20:53 / 16-08-2025
Cəlilabadda 62 yaşlı qadın öldürülüb - (Yenilənib)
18:21 / 16-08-2025
Müğənni Rəqsanə həbs edilib - 520 min dollarlıq ittiham
17:40 / 16-08-2025
“Şamaxı” klubunda təyinatlar olub
17:27 / 16-08-2025
Zelenski: "Cəbhə xətti boyunca çətin istiqamətlərdə uğurlar əldə edirik"
16:46 / 16-08-2025
Yazıçı Vidadi Babanlı vəfat edib
15:30 / 16-08-2025
Ceyhun Bayramovla Ukrayna XİN başçısı arasında telefon danışığı olub
13:58 / 16-08-2025
Əziz Ələkbərli: İcma qərbi azərbaycanlıların öz yurdlarına dönməsi üçün fəaliyyətini davam etdirəcək
13:46 / 16-08-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:48 / 16-08-2025
Üç hərbçiyə ali rütbə verilib
12:40 / 16-08-2025
Prezident hərbi qulluqçuları təltif edib - Siyahı
11:51 / 16-08-2025
Xəzər dənizində zəlzələ olub
11:30 / 16-08-2025
Lökbatanda yaşayış binasında partlayış: bir nəfər xəsarət alıb
09:27 / 16-08-2025
Tovuz rayonunda zəlzələ baş verib
08:20 / 16-08-2025
Qərbi Azərbaycanla bağlı yeni kitab nəşr olunub - Foto
07:50 / 16-08-2025
Premyer Liqa: ilk turun daha 2 oyunu keçiriləcək
07:12 / 16-08-2025
Prezidentlərin ikinci görüşü sülhlə nəticələnə bilər
03:20 / 16-08-2025
Putin və Tramp Ukrayna ilə bağlı bir çox məqamları razılaşdırıblar - (Yenilənib+) - Video - Fotolar
22:20 / 15-08-2025
Rusiya-ABŞ görüşü Putin üçün uğurdur
22:05 / 15-08-2025
Putin və Tramp qlobal strateji təhlükəsizliyi də müzakirə edəcəklər
20:42 / 15-08-2025
Zelenski Putin-Tramp görüşündən gözləntilərini açıqlayıb
19:12 / 15-08-2025
Aya astronavt göndərəcəklər - Foto
18:03 / 15-08-2025
Bakı, Qubadlı və İmişidə ağaclar qanunsuz kəsilib
17:31 / 15-08-2025
İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulub
17:24 / 15-08-2025
Lisey və gimnaziyalara qəbul imtahanı keçiriləcək
16:41 / 15-08-2025
Hərbi xidmətə çağırışdan kimlərə möhlət verilir? - Siyahı
16:03 / 15-08-2025
Nəzakət Teymurova: “Deyirlər ki, Xalq artisti ləhcə ilə danışır, ürəyim belə istəyir...”
15:55 / 15-08-2025
Azərbaycan əhalisinin sayı açıqlanıb
15:54 / 15-08-2025
Sem Altman İlon Maska meydan oxuyur
15:44 / 15-08-2025
Bank və digər kredit təşkilatlarının kredit portfeli artıb
15:38 / 15-08-2025
Belqorod üzərində 11 PUA vurulub
16:10 / 13-08-2025

03:20 / 16-08-2025

11:40 / 13-08-2025

13:17 / 14-08-2025

11:10 / 12-08-2025

12:07 / 12-08-2025

14:59 / 15-08-2025

07:43 / 12-08-2025

08:07 / 15-08-2025

15:51 / 14-08-2025

23:52 / 11-08-2025

00:22 / 13-08-2025

Yaddaşı silinmiş şəhər - Vahid Qazi yazır
Tarix: 21-07-2023 15:49 | Bölmə: Vahid Qazi

Vahid QAZİ
İki il yarım qabaq “Güvən mənə, inanım sənə” yazısında demişdim: Azərbaycanın ən böyük dərdi dövlətlə vətəndaş arasında qarşılıqlı inamın, etimadın olmamasıdır. İndi də problemlərimizin qaynağını sovetin bu mirasında görürəm. “Dövlət vətəndaşına arxalanmalı, onunla açıq dialoqda olmalıdır… Güclü dövlət, azad cəmiyyət və firavan həyat yalnız dövlətlə vətəndaşın qarşılıqlı etimadı yarananda, onlar bir-birinə güvəndiyi zaman qurulacaq. Güvən mənə, inanım sənə, dövlətim!” yazmışdım.
23 iyul doğulub böyüdüyüm Ağdamın işğal günü kimi hopub içimə. 30 il əvvəlki o məşum gündən çox yazmışam, bir də təkrar dönmürəm. Bu gün yazacağım başqadır.
Dövlətin vəzifəsi vətəndaşın təhlükəsizliyini təmin etmək, əmlak hüququ daxil bütün haqlarını qorumaqdır. Vətəndaş dövləti ona görə qurub ki, onu hər təhlükədən qorusun. Bəzən dövlətin özü vətəndaş üçün böyük təhlükəyə çevrilir, ondan danışmıram bu yazıda. Ondan danışıram ki, 1993-cü ilin yayında dövlət öz torpağını, vətəndaşını qoruya bilmədi. Bir neçə ayın içində 6 rayon işğal olundu, yüz minlərlə insan məburi köçkün düşdü, 30 ilə yaxın məşəqqətli həyat yaşadı. Hələ də tam bitməyən məşəqqət!
İndi o bölgələr azad olunub, yenidən qurulur. Görünən odur ki, bu işdə də dövlət-vətəndaş birliyi yoxdur. Dövlət vətəndaşın rəyini, istəyini nəinki soruşmur, heç deyilənə əhəmiyyət də vermir. Vətəndaş dövlətinə inanmır, dövlət də ona güvənmir.
***
Müharibə zamanı tam dağılmış şəhərlərin bərpa olunmasına aid çox nümunə var. Bu nümunələrdən çıxış edərək şəhərləri bərpa edən dövlətləri iki qrupa bölərdim: tarixinə, vətəndaşına, onun əmlak hüququna sayğı göstərən və göstərməyən.
İkinci Dünya müharibəsindən sonra dağılmış Avropa şəhərlərinin bərpasına bu cür ikili yanaşma oldu. Çox yox, üç şəhərdən misal deyim: Drezden, Varşava, bir də Minsk.
İlk iki şəhərin mərkəzi tarixi hissəsi olduğu kimi tikilib. Tarixi abidələrin bərpası on illər boyu davam edib. Drezdendə bəzi bərpa işlərinə hətta Almaniya 1990-cı ildə birləşəndən sonra başlanıb. Varşavanı bərpa edəndə tək arxitekturanı yox, binaların əvvəlki rəngini də saxlayıblar. Bu öz tarixinə, tarixi yaddaşına hörmət edən dövlətin davranış mədəniyyəti idi.
Minskdə isə belə olmadı. Şəhəri dairəvi sistem üzrə, bir növ Moskvaya bənzədərək yenidən tikdilər. Əvvəlki Minskdən heç bir əsər-əlamət qalmadı. Şəhərin qədim küçələrinin yerində geniş prospektlər çəkildi, tarixi binaların əvəzinə stalinçi neoklassizm stilində meydanlar salındı, evlər tikildi.
Yaşlı belorusdan eşitmişdim, deyirdi kommunistlər Minskin yaddaşını sildilər.
***

Baş plana görə, yeni Ağdam əvvəlki şəhər və ətrafındakı 8 kəndi əhatə edəcək. Deyirlər 100 minlik bir şəhər olacaq. Yaxşı fikirdir. Amma istəməzdim yeni tikiləcək şəhərlərimiz ənənəvi standart, qutuya bənzəyən dördkünc, zövqsüz evlərdən ibarət olsun.
Şəhərimiz işğaldan azad olunan gündən onu xəyalımda bir başqa cür qururam.
Mənin xəyalımda saldığım şəhərin mərkəzi hissəsi dövlət idarələri və şəxsi evlərdən ibarətdir. Mərkəzi hissə deyəndə bir ucu köhnə 50 nömrəli peşə məktəbindən “Abidə”yə qədər, o biri yandan da Sarıtəpədən başlayıb Muradbəyliyəcən olan hissəni nəzərdə tuturam.
Tarixi abidələr, inzibati binalar öz yerində, mənim “baş planımda” hər kəsə ata yurdunda ev tikməyə imkan yaradılır. Dövlət əhaliyə çoxsaylı ev çertyojları təqdim edir ki, özfəaliyyət olmasın, şəhərin arxitekturası pozulmasın. Evin smetası tutulur və elan edilir. Hər ailə üçün ümumi məbləği, təxmini qiymət deyirəm, 100 min manat olan 3 otaqdan ibarət kürsülü ev tikilir. Amma təqdim olunan başqa layihələrdə 5, 7 otaqlı, yaxud 2, 3 mərtəbəli evlər də olur, məsələn, 150, 200 min manat dəyərində. Daha böyük, yaraşıqlı ev tikmək istəyən sakin dövlətin verdiyi 100 min manata öz əlavəsini edib istədiyi evi tikə bilir. Hər kəs zövqünə, imkanına uyğun ev tikdirir.
Mərkəzi hissədəki küçələr olduğu kimi qalır. İnsanlar sağ qalan qonşularla yenidən bir məhəllədə yaşamağa davam edir. Burada hər kəs öz torpaq sahəsinin müəyyən qədərini şəhərin ümumi ehtiyaclarının həllinə güzəşt edər. Məsələn, mən 6 sot həyətimdən bir sotunu, lap iki sotunu verərəm ki, daha geniş küçəmiz olsun, yaşıl, gül-çiçəkli parklar salınsın, məhəllələr arasında idman meydançaları, istirahət mərkəzləri tikilsin. Əminəm, hər kəs şəxsi torpağından pay verər.
İstər şəhərin mərkəzi olsun, istərsə ətrafı, bütün yerlər öz adları ilə çağırılır. Ətraf kəndlərin adı şəhərin ərazi adları kimi qalır: Ağdam şəhərinin Seyidli, Ətyeməzli, Qiyaslı, Xıdırlı və sair rayonları…
Şəhərin, kəndlərin məhəllə adlarını da saxlamaq mümkündür – avtobus dayanacaqlarında: “İmarət”, “Hamam məhləsi”, “Molla Qurbanlılar”, “Lahıclar”, “Təpə Məhlə”, “Çuxur məhlə”, “Ayağıyalınlar” dayanacaqları kimi.
“Dostluq kinoteatrı”, növbəti dayanacaq “Beşmərtəbə!”
Tarix silinməsin, şəhərin yaddaşı silinməsin deyə!
Bəs işğaldan azad olunmuş Qarabağ şəhərlərini realda necə bərpa edirik? Bu bərpa işlərini dövlət vətəndaşla birgə aparırmı?
Belə görünür ki, bu işdə də sovet mirası özünü göstərir. Yaşlı belorusun sözü olmasın, yaddaşı silinmiş şəhərlər tikirik?
Vahid Qazi
21 iyul, 2023
Bölməyə aid digər xəbərlər

Müəllifin bütün yazıları - Vahid QAZİ
Bölməyə aid digər xəbərlər