15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Deputat: Vəziyyət ağırdır, hökumət ciddi bir iş görmür
Tarix: 16-04-2025 17:56 | Bölmə: Slayd
Deputat: Vəziyyət ağırdır, hökumət ciddi bir iş görmür

"Vəziyyət ağırdır, üzücüdür, dərin təəssüf hissi və narahatlıq yaradır. Hökumət demək olar ki, vəziyyəti dəyişmək üçün ciddi heç bir iş görmür, fəaliyyətsizdir. Artıq bu acınacaqlı durum dəfələrlə təkrar olunsa da, bu istiqamətdə ciddi işlər görülmür”.

Reyting.az
xəbər verir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev güclü yağışdan sonra Bakı şəhərində bəzi yolların bağlanması və digər problemlərin yaranmasına münasibət bildirərkən deyib.

Q. Həsənquliyev xatırladıb ki, digər deputat həmkarları ilə bu məsələni baş nazirin iştirak etdiyi hökumətin hesabatı zamanı da qaldırıblar:

“Azərbaycana hökumət üzvlərinin və mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, icra başçılarının eşidəcəyi güclü və təşəbbüskar baş nazir lazımdır. Əli müəllim savadlı və yaxşı insan olaraq, Prezidentin köməkçisi kimi daha çox iş görə bilirdi. Hazırkı şəraitdə Birinci vitse-prezident həm də baş nazir postunu tutsa, bu, çox faydalı olardı".

Q. Həsənquliyev əlavə edib ki, geniş səlahiyyətlərə malik Bakı şəhər bələdiyyəsi yaradılmalıdır:

“Hökumət qısa zamanda ciddi qərarlar qəbul edib işə başlamalı və bu barədə əhalini məlumatlandırmalıdır. Təəssüf ki, heç kim təşəbbüs göstərmir, hamı Prezidentdən tapşırıq gözləyir. Yaranmış vəziyyət idarəetmədə islahatların aparılmasını qaçılmaz edir”.




Bölməyə aid digər xəbərlər