Məktəb direktoru həbs edilib
Tarix: 03-02-2025 10:46 | Bölmə: Xəbərlər
Məktəb direktoru həbs edilib

Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin direktoru həbs edilib.

Reyting.az
-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, direktor Fəxrəddin Həsənov məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət məsuliyyətinə cəlb edilib.

Ağsu Rayon Prokurorluğunda F.Həsənova Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə ilkin istintaq tamamlanıb. Toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.




Bölməyə aid digər xəbərlər