18:09 / 05-07-2025
Mingəçevirdə iki qayıq toqquşub - Beş nəfər xəsarət alıb
14:30 / 05-07-2025
Sabah yağış yağacaq
14:16 / 05-07-2025
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - Sərəncam
12:19 / 05-07-2025
“AzerGold”-un qiymətli metal satışından gəlirləri artıb
12:09 / 05-07-2025
Beş kollecə direktor təyin ediblər - Siyahı
12:04 / 05-07-2025
Sadiq Qurbanov: “Xankəndidə keçirilən ECO Zirvəsi Azərbaycanın qələbəsidir”
10:36 / 05-07-2025
DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub - Video
10:35 / 05-07-2025
Türkiyəyə güclü qar yağıb
10:31 / 05-07-2025
Kürdə boğulan 19 yaşlı gəncin meyiti tapılıb
10:09 / 05-07-2025
Azərbaycanlı “qanuni oğru”lar barədə qərar verilib
09:26 / 05-07-2025
Aşura günü ilə bağlı qanvermə aksiyası başlayıb
19:49 / 04-07-2025
Şəmkirdə üç uşaq göldə batıb - Yenilənib
19:48 / 04-07-2025
İran prezidenti Qarabağa gəlib - (Yenilənib)
19:46 / 04-07-2025
Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları müzakirə olunub - Fotolar
19:14 / 04-07-2025
Ərdoğanı Füzulidən yola salıblar - (Yenilənib) - Foto
18:42 / 04-07-2025
İlham Əliyevlə İran prezidenti arasında görüş olub - Fotolar (Yenilənib)
18:35 / 04-07-2025
Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar
18:25 / 04-07-2025
Müsavat Rusiya səfirliyi qarşısında aksiya keçirmək istəyir
18:19 / 04-07-2025
DTX-nın saxladığı sabiq diplomatın məhkəməsi başlayıb
18:01 / 04-07-2025
Ali Məhkəmə inzibati mübahisələrə dair işlərlə bağlı qərar qəbul edib
17:42 / 04-07-2025
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
17:21 / 04-07-2025
Deputatlar daha 15 qanuna dəyişiklik edəcək - Siyahı
17:05 / 04-07-2025
Fransada “səssiz etiraz”: ABŞ demokratiyasına şübhə ilə yanaşırlar
16:59 / 04-07-2025
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb
16:33 / 04-07-2025
ECO-nun növbəti sammiti İranda keçiriləcək
16:31 / 04-07-2025
Ərdoğan ilə Pezeşkian Xankəndidə görüşüblər
16:20 / 04-07-2025
Meyxanaçı azadlığa buraxılıb
16:17 / 04-07-2025
Azərbaycan diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
16:01 / 04-07-2025
Xankəndidə 17-ci Zirvə görüşü: ölkə başçıları mesajlar verir - (Yenilənib) - Fotolar
15:47 / 04-07-2025
Üç şəhidimiz Kəlbəcərdə dəfn edilib - Fotolar
21:03 / 30-06-2025

13:01 / 01-07-2025

13:16 / 02-07-2025

14:40 / 03-07-2025

07:52 / 01-07-2025

12:16 / 02-07-2025

19:48 / 04-07-2025

10:26 / 02-07-2025

15:33 / 02-07-2025

14:53 / 01-07-2025

16:55 / 02-07-2025

Əliqulu dünən evlənmədi - Foto
Tarix: 20-12-2024 18:26 | Bölmə: Mədəniyyət

Görkəmli dramaturq, yazıçı Sabit Rəhman komediya janrında qələmə aldığı maraqlı əsərləri ilə ədəbiyyatımızda özünəməxsus mövqe tutub. Müəllifin pyesləri həm sağlığında, həm də özündən sonra teatrlarımızda dəfələrlə səhnəyə qoyulub.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı özünə doğma saydığı dramaturqun yaradıcılığına müraciət edərək “Əliqulu evlənir” komediyasına yeni səhnə həyatı verib. Amma bu dəfə fərqli adla və fərqli yozumda. Oxuculara və tamaşaçılara yaxşı tanış olan pyes Xalq artisti İlham Namiq Kamalın librettosu və quruluşunda “Əliqulu bu gün evlənir” adı ilə hazırlanıb.
Dövlət Akademik Musiqili Teatrı dünən bu yeni yaradıcılıq işini tamaşaçılara ilk dəfə təqdim edib.

Məlum olduğu kimi, İlham Namiq Kamal libretto üzərində illər öncədən işləməyə başlamışdı və istedadlı bəstəkar, Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov tamaşaya maraqlı musiqilər yazmışdı. Təəssüf ki, premyerada iştirak etmək Oqtay müəllimə nəsib olmadı. Yeri gəmişkən, mərhum bəstəkarın musiqisinə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu mətnlər yazıb. Həm librettoda, həm də mahnıların mətnlərində müəlliflər müasir dövrümüzlə, günümüzlə səsləşən hadisələr, elementlər əlavə ediblər.
İlham Namiq Kamalın ifa etdiyi Əliqulu xırda məmur olsa da, böyük iddiaları və özünəməxsus gündəlik davranış qaydaları var. Kabinetindəki kreslonun eynisindən evdə də saxlayıb ki, kreslodan ayrılmasın. İşdən evə qayıdanda papağını başından çıxarmağı əziyyət bilir, bu işi xanımı Gövhər (Zemfira Əbdülsəmədova) görməlidir. Mənsəbpərəst Əliqulu yeganə övladı Qumralı (Əzizə xanım Kazımova) böyük vəzifəli, arxası-dayağı olan adama, hətta meymuna ərə verməyə də razıdı. Təki, həmin meymun kiminsə kabinetində atılıb-düşsün.
Əliqulu yaşlı vaxtında kreslosunu qorumaq, karyera pilləsində bir qədər də irəli getmək üçün dayısı nazirlikdə mühüm vəzifə tutan Nazlı (Gülnarə Əzizova) ilə evlənmək istəyir. Ömür-gün yoldaşı Gövhərdən də ayrılmağı planlaşdırır, təki vəzifəli şəxslə qohum olsun.
Əliqulunun təyin etdiyi toy günü vəziyyət tamam dəyişir. Çünki vəzifəni yox, saf məhəbbəti, ülvi duyğuları seçənlər - Rövşən (Əməkdar artist Əkbər Əliyev), Humay (Rəsmiyyə Nurməmmədova), Səadət (Gülçöhrə Abdullayeva), Kamal (Səmədzadə Xasıyev), Azad (Ruslan Mürsəlov), Xəlil (Əliməmməd Novruzov) onun planını pozurlar. Əliqulunun ştatlı yaltağı Səfər (Əməkdar artist İqrar Salamov) tamahkarlığı üzündən məğlub duruma düşür. Küçə musiqiçilərinə - Heyvaxanıma (Böyükxanım Məmmədova) və Lumuxanıma (Mehriban Rəcəbova) da Əliqulunun toyunda iştirak etmək nəsib olmur.
Gövhər rolunu ifa etmək üçün Milli Gənc Tamaşaçılar Teatrından dəvət edilən aktrisa Zemfira Əbdülsəmədova öz istedadı və yaradıcılıq imkanları sayəsində ümumi ansambla tez uyğunlaşmağı bacarıb. Onun ifasında Gövhər ailəsinin xoşbəxt olması üçün hər cür fədakarlığa hazır olan həyat yoldaşı, qayğıkeş anadır.

Akademik Musiqili Teatrı hər zaman gənc istedadlara potensiallarını göstərmək üçün imkan yaradır. “Əliqulu bu gün evlənir” tamaşasında Qumral rolunda çıxış edən gənc ifaçı Əzizəxanım Kazımova öz təbii oyunu ilə tamaşaçıların diqqət çəkə bilib. Yəqin ki, rejissorlar onu diqqətdə saxlayacaqlar.
“Əliqulu bu gün evlənir” tamaşasının quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədovadır. Geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri isə Fidan Əliyevadır.
Əliqulunun çalınmayan toyuna tamaşa etmək istəyənlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının repertuarını izləyə bilərlər.(Fotolar Azərtacındır)
Etibar CƏBRAYILOĞLU
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 08:52
Bred Pitt xoşladığı qadınlardan danışıb
Dünən, 07:37
Hollivudun ulduz aktyoru vəfat edib
30-06-2025, 14:52
Mənsum İbrahimov: Teatrımızın səhnəsinə yeni Məcnunlar gəlir - Foto
29-06-2025, 12:56
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edilib
28-06-2025, 09:57
İki məşhur aktyor 24 ildən sonra yenidən görüşüb
25-06-2025, 14:55
Rəşad Əhmədzadə: “Beynəlxalq festivallarda iştirakımız ölkə teatrları üçün də uğurdur” - Müsahibə
25-06-2025, 10:34
Xalq artistləri Şuşada - Fotolar
24-06-2025, 19:40
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
24-06-2025, 12:28
Leyla Əliyeva və Arzu Əliyeva Xızıda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
23-06-2025, 15:49
Erməni müğənnini “Qal, sənə qurban” mahnısını mənimsəmək istəyib
21-06-2025, 09:14
Muğam müsabiqəsinin qalibləri məlum olub - Siyahı
20-06-2025, 14:17
"Ulduz"lu görüşlər"in növbəti qonağı Mətanət Vahid olub - Fotolar
19-06-2025, 14:16
İyunun şeirli “Ulduz”u işıq üzü görüb - Foto
19-06-2025, 09:51
Yeni parkda gənc rəssamların sərgisi keçirilib - Fotolar
19-06-2025, 07:28
Məşhur aktyor Papa XIV Leo ilə görüşüb
18-06-2025, 17:35
Kino şirkətinin direktoru 3 milyon dollar maaş alacaq
18-06-2025, 09:41
Bakıda rəssam emalatxanasında ölü tapılıb
18-06-2025, 09:11
"Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının açılışı olub
17-06-2025, 10:32
“Azərbaycan-Almaniya Dostluq Həftəsi” keçiriləcək - Fotolar
13-06-2025, 16:50
“Ulduz”lu görüşlər”in növbəti qonağı Nizami Cəfərov olub - Fotolar
11-06-2025, 16:55
"Əməkdar artist" fəxri adı almaq istəyən musiqiçinin pulunu "atıblar"
11-06-2025, 10:50
Rəşid Behbudovun xatirə otağının açılışı olub - Fotolar
10-06-2025, 14:35
Lukaşenko “Belarusfilm”i kəskin tənqid edib
7-06-2025, 09:56
Aktoyorun adı Ginnesin Rekordlar Kitabına yazılıb - Video
4-06-2025, 20:41
Aqil Abbas "Ulduz"lu görüşlər"in qonağı olub - Fotolar
4-06-2025, 16:36
Muzey Mərkəzinə direktor təyin olunub - Foto
3-06-2025, 12:57
Xurşudbanu Natəvanın şərəfinə mükafat təsis olunub
2-06-2025, 13:27
Baş redaktor Qulu Ağsəslə görüş keçirilib - Fotolar
31-05-2025, 17:10
Füzuli Hüseynov: "Mən belə aktyor tanımıram"
30-05-2025, 19:22
Aktyoru Bədii Şura üzvlüyündən azad edib, töhmət veriblər
30-05-2025, 11:00
Hollivudun ulduz aktyoru ilk filmini çəkib - Foto
29-05-2025, 17:54
Zorlama səhnəsinə görə aktyoru məhkəməyə veriblər
29-05-2025, 17:36
Prezident kinematoqrafiya sahəsi ilə bağlı sərəncam imzalayıb
29-05-2025, 16:09
Xalq artisti əməkdar artistdən polisə şikayət edib
27-05-2025, 16:59
Xalq artistlərinə qarşı qarayaxma kampaniyası aparırlar
27-05-2025, 08:19
Hollivud ulduzuna təyyarədaşıyan gəmi ayırıblar - Fotolar
26-05-2025, 11:11
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başa çatıb
26-05-2025, 08:52
SSRİ estradasının əfsanəsi “kölgəyə çəkilib”
24-05-2025, 20:26
Şuşada musiqi festivalının açılışı olub
23-05-2025, 17:34
Regional idarəyə direktor təyin olunub
23-05-2025, 16:30
Tanınmış aktyorlar həbs olunub
23-05-2025, 09:06
Aktyor beynəlxalq festivalda sürprizlə qarşılaşıb - Foto
22-05-2025, 15:17
“Ulduz”un may sayı çapdan çıxıb - Foto
22-05-2025, 00:11
Aktrisa Mehriban Ələkbərzadənin ünvanına yeni ittihamlar səsləndirib
20-05-2025, 16:34
Tanınmış musiqiçi xeyriyyəçilik edib - Fotolar
19-05-2025, 12:31
Görkəmli sənətkarın oğlu: "Anamdan mənə bircə evi yadigar qalıb"
19-05-2025, 10:25
Rasim Balayev: "Onun qaranlıq taleyi dərhal araşdırılmalıdır”
17-05-2025, 09:18
Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub