00:07 / 20-10-2025
İlham Əliyev Zəngilandan paylaşım edib - Video
00:01 / 20-10-2025
Zəngilanın azad edilməsindən 5 il ötür
14:39 / 19-10-2025
Ayı ata və oğula hücum edib
10:54 / 19-10-2025
Türk Cümhuriyyətində prezident seçkiləri keçirilib - (Yenilənib)
09:56 / 19-10-2025
Cüdoçularımız 2 qızıl, 1 bürünc medal qazanıblar
09:43 / 19-10-2025
Pakistanın qara səhifəsi - Fotolar
09:07 / 19-10-2025
Avropa Ukraynaya hərbi yardımı azaldıb
08:12 / 19-10-2025
Azərbaycan diplomatiyasının Qızıl Dövrünə düşən 15 gün
07:56 / 19-10-2025
Zahid Oruc ittihamlarla razılaşmır
19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

13:21 / 15-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

12:43 / 15-10-2025

Aktrisa: “Teleseriallardan ciddi təkliflər olub, imtina etmişəm” - Müsahibə
Tarix: 12-03-2024 17:18 | Bölmə: Müsahibə / Slayd

Eyni tamaşada həm Dövşanı, həm də Tülkünü səsləndirən Aygül Ağayeva deyir ki, kuklaçı olmaq çox çətindir
Balaca qrim otağındakı radiodan üçüncü zəng səslənir. Növbəti tamaşanın başlamasına dəqiqələr qalıb. Üzbəüz oturduğumuz aktrisa bir azdan aşağı mərtəbəyə enib səhnəyə çıxmalıdır, tamaşada əsas rollardan birinin ifaçısıdır. Amma qrim etməyib, çünki...
Müsahibim Azərbaycan Kukla Teatrının aparıcı aktrisalarından biri Aygül Ağayevadır. Aygül xanım incəsənətə bağlı bir ailədə böyüsə də həkim olmağı arzulayıb. Lakin son anda həyat elə gətirib ki, sənədlərini Mədəniyyət və İncəsənət Universitetinə verməli olub və Xalq artistləri Azər Paşa Nemətovdan, Fərhad İsrafilovdan dərs alıb.
O, Reyting.az-a müsahibəsində aktrisa kimi Azərbaycan Dövlət Kukla Teatrına ilk gəldiyi günü heç vaxt unutmadığını deyir:
- 2009-cu ildə Kukla Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Rəhman Əlizadə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeliyində teatr-studiya yaratmışdı və tələbə yoldaşlarımla tez-tez ora gedirdik. Günlərin birində Rəhman müəllim məni işlədiyi Azərbaycan Dövlət Kukla Teatrına dəvət etdi, deyilən vaxtda teatra gəldim və elə həmin gün truppaya qəbul edildim.
- Və Dezdemona, Cülyetta, Sevil, Dilbər, Firəngiz, Gültəkin, Pırpız Sona... obrazlarını yaratmaq arzusunun üstündən birdəfəlik xətt çəkdiniz...
- Yox, mən belə deməzdim. Çox istərdim ki, bu müsahibəni oxuyanlar səmimiyyətimə inansınlar, səhnədə, kinoda baş rollar oynamaq arzum heç vaxt olmayıb. Çünki incəsənətə bağlı ailədə böyüsəm də, dayımın yaratdığı “Aysel” ansamblında 3 yaşından rəqs dərnəyinə getsəm də, aktrisa olmaq istəyim yox idi, hüquqşünas olmaq barədə düşünürdüm, gələcəyimlə bağlı fərqli planlar qururdum. Amma iş elə gətirdi ki, sonda sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verəsi oldum və qəbul edildim. Bu gün həm səhnədə, həm də kinodakı rolları ilə tamaşaçıların rəğbətini qazanan Xalq artisti, dəyərli pedaqoq Məmməd Səfa qabiliyyət imtahanında hazırlığımı çox bəyəndi, dedi ki, səndən gələcəkdə çox gözəl dramatik aktrisa ola bilər.

