XİN ABŞ səfirliyinə cavab verib
Tarix: 23-12-2024 20:39 | Bölmə: Xəbərlər
XİN ABŞ səfirliyinə cavab verib

"ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür".

Reyting.az
xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ səfirliyinə cavabda deyib.

O bildirib ki, ABŞ-nin Azərbaycandakı səfirliyinin bütün bunları və əvvəlki təxribat xarakterli şərhlərini ifadə etmək üçün, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur: "Görünür, ABŞ-nin indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır".




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər