Saxlanılan şəxsdən külli miqdarda narkotik götürülüb
Tarix: 03-02-2025 09:43 | Bölmə: Cəmiyyət
Saxlanılan şəxsdən külli miqdarda narkotik götürülüb

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qeyri-leqal yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb.

Reyting.az
xəbər verir ki, bunu DİN-nin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildiriblər.

Məlumata görə, əvvəllər məhkum olunmuş Eşqin İsmayılov saxlanılıb. Ondan 30 kiloqram marixuana və 3 kiloqrama yaxın heroin, eləcə də metadon həbləri aşkarlanıb. Saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib. Məhkəmənin qərarı ilə E. İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.

Keçirilən digər əməliyyatlarla Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 15 nəfər tutulub. Saxlanılanlardan İlham Muradovun yaşadığı evdən “Kalaşnikov” avtomatı, daraq və patronlar da aşkarlanıb.

Qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində keçirilən tədbirlər zamanı rayon ərazisindən 1 ədəd avtomat və 3 ov tüfəngi də aşkarlanıb.




Bölməyə aid digər xəbərlər