Mehriban Əliyeva Soyqırımı Günü ilə bağlı paylaşım edib - Foto
10:24 / 31-03-2025
Pentaqon rəhbəri məxfi məlumatları xanımı ilə bölüşür - Foto
10:08 / 31-03-2025
Ermənistanın əsassız iddialarına son qoyulmalıdır
09:58 / 31-03-2025
Ombudsman 31 mart soyqırımı ilə əlaqədar bəyanat yayıb
00:03 / 31-03-2025
Azərbaycanlıların soyqırımından 107 il ötür
23:39 / 30-03-2025
"Zirə" "Şamaxı"ya qalib gəlib
20:02 / 30-03-2025
May ayında iki gün iş olmayacaq
18:01 / 30-03-2025
Şeyx: "Bu, şəxsi işimdir, hər şeyi açıqlamalıyam?"
17:46 / 30-03-2025
Ərdoğan: "Türkiyə Azərbaycanda sülhə və təhlükəsizliyə önəmli töhfə verir"
17:45 / 30-03-2025
Belaruslu müxalifətçi itkin düşüb
15:24 / 30-03-2025
Ermənilər kəşfiyyat uçuşlarına cəhd edib, növbəti təxribata əl atıblar
14:06 / 30-03-2025
Sabah hava necə olacaq? - Proqnoz
10:52 / 30-03-2025
Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik edib
13:35 / 27-03-2025

14:54 / 27-03-2025

23:29 / 28-03-2025

16:12 / 27-03-2025

14:31 / 27-03-2025

14:22 / 27-03-2025

15:42 / 27-03-2025

22:59 / 27-03-2025

12:28 / 27-03-2025

20:24 / 27-03-2025

21:35 / 28-03-2025

23:32 / 28-03-2025

Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
Tarix: 06-04-2024 21:12 | Bölmə: Müsahibə

