15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Ticarət savaşı: Çinə tətbiq edilən tariflər 245 faizə çatıb
Tarix: 17-04-2025 11:46 | Bölmə: Slayd
Ticarət savaşı: Çinə tətbiq edilən tariflər 245 faizə çatıb

Çindən idxal edilən bəzi məhsullar üçün tariflər əvvəllər qüvvədə olan tariflər də daxil olmaqla, ümumilikdə 245 faizə çatıb.

Reyting.az
xəbər verir ki, bunu ABŞ bəyan edib.

Ağ ev yaranmış vəziyyətə görə Pekini təqsirkar sayır.

Qeyd olunur ki, Çinin cavab rüsumları nəticəsində bu ölkədən idxal edilən mallar 245 faizə qədər tariflərlə üzləşib.

Ağ ev rəsmisi Çindən idxal olunan məhsullara tətbiq edilən tarif dərəcələrinə aydınlıq gətirib:

“125 faizlik qarşılıqlı tariflərə 20 faiz fentanil tarifləri və 301-ci maddədəki tariflər daxildir və bu gömrük rüsumları məhsuldan asılı olaraq 7,5 faizlə 100 faiz arasında dəyişir”.

Elektrikli nəqliyyat vasitələri və enjektorlar kimi məhsulların 301-ci maddə ilə 100 faiz gömrük rüsumuna məruz qaldığını qeyd edən rəsminin sözlərinə görə, bu məhsullara fentanil tarifi və qarşılıqlı tariflərin də tətbiq edilib, bununla da ümumi gömrük rüsumu 245 faizə çatıb.

Onu da qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Yaponiya ilə ticarət danışıqlarında əhəmiyyətli irəliləyiş əldə etdiklərini açıqlayıb. Danışıqların tariflər və ticarət ədaləti kimi məsələləri əhatə etdiyi bildirilir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər