İrəvanda gərginlik: şəhərə əlavə qüvvə yeridilib - Video
Tarix: 15-05-2024 15:48 | Bölmə: Xəbərlər
İrəvanda gərginlik: şəhərə əlavə qüvvə yeridilib

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın bu gün İrəvanın Azadlıq meydanında planlaşdırdığı etiraz aksiyası öncəsi paytaxtın mərkəzinə çoxlu sayda polis qüvvələri yeridilib.

Reyting.az
xəbər verir ki, bu gün Milli Akademik Opera və Balet Teatrında Nikol Paşinyanın da iştirak edəcəyi AYİB beynəlxalq forumu keçiriləcək.

Polis bildirib ki, saat 15:00-dan 20:00-dək Milli Akademik Opera və Balet Teatrına bitişik küçələrdə vətəndaşların hərəkəti məhdudlaşdırılacaq.

Arxiyepiskop Baqrat Qalstanyan isə dünən deyib ki, bu gün saat 16:00-da opera teatrının qarşısındakı Azadlıq meydanında etiraz aksiyası keçirəcək və tədbir foruma və Nikol Paşinyanın orada iştirakına təsadüf edir. Saat 15:30-da dinc vətəndaş etirazını nümayiş etdirmək üçün dörd nöqtədən ibarət yürüş meydana doğru gedəcək.



ELÇİN




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}