Prezident Zelenski: “Vəziyyət çox ağırdır”
Tarix: 16-05-2024 18:56 | Bölmə: Xəbərlər
Prezident Zelenski: “Vəziyyət çox ağırdır”

“ABŞ-nın yardımının gecikməsi müharibəyə və sərhəddəki vəziyyətə birbaşa təsir edib. Son bir neçə gün ərzində yüzlərlə insan həlak olub və ya yaralanıb. Vəziyyət çox ağırdır”.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Hazırda baş verənlərə ABŞ-ın günahkar olub-olmaması ilə bağlı suala Zelenski belə cavab verib: “Bu, bütün dünyanın günahıdır, amma indi dünya kömək edə bilər”.
Ukrayna lideri əlavə edib ki, Ukrayna Xarkovu itirə bilməz.

Ukrayna prezidentindən ABŞ dövlət katibi Antoni Blinkenin Kiyevə son səfərini necə qarşıladığı da soruşulub. Jurnalist qeyd edir ki, Zelenskinin “məyusluğunu hiss edib”.

“Dialoq yaxşıdır, amma indi bizə yalnız iki “Patriot” kompleksi lazımdır”, - deyə Zelenski vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ukraynaya yardım üçün ayrılan pul ABŞ-da qalır - o, Amerika zavodlarında xərclənir və iş yerlərinin açılmasına kömək edir.

Xatırladaq ki, mayın 10-da rus ordusu Xarkov vilayətinin şimalına hücuma keçib. Bu istiqamətdə hələ də ağır döyüşlər gedir, ruslar daha çox ərazi ələ keçirməyə çalışırlar. Rus ordusu Volçanskın mərkəzindəki xəstəxananı ələ keçirib.

Müharibə Araşdırmaları İnstitutu rus ordusunun sərhəddən 8 kilometrdən çox irəliləmədiyini bildirir.

ELÇİN




Bölməyə aid digər xəbərlər
30-07-2025, 22:34 “Qarabağ” qalib gəlib