Tələbəlik illərində də böyük teatrlarda işləmək, əsas obrazlar oynamaq barədə düşünmürdüm. Görünür mən sənəti yox, sənət məni seçdi.
Hər şeyə rəğmən, taleyimdən razıyam.
- Kukla teatrında çalışmağın spesifik xüsusiyyətləri var. İlk vaxtlar sizə də yəqin çətin olub...
- Başqa teatrlarda hər kəs uğur qazana bilər, yetər ki, istedadı və bu istedadı realizə etmək üçün daxilində bir sənət yanğısı olsun. Lakin kuklaçı olmaq çox çətindir, səhnədə kuklanı elə oynatmalı, eyni zamanda elə danışmalısan ki, zaldakı tamaşaçı inansın. Təbii, bu teatra təzə gələn hər aktyor, aktrisa üçün xeyli çətin olur, işin texniki tərəflərini mənimsəmək zaman alır. Nəzərə alın ki, hamımız bunu Azərbaycan Dövlət Kukla Teatrında öyrənirik. Çünki Mədəniyyət və İncəsənət Universitetində belə bir ixtisas yoxdur.
Mən burda yeni işə başlayanda teatrımızın təcrübəli aktyorlarından çox şey öyrəndim, indi də öyrəndiklərimi gənclərə ötürməyə çalışıram. Bu gün teatrımızda çox gözəl və səmimi yaradıcı mühit var, təcrübəli kuklaçılarla gənclərin işbirliyi, qarşılıqlı hörməti hazırlanan tamaşaların keyfiyyətinə, gündəlik işimizə müsbət təsirini göstərir. Teatrımızın tamaşaları da, onlara olan böyük maraq da göz qabağındadır.
- Müdriklərdən birinin buyurduğu kimi, uşaqlar valideynlərindən çox zəmanələrinə oxşayır. Bugünkü balaca tamaşaçıları inandırmaq çətin deyil?
- Əlbəttə çətindir. Dövr, zaman, texnologiyalar sürətlə dəyişir və bütün bunlar qeyd etdiyiniz kimi, uşaqların zehninə, dünya görüşünə, xarakterinə ciddi təsir edir. Bu gün teatrımıza tamaşa etməyə gələn balacalar 15-20 il əvvəlki yaşıdlarından tam fərqlənir. İndi onların diqqətini səhnədə baş verənlərə cəlb etmək, inandırmaq üçün ikiqat səy göstərmək lazım gəlir. Balacaların diqqəti tamaşaya yönəldisə, onlar səhnədə baş verənləri maraqla izləyir, ən xırda detala belə fikir verir. Zaldakı balacaların səhnədə baş verənlərə reaksiyalarını görmək biz aktyorlar üçün çox önəmlidir.
Qurban Məsimovun quruluş verdiyi “Göyçək Fatma” tamaşasında Ögey ananı oynayıram. Hər tamaşada uşaqların mənə demədiyi söz qalmır...

Sözsüz ki, teatrımızın rəhbərliyi və kollektivi bu gün teatrdan tələb olunan məsələləri, necə deyərlər, müasir tələbləri yaxşı dərk edir, ona görə də səhnə əsərlərimizin həm məzmun, həm də forma keyfiyyətində dəyişikliklər var. Çalışırıq ki, teatrın texniki imkanlarından səmərəli istifadə edərək balaca tamaşaçılar üçün onları maraqlandıra bilən səhnə əsərləri hazırlayaq. Bu teatrın aktyor və aktrisaları özlərini kuklalara fəda edirlər, çünki bizim bir-iki tamaşamızdan başqa digərlərində aktyorlar yox, kuklalar səhnədə görünür.
Bizim yeni və maraqlı səhnə əsərlərimizdən biri olan “Melisa” tamaşasında mən Leylək rolunda oynayıram. Sevinc Nuruqızının əsəri əsasında Səidə Haqverdiyevanın quruluş verdiyi bu əsərdə baş verənləri mən tamaşaçıya nəql edirəm, boy kuklasını geyinib əvvəldən sona qədər səhnədə oluram.
Bu günlərdə premyeraya hazırlaşırıq, Səidə xanım Xanumana Əlibəylinin “Dovşanın ad günü” əsərinə yeni quruluş verib. Mən həmin tamaşada iki rolu-Dovşanı və Tülkünü oynayıram. Təsəvvür edin ki, bu obrazlar səhnədə üz-üzə gəlirlər, aralarında dialoqlar var. Həmkarım Səbinə Məmmədova Dovşanın kuklasını ifa edir, amma həm Dovşanın, həm də Tülkünün sözlərini özüm deyirəm. Kənardan bu adi görünə bilər, amma teatrda çalışan, bu sahənin mütəxəssisləri bilir ki, nə qədər çətin məsələdir və hər aktrisa bunu bacara bilməz. Məncə baxımlı tamaşa olacaq.

Bayaq qeyd etdiyim kimi, tamaşalarımıza böyük maraq var. Azərbaycan Dövlət Kukla Teatrı tez-tez xarici ölkələrdə keçirilən müxtəlif festivallarda da iştirak edir və uğur qazanır. Deməli, bizi fərqli dillərə və mədəniyyətlərə məxsus tamaşaçılar da yaxşı anlayır.
- Balaca tamaşaçılar sizi yox, daha çox səhnədə oynatdığınız kuklaları tanıyır, teatr ictimaiyyəti də Aygül Ağayeva kimi istedadlı bir aktrisadan xəbərsizdir. Bədii filmə, teleseriallara çəkilsəydiniz bir dəyişiklik olardı bəlkə...
- Qeyd etdiyim kimi, taleyimdən, sənət karyeramdan narazılığım yoxdur. Çəkilişlərə gəlincə, teleseriallardan bir neçə dəfə ciddi təkliflər olub, lakin imtina etmişəm. Çünki iki övlad anası olaraq üzərimə düşən işlər var. Zamanımı ailəmə, doğma teatrımdakı məşq və tamaşalara ayırmağa üstünlük verirəm, üstəlik, liseylərin birində rəqs dərsləri aparıram. Ona görə də bəzən sutkanın 24 saatı da mənə azlıq edir.
Etibar CƏBRAYILOĞLU
Bölməyə aid digər xəbərlər

6-08-2025, 14:15
Təranə Muradova: “Sevgisiz heç nə yaratmaq mümkün deyil” - Müsahibə
24-07-2025, 17:03
Abdulla: Aktyorları attestasiyadan keçirmək lazımdır - Müsahibə
1-03-2025, 15:45
Deputat: Ukraynanı yalnız ABŞ xalqının Trampa qarşı qalxması xilas edə bilər - Müsahibə
23-01-2025, 19:03
İmran Bədirxanlı: “Özünü tapandan sonra yaşamaq asanlaşır” - Müsahibə
8-01-2025, 10:49
“Kino adamı kimi bir çox şeylər məni qane etmir” - Müsahibə
18-11-2024, 12:28
Turan Manafzadə: “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Müsahibə
17-08-2024, 15:25
“Böyük güclər sülhdə maraqlı görünmürlər” - Müsahibə
12-08-2024, 11:00
Emin Əfəndiyev: “Yeni ssenarilər, layihələr barədə düşünürəm” - Müsahibə
22-07-2024, 09:58
Gənc xanəndə: “Məcnun kimi səhnəyə çıxmaq ən böyük arzularımdan biri olub” - Müsahibə
8-07-2024, 10:43
Aktrisa: “Mən ürək adamıyam...” - Müsahibə
14-06-2024, 15:06
Nazir: “Sertifikatlaşdırmada iştirak edən hər beş müəllimdən biri kəsilir” - Müsahibə
6-04-2024, 21:12
Qulu Ağsəs: “Tənqidi indi çox tənqid edirlər” - Müsahibə
2-04-2024, 20:28
“Hava hücumu ssenarisi mümkündür” - Müsahibə
19-02-2024, 16:33
Aktyor: “Əvvəldən bilsəydim o filmə çəkilməzdim...” - Müsahibə
16-02-2024, 12:55
Bəstəkar: “Zamanın ritmini tutmaq çətinləşib” - Müsahibə
28-01-2024, 15:36
Qüdrət Həsənquliyev: “Azərbaycan yenidən qurulmalıdır” - Müsahibə
9-12-2023, 20:57
Hərbi ekspert: “Krım körpüsü dağıdılmalıdır” - Müsahibə
14-11-2023, 19:08
Xalq artisti: “Teatrın ən ağrılı məsələlərindən biri də yaş senzi ilə bağlıdır” - Müsahibə
4-11-2023, 09:41
İlham Əziz: “Hər yazıçının öz əlifbası olmalıdır” - Müsahibə
27-10-2023, 15:19
Zahid Oruc: “Zəfər dövləti, Zəfər təşkilatı, Zəfər təhsil modeli yaradılmalıdır” - Müsahibə
27-10-2023, 11:01
Əlizadə Nuri: “Şairlik-sözlə inqilab etməkdir” - Müsahibə
23-10-2023, 18:22
General Sırski: “Düşmən ciddi itkilər verir, lakin onlar...” - Müsahibə
23-10-2023, 10:26
Aktrisa: “Özümü olmalı olduğum yerdə hiss edirəm” - Müsahibə
19-09-2023, 13:48
Hərbi analitik: “Rusiya Moskvanı lazımi şəkildə qoruya bilmirsə, deməli...” - Müsahibə
5-09-2023, 18:40
General: “Rusiya elitası Putini devirməyə hazırdır” - Müsahibə
23-08-2023, 18:14
Beynəlxalq ekspert: “Ruslar Ukrayna ilə uzunmüddətli hərbi qarşıdurmaya ümid edirlər” - Müsahibə
16-08-2023, 12:08
Kənan Məmmədov: “Kino günündə göstərməyə yeni film olmadı” - Müsahibə
10-08-2023, 15:00
Rıjenko: “Rusiyanın Qara dəniz donanmasını məhv etmək üçün yüzlərlə drona ehtiyac var” - Müsahibə
30-05-2023, 16:48
Kinorejissor: “Bəzilərini kinonun taleyi yox, kinostudiyanın ərazisi maraqlandırır”
16-05-2023, 16:48
Şeytelman: “Priqojin Rusiyada yeganə şəxsdir ki, dövlət çevrilişlərini uğurla həyata keçirə bilir”
13-05-2023, 09:34
Qüdrət Həsənquliyev: “Davamlı sülh üçün danışıqları Türkiyə və Rusiya ilə aparmalıyıq” - Müsahibə
3-03-2023, 16:55
Keçmiş deputat: “Rus imperiyasının dağılması qaçılmazdır” - Müsahibə
9-02-2023, 12:36
Deputat: “Ciddi əks-zərbə vurulmalıdır” - Müsahibə
7-01-2023, 15:55
Sərdar Cəlaloğlu: “Rusiya Qarabağı ələ keçirməyə çalışır” - Müsahibə
30-12-2022, 10:55
Köçəri Nağıbəyli: “Bizim öz torpaqlarımızda yaşamaq hüququmuz olmalıdır” - Müsahibə
11-12-2022, 13:12
Səxavət Əlisoy: “Partiya sədrlərinin əksəriyyəti təkəbbürlü və yekəxanadır” - Müsahibə
27-11-2022, 10:15
Professor: “Rusiya və Fransa Azərbaycan-Ermənistan danışıqlarında böhranlı vəziyyət yaradıb” - Müsahibə
12-11-2022, 19:43
Tofiq Zülfüqarov: “Rusiyada siyasi böhran zamanıdır” - Müsahibə
28-10-2022, 13:08
Deputat: "Putin ikinci böyük səhvə yol verdi, həm də sübut etdi ki..."
Dünən, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
18-10-2025, 11:54
İlham Əliyev “Kazinform”a müsahibə verib
17-10-2025, 18:38
Prezident yeni səfirlik təsis edib - Sərəncam
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:30
Gizir və miçmanların həqiqi hərbi xidmət müddəti artırılır
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib