15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
Başlıbel qətliamından 32 il ötür
Tarix: 18-04-2025 00:45 | Bölmə: Slayd
Başlıbel qətliamından 32 il ötür

Bu gün Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən qətliamdan 32 il ötür.

Reyting.az
xatırladır ki, ermənilər bu qətliamı 18 aprel 1993-cü ildə törədiblər.

1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı 2 minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər 9 nəfəri qətlə yetirib, 5 nəfəri girov götürüb. Qalan 62 nəfər isə dağlara çəkilərək kahalarda gizlənib.

Aprelin 18-də sakinlərin yerlərini aşkarlayan ermənilər kahalara hücum edərək daha 18 nəfəri qətlə yetirib, 14 nəfəri girov götürüblər.

Hadisə zamanı bir nəfər itkin düşüb. Sağ qalan 30 nəfər 113 gün mühasirədə qalıb. Nəhayət, iyulun 17-də onlar ancaq gecə hərəkət edərək dağ yolları ilə mühasirədən çıxa biliblər.

Kəlbəcər rayonu 44 günlük Vətən müharibəsi zamanı - 25 noyabr 2020-ci ildə işğaldan azad edilib.




Bölməyə aid digər xəbərlər