Şair deyir ki, nə tənqidçiləri qınayır, nə də pul verib onlara tənqid adı altında tərif yazdıranları
“Bir gecə gözümə yuxu getmədi. Fikirləşdim ki, öləndən sonra deyirlər, əlimiz-ayağımız - yəni sümüklərimiz bizim üzümüzə dirənəcək etdiklərimizə görə. Ətimiz çürüyəcək axı. Elə bilirəm ki, qiyamət günü dünyada bütün ətlər çürüyəcək, amma o Bərdə yolundakı ət çürüməyəcək”.
Bu sözləri Oxu.Az-a müsahibəsində şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs deyib.
Reyting.az Q. Ağsəslə müsahibəni təqdim edir.
- Qulu Ağsəs üçün sevgi nədir?
- Sevgi... Yaş keçdikcə sevgiyə münasibət dəyişir. Mənə qəribə gəlir yaşlı adamların 17-20-30 yaşa uyğun sevgi şeirləri yazmağı. Çünki o cür sevgi şeirləri yaradıcılıqda bir mərhələdir. Sevgi də elə insan həyatında bir mərhələdir. Ona görə də mənim yaradıcılığımda sevgi şeirləri zaman-zaman dəyişib (şeirindən misranı misal çəkir): “əvvəl alına sürtərdi əlini, indi alın yazısına”.
Bilirsinizmi, indi mənim üçün alın yazısı alından daha şirindir. Bir var, insanı sevmək, bir də var, sevginin özünü sevmək. Mən insandan çox, sevginin özünü sevirəm.
Mənim üçün aşiq olmağın özünə aşiq olmaq daha gözəldir. Aşiqləri də sevirəm, eşqi də. Bir vaxt elə bilirdim ki, mən özüm aşiq olmalıyam. Özüm aşiq deyiləmsə, dünyada eşq yoxdur. Amma belə deyilmiş. Dünyada daha böyük eşqlər var.
Zamanla bu nəticəyə gəldim ki, sevgidə, sən demə, üçüncü yox, ikinci adam artıqdır. Mənim üçün indi bütövlükdə dünya ikiadamlıq, sevginin özü isə biradamlıqdır. Hamının əzbər bildiyi bir deyim var: “Üçüncü adam artıqdır!” Baxın, ilk adamlar Adəm və Həvva olub. Mənə elə gəlir ki, onların ilk cümləsi elə “üçüncü adam artıqdır” olub. Və ona görə də mənim nəzərimdə Allah Yer kürəsini elə ikinəfərlik yaradıb. Amma adam sayı artan kimi fəsad yaranıb. Dünyada ilk savaş iki qardaş - Habil və Qabil arasında baş verib. Və elə dünyada ilk ölüm, ilk qətl də ondan sonra başlayıb. Qabil Habili, ehtimal olunur ki, heyvanın çənə sümüyü ilə öldürüb. Ukrayna-Rusiya müharibəsini mən həmin o iki qardaş arasında olan savaşa bənzədirəm. Volodimir və Vladimir, Habil və Qabil - hər iki nümunədə adlarda bir hərf fərqi var. Burada da insanların öz çənəsi işə düşməsə (yəni danışıqlar aparılmasa), heyvan çənəsi - silah işə düşsə, bu, sonsuza qədər davam edəcək. Yəni Habillə Qabil arasında da silah işə düşməsəydi, özləri danışıb bir razılığa gəlsəydilər, müharibələr, qətllər olmazdı.
Bunu da deyim ki, mənə elə gəlir, qardaşlıq münasibətinə Azərbaycan və Türkiyə əsl nümunədir.
- Bəs sevgi niyə biradamlıqdır?
- Dünya ikiadamlıq, sevgi isə biradamlıqdır. Bir adam digərini sevirsə, o da onu sevirsə, çevrilir ona dönür və onlar nəticədə bir adam olurlar.
- “Səni sevməkdən də vacib işlərim var əlimdə, amma yenə səni sevirəm...”,- deyirsiniz şeirinizdə. Sevməkdən başqa nə vacib işiniz var ki?
- İnsan niyə sevir? Bunun çoxlu cavabları var. Onlardan ən ağlagəlməz variantını işlətmişəm - tənbəlliyi. İnsan sevəndə heç nəyə baxmır. Sevgiyə hər cür bəhanə tapır. Mənim də variantım tənbəllikdir. Sadəcə, sevməyimə bəraət qazandırmışam tənbəlliyimlə.
Dünya evinin son mərtəbəsi həqiqətdir. Addım-addım çıxırsan oraya. Əgər çıxa bilsən... Dünya evinin damı isə sevgidir. Oraya birinci mərtəbədən qalxmırlar, göydən enirlər. O hündürlükdən aşağı görünmür. Ona görə sevənlərin gözləri ayaqlarının altını görmür. Görürsünüz, “tənbələm” deməkdə haqlıyam. Mən bu dünya evinin damına birinci mərtəbədən qalxmıram, göydən enirəm. Sevənlər oraya yuxarıdan - göydən enirlər.
- Dünyada yeddi not, yeddi rəng var. Bəs söz?
- Mənə elə gəlir ki, bizə qədər bütün sözlər artıq deyilib. Sözün təmiz, bakir vaxtlarında biz olmamışıq. Klassiklər isə onların hamısından orta, ali və ən ali dərəcədə, hər cür formada istifadə ediblər. Bizim payımıza düşən isə istismar müddəti bitmiş sözləri təzədən istismara buraxmaqdır. İnanmıram ki, bizə qədər istifadə olunmayan söz qalmış olsun. Bizim işimiz əvvəlkilərdən qat-qat ağırdır. Biri var, həmin o mədənə birinci sən girəsən, görəsən ki, hər yer qızıldır. Ürəyin istəyən qədər və necə istəyirsən, ondan yararlanasan. Bir də var ki, həmin o qızıl mədəni artıq sənə qədər talan olunub. Harada isə küncdə-bucaqda, orada-burada talançıların əli çatmayan yerlərdə qızıl qalıb. Sən gedib onu tapmalısan. Ondan istifadə edib üzə nə isə çıxarmalısan. Əlbəttə ki, bizim işimiz daha çətindir.
- Müasir şeirlərdə yeni sözlərə çox rast gəlirik. Bəzən qulağa yatır, bəzən isə elə yamaq kimi səslənir və sanki şeiri rəvanlıqdan çıxarır.
- Bəli, elə nümunələr var ki, o müasir sözlər, sadəcə, öz yerini orada düzgün tutmur. Ona görə də şeirə oturmur, yamaq kimi görünür. Məncə, dünyada elə söz yoxdur ki, şeirə yatmasın. “Metronun yaylı qapıları...” - görün Əli Kərim “metro” sözünü nə gözəl işlədib şeirdə. Mən instaqram, karantin, vatsap, baxış sayı və s. kimi müasir sözləri şeirlərimdə istifadə etmişəm. Məktub olur, SMS olmur? Məktub bugünkü SMS-dir də. Niyə istifadə olunmasın ki?! İstənilən sözü ədəbiyyata gətirmək olar. Çünki ədəbiyyat mənbəyini həyatdan götürür. Bugünkü həyatımızda baş verən proseslər kimi, istifadə olunan sözlər də ədəbiyyata birbaşa sirayət etməlidir. Obraz, əgər söyüş söyürsə, qaba danışırsa, təbii ki, ədəbiyyatçı onu elə göstərməlidir. Xüsusən də müharibə mövzularında yazırsa. Real müharibədə heç kim “zəhmət olmasa, kənara durun, sizə “Qrad” atıram”,- demir. Bütün hirsi, qəzəbi və hikkəsi ilə ağzına gələn ifadəni deyir, söyür, təhqir edir, bombasını da atır.
Ernest Heminquey deyirdi ki, rus dilində fit çalmağın və söyüş söyməyin əvəzi yoxdur. Adam müharibələr görüb, hərbi jurnalist olub. O da bunu deyir. Amma məqamında və yerində işlədilməlidir bütün sözlər. Ədəbiyyat ustalıq tələb edən bir sahədir. Söz əldə silahdır, istənilən anda partlada bilərik. Təəssüf ki, sözdən qorxmayan adamlar var, ondan necə gəldi istifadə edirlər. Düşünürəm ki, sözə qarşı çox diqqətli və ehtiyatlı olmaq lazımdır.
- Ədəbi tənqiddən indi çox danışırlar. Əsasən, şair və yazıçılar narazılıq edirlər. Sizcə, bu nə ilə əlaqədardır?
- Tənqidi indi çox tənqid edirlər. Mənə elə gəlir ki, tənqidi bu qədər tənqid etmək lazım deyil. Tənqidin günahı varsa, bu, qəzet, jurnal redaktorlarının günahıdır. Biz tənqidçiyə elə qonorar verməliyik ki, o prosesi incələməkdə maraqlı olsun. Həmin qonorarı verməyəndə belə olacaq da. Tənqidçiyə naşir normal qonorar verməlidir ki, al, bu kitabı çöz. Çox təəssüf ki, naşirlər tənqidçilərlə işləmirlər. Onlara o qədər az qonorar verilir ki... Tənqidçilər də (təbii ki, hamısından söhbət getmir) pul xətrinə kimisə tərifləyir, kimisə pisləyirlər.
Bilirsiniz, mən nə tənqidçiləri qınayıram, nə də pul verib onlara tənqid adı altında tərif yazdıranları. Tənqidçi çörəkpulu qazanır. Haqqında yazılanlar da belə xoşbəxt olurlar. Biz durduğumuz yerdən baxanda bizə gülməli gəlir. Amma bəlkə də, qarşı tərəfdə olanlar bizə baxır və gülürlər. Deyirlər ki, bunlardan yazı yazan da yoxdur, pulları da yoxdur, hələ bir bizi də bəyənmirlər. Onlardan biri söhbət zamanı dedi ki, məni gözləri götürmür. Yəni onlar əgər bununla xoşbəxt olurlarsa, buraxaq, xoşbəxt olsunlar. Adamın illərlə yazdığı şeirlərin içində bir dənəsi pasportuna çevrilməyibsə, bir obraz, bir xarakter yarada bilməyibsə, nə deyəsən?! Amma sevinirlər ki, sonuncu kitabım 347 səhifədir. Adamlar hələ vəzifəli adamları kök, istedadlı adamların kitabını qalın görürlər. Adam kökdürsə, vəzifə ona yaraşır. Kitabı qalındırsa, deməli, istedadlıdır da, yazıb.
Düşünürəm ki, Azərbaycanda istedadlı, istedadsız yazıçı yoxdur. Pullu və pulsuz yazıçı var. Kitab çıxarmaq, PR işləri, xarici dillərə tərcümə, tənqid və s. üçün pul lazımdır. Amma tənqidçiyə pul verib özünü tərifləməyin mənası yoxdur. Bilirsinizmi, ədəbiyyat Xəzər dənizi kimi bir yerdir. Ona zibil atsan, mütləq çıxaracaq sahilə. Ədəbiyyatda gərək daş kimi olasan. Atasan özünü dənizə, batasan dibə və bir də çıxmayasan. Üstünü də yosun bassın. Mən ədəbiyyata daş kimi düşməyin tərəfdarıyam.
- Bu gün ədəbiyyatda olmaq üçün istedada ehtiyac varmı?
- Akademik Azad Mirzəcanzadənin bir yaxşı sözü vardı: “Bir qaşıq istedad və bir vedrə həyasızlıq lazımdır. Çağdaş populyarlığın formulu budur”. Azad müəllim bunu deyəndə hələ istedad bir qaşıq idi. Amma indi nəinki istedad, heç qaşığın özü də yoxdur. Ancaq bir vedrə həyasızlıq var.
- Deyirlər, indi oxucu sayı çox azdır.
- Mən oxucumdan şikayətçi deyiləm. Bəli, onlar azdırlar. Amma mənim üçün hər şeydirlər. Mənim oxucularım həm şairdir, həm yazıçıdır, həm redaktordur, həm korrektordur, həm tənqidçidir. Mən, ümumiyyətlə, bütün çoxluqların əleyhinəyəm. Düşünürəm ki, oxucunun azlığı-çoxluğu problem deyil. Əsas məsələ - keyfiyyətli oxucu qazanmaqdır. Bəzən bunu özümə təsəlli kimi qiymətləndirirlər. Qoy elə düşünsünlər. Amma bu belə deyil.
“YouTube”da 400 milyon baxışı olan azərbaycanlı “ifaçı” var. Amma Rəşid Behbudovun “Payız” mahnısını dinləyirəm. Həmin platformada baxış sayı min yüz nəfərdir. Həmin o min yüz adamın əlindən öpmək olar. Çox az da şərh yazılıb. Bilirsiniz nəyə görə? Mən özüm də istədim şərh yazım, amma yaza bilmədim. O qədər gözəldir ki, adam yazmağa söz də tapmır. Yəni o azlıq qorxulu deyil. Burada əsas keyfiyyətdir.
- Nəyi gözləyirsiniz?
- Bir dəfə Qarabağa gedirdik. Mən də çəkiliş qrupunun rəhbəri idim. Yevlax-Bərdə yolunda ət satırdılar. Dedim, elə buradan alım, çatdığımız yerdə verib bişirtdirib, yeyərik. Əti alanda satıcı dedi ki, olar, bir az artıq ödəyəsiniz, bu ətdən mən də götürüm?! Mənə qəribə gəldi. Dedim, heyvan sənin qabağındadır, onu sən satırsan. Dedi ki, mən günə min manat (1990-cı illərin məzənnəsi ilə) alıram, onu da çörəyə verirəm. Nədənsə mənə elə gəldi ki, o məni aldadır. Vermədim. Bir gecə gözümə yuxu getmədi. Fikirləşdim ki, öləndən sonra deyirlər, əlimiz-ayağımız - yəni sümüklərimiz bizim üzümüzə dirənəcək etdiklərimizə görə. Ətimiz çürüyəcək axı. Elə bilirəm ki, qiyamət günü dünyada bütün ətlər çürüyəcək, amma o Bərdə yolundakı ət çürüməyəcək. O mənim üzümə dirənəcək ki, sən məni alıb o adama vermədin. Düşündüm ki, doğrudan da, bu, min manat pul alırsa, nə etsə də, evinə ət ala bilməz. Amma mənə orada elə gəlmişdi ki, o adam məni hərifləmək istəyir. İndi də oturmuşam, hesab gününü gözləyirəm.
- Adamları tanıya bilirsiniz?
- Mən adamları əllərindən tanıyıram. Görüşüb salamlaşanda, əl verəndə mənfi və ya müsbət enerjini hiss edirəm. O enerji mənə əldən gəlir. Və deyim ki, mənim bütün günümə bəs edir.
- Bilirəm ki, futbola marağınız var. Futbolla bağlı arzunuz varmı heç?
- İspaniyada, Madridin “Santyaqo-Bernabeu” stadionunda qapıya top vurmaq istəyərdim. Çox ürəyimdən keçir. Amma boş qapı olsun ki, vura bilim. Qapıçı olsa, yüz faiz tutacaq, qol vura bilməyəcəyəm.
Bölməyə aid digər xəbərlər

1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
25-10-2022, 08:35
Politoloq: “Rusiya və İran Azərbaycanda nələrəsə nail olmağa çalışsa da...” - Müsahibə
21-10-2022, 13:42
Vahid Əhmədov: “Heç kim bahalaşmanın qarşısını ala bilmir” - Müsahibə
15-10-2022, 09:58
Deputat: “Rusiya ilə məsələni konkretləşdirməyin vaxtı çatıb” - Müsahibə