Qum fırtınası Rumıniyaya yaxınlaşır
Tarix: 11-03-2025 09:34 | Bölmə: Xəbərlər
Qum fırtınası Rumıniyaya yaxınlaşır

Sahara səhrasından gələn qum fırtınası növbəti həftə ərzində Rumıniyaya çatacaq. Yerli mütəxəssislər bildiririblər ki, qum buludu indi bölgəni bürüyən isti hava ilə birlikdə Rumıniyanı ağuşuna alacaq.

Reyting.az
xəbər verir ki, bunu Buxarestdəki Milli Meteorologiya İdarəsi bildirib.

Meteoroloqların məlumatına görə, mart ayının 7-si son 65 ilin ən isti havası kimi qeyd olunub. 7 mart günü Rumıniyada qəfildən havanın temperaturu 25 dərəcəyə qədər yüksəlib. Eyni zamanda, ölkənin qərbindəki bir sıra rayonlarda hava həddindən artıq isti olub və yay temperaturu indiyədək davam edir.

Milli Meteorologiya İdarəsinin məlumatına görə, yaxın həftələrdə ölkənin bütün ərazisində, xüsusilə maksimum temperaturun 25 dərəcəyə çata biləcəyi cənub-qərb, cənub və cənub-şərqdə yay temperaturu yüksək dərəcədə qalacaq.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
10-03-2025, 12:04 Lerikdə zəlzələ olub
6-03-2025, 23:26 NASA kosmosda su axtaracaq