Rusiyada daha bir general həbs olunub
Tarix: 21-05-2024 18:09 | Bölmə: Xəbərlər
Rusiyada daha bir general həbs olunub

Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun keçmiş komandiri İvan Popov Rusiyada həbs edilib.

Reyting.az
xəbər verir ki, bu barərə TASS hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, general-mayor Popov xüsusilə irimiqyaslı dələduzluq cinayəti ilə bağlı həbs edilib.

Agentlik yazır ki, Popov Rusiyanın Ukraynaya hücumunda “müxtəlif sektorlarda, o cümlədən 58-ci Ordunun komandiri kimi” iştirak edib.

İnsiderin iddiasına görə, general Popov 2023-cü ildə deyib ki, o, şikayətlərini “yuxarıda” dilə gətirdikdən və Rusiya ordusunun “bütün problemli məsələlərini müəyyənləşdirdikdən” sonra komandanlıqdan uzaqlaşdırılıb.

Xatırladaq ki, aprelin 23-də Rusiya Müdafiə Nazirliyinin ehtiyacları üçün podrat və subpodrat işlərini yerinə yetirərkən rüşvət almaqda təqsirləndirilən Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur İvanov da həbs edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
5-05-2025, 09:04 Dəm qazı yenə can alıb