Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta olub
Tarix: 03-02-2025 09:29 | Bölmə: Slayd
Dağlıq rayonlarda 12 dərəcəyədək şaxta olub

Fevralın 3-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildiriblər ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Sumqayıt, Binə, Yevlax, Göyçay, Zərdab, İmişli, Neftçala, Sabirabad, Cəfərxan, Biləsuvarda duman müşahidə olunub. Dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eyni zamanda Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 12 dərəcəyədək şaxta qeydə alınıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
29-01-2025, 11:49 Varis xəstəliyi