General-leytenant təqaüdə göndərilib
Tarix: 20-12-2024 11:52 | Bölmə: Xəbərlər
General-leytenant təqaüdə göndərilib

Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini-Qərargah rəisi general-leytenant Fazil Ağalarov vəzifəsindən azad edilib.

Məlumata görə, general Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

General-leytenantın yerinə hələ ki, təyinat yoxdur.

Qeyd edək ki, hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanı general-mayor Kənan Seyidovdur. Fazil Ağalarov uzun illər sabiq komandan general-polkovnik Kərəm Mustafayevin də müavini işləyib(qafqazinfo).




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər