Putin etnik yəhudiləri təhqir edib
Tarix: 19-12-2024 20:32 | Bölmə: Xəbərlər
Putin etnik yəhudiləri təhqir edib

Rusiya prezidenti Vladimir Putin Ukraynadakı Rus Pravoslav Kilsəsinin fəaliyyətinin rəsmən qadağan edilməsində iştirakı olanları "allahsız", "ailəsi və qəbiləsi bəlli olmayanlar" adlandırıb.

Reyting.az
xəbər verir ki, Putin bu barədə mətbuat konfransında danışıb.

Bununla bağlı Rusiya prezidentinə sual ünvanlayan isə keçmiş ukraynalı siyasətçi və Putinin xaç atası Viktor Medvedçukun yaratdığı "Başqa Ukrayna" hərəkatının nümayəndəsi olub. Onun sözlərinə görə, Rus Pravoslav Kilsəsi (ROC) Ukraynadan "praktiki olaraq çıxarılıb".

Putin suala cavabında deyib ki, Ukraynadakı Rus Pravoslav Kilsəsi ilə bağlı baş verənlər bütün dünyanın gözü qarşısındadır və insan haqlarının, dindarların hüquqlarının kobud şəkildə pozulmasıdır.

Rusiya prezidentinin fikrincə, Ukraynada bununla məşğul olanlar hətta ateist də deyillər: “Ateistlər Tanrının olmadığına inanan insanlardır və onların inancı yoxdur. Onlar etnik yəhudidirlər, lakin onları kim sinaqoqda görüb? Düşünmürəm ki, onları sinaqoqda görən olub, sanki pravoslav da deyillər, çünki kilsələrə də getmirlər. Şübhəsiz ki, onlar heç İslam dininin belə tərəfdarları deyillər, çünki məscidlərdə də demək olar, görünmürlər. Bunlar soyu, kökü bəlli olmayan, qəbiləsiz insanlardır. Bunlar bizim üçün, həmçinin Ukrayna xalqının böyük əksəriyyəti üçün əziz olan heç nəyi qiymətləndirmirlər. Bunlar, vaxt gələcək, qaçıb kilsəyə sığınmaq yox, elə sahilə gedəcəklər. Mən düşünürəm ki, Ukraynada yaşayan insanlar da onları qiymətləndirəcək".

V. Putinin etnik yəhudilərdən bəhs etdiyi məlum olsa da, konkret kimləri nəzərdə tutduğu açıqlanmır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər