19:33 / 12-04-2025
İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - Fotolar
19:32 / 12-04-2025
Azərbaycanın daha bir rayonunda zəlzələ olub
18:05 / 12-04-2025
Keçmiş rektor istintaqa çağırılıb
15:59 / 12-04-2025
Şamaxı rayonunda zəlzələ baş verib
14:16 / 12-04-2025
Azərbaycan və Ermənistan XİN başçıları mövcud vəziyyəti müzakirə ediblər
12:15 / 12-04-2025
Azərbaycan prezidenti Avropa Şurasının baş katibi ilə görüşüb
11:38 / 12-04-2025
Azərbaycan və Türkiyənin müdafiə nazirləri görüşüb - Video
11:24 / 12-04-2025
Abşeronda axtarışda olan 36 nəfər saxlanılıb
10:52 / 12-04-2025
Qobu və Masazırda silah-sursat aşkar edilib - Video
10:32 / 12-04-2025
Bakıda taksi ilə yük maşını toqquşub, xəsarət alan var
10:04 / 12-04-2025
Mövqelərimiz yenə atəşə tutulub
09:56 / 12-04-2025
Beş boksçumuz beynəlxalq turnirdə 1/4 finala yüksəlib
09:10 / 12-04-2025
Əhalini ən çox aldadan şirkətlər - “Kontakt Home”, “Baku Electronics” və...
00:14 / 12-04-2025
Putin Trampın xüsusi elçisi ilə dörd saatdan çox müzakirə aparıb
23:01 / 11-04-2025
Axtarışda olan 4 nəfər Azərbaycana təhvil verilib
19:24 / 11-04-2025
Maliyyə Nazirliyi depozit hərracı keçirib
18:48 / 11-04-2025
IV Antalya Diplomatik Forumunun açılışı olub - (Yenilənib) - Fotolar
18:31 / 11-04-2025
Tramp: Həftədə minlərlə insan mənasız müharibədə ölür
18:27 / 11-04-2025
“QHT işi” üzrə daha bir nəfər həbs edilib - Yenilənib
18:22 / 11-04-2025
Keçmiş xarici işlər naziri xarici agent elan olunub
17:49 / 11-04-2025
İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşüb - (Yenilənib) - Fotolar
17:13 / 11-04-2025
Leysan yağacaq, çaylardan sel keçəcək - Xəbərdarlıq
16:24 / 11-04-2025
Məşhur moda şirkətini 1,375 milyard dollara satıblar
15:05 / 11-04-2025
Deputat: Heç kim Azərbaycanla təzyiq dilində danışa bilməz
14:19 / 11-04-2025
Balıqlar Xəzərdən Volqa çayına miqrasiya edir
14:14 / 11-04-2025
Azərbaycan və Türkiyə prezidentləri görüşüb - (Yenilənib) - Foto
14:02 / 11-04-2025
Britaniya Aİ ilə müdafiə sazişi bağlamaq istəyir
13:50 / 11-04-2025
Cəlaloğlu: Türk Dövlətləri Təşkilatı məsələsində tələsmək lazımdır
13:24 / 11-04-2025
ABŞ Yaxın Şərqə ikinci hərbi gəmi göndərib
15:45 / 08-04-2025

19:18 / 08-04-2025

15:20 / 08-04-2025

08:12 / 10-04-2025

20:36 / 08-04-2025

23:36 / 10-04-2025

20:56 / 09-04-2025

11:14 / 08-04-2025

13:04 / 08-04-2025

14:00 / 08-04-2025

12:30 / 08-04-2025

İlham Əliyev forumda mühüm mesajlar verib - (Yenilənib) - Video, Fotolar
Tarix: 10-04-2025 08:12 | Bölmə: Slayd

Aprelin 9-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.
Reyting.az xəbər verir ki, dövlətimizin başçısı forum iştirakçılarının suallarını cavablandırıb.
Forumu açan ADA Universitetinin rektoru Hafiz Paşayev deyib:
Zati-aliləri cənab Prezident, dəyərli konfrans iştirakçıları. Sizi və bütün iştirakçıları ADA Universitetində qəbul etməkdən məmnunluq duyur və şərəf hissi keçirirəm. Beynəlxalq siyasətin müzakirəsinə həsr olunan bu tədbiri yeddinci dəfə keçirməkdən böyük fəxarət hissi duyuruq və bu konfransların hər birinə verdiyi dəstəyə, onlarda iştirak etdiyinə görə Prezident Əliyevə dərindən minnətdarıq. Ötən illərdə altmış ölkədən iki yüzdən artıq ekspert və alim Bakıda və azad edilmiş Qarabağın dörd şəhərində keçirilmiş bu müzakirələrdə iştirak etmiş, sonradan regional və qlobal məsələlərlə bağlı bir çox məqalələr dərc etmişdir. Bu il ADA Universitetinin beynəlxalq konfransına rekord sayda - 80 əcnəbi iştirakçı qatılıb. İştirakçıların 50 faizindən çoxu konfransımızda ilk dəfədir ki, iştirak edir. Konfransın mövzusu qlobal gündəmin cari vəziyyətinə çox uyğundur. Dünya tektonik dəyişikliklərə, regional və qlobal münaqişələrə, siyasi səhnələrin radikallaşdırılmasına, millətçiliyin baş qaldırmasına və çoxtərəfliyə edilən hücumlara, beynəlxalq hüququn zəifləməsinə, güc, qüvvə və zorakılığın dominantlığına məruz qalır. Bunlar bugünkü dünyanın ortaq xüsusiyyətləridir və biz bu mövzulara iqlim məsələlərini, miqrasiya problemlərini, proteksionizmi və ticarət müharibələrini əlavə edəcəyik. Bizi hansı gələcək gözləyir? Yeni dünya düzəni necə olacaq? Azərbaycan kimi ölkələrin cərəyan edən belə hadisələrdə və meyillərdə rolu nədir?
Cənab Prezident, dünən tikinti və yenidənqurma işlərinin bizə böyük təsir bağışladığı Qarabağa və Xankəndiyə səfərimizdən sonra bu gün bu qlobal və regional məsələlərlə bağlı dünyanın ən təcrübəli liderlərindən biri olaraq Sizin fikirlərinizi eşitmək bizim üçün şərəf olardı. İnanırıq ki, Sizin iştirakçılarla apardığınız qarşılıqlı müzakirələr və sonra da davam edən panellər bu regionla bağlı və dünya miqyasında sülh üçün baxışın daha da yaxşı formalaşmasına və çatdırılmasına kömək edəcək. İnanıram ki, qonaqlarımız Azərbaycanın sürətli transformasiyası və inkişafı ilə bağlı Bakını daha çox biliklərlə və müsbət təəssüratlarla tərk edəcəklər. Cənab Prezident, bizə vaxt ayırdığınız üçün Sizə bir daha təşəkkür edirik və çıxışınızı səbirsizliklə gözləyirik. Buyurun, cənab Prezident, söz Sizindir.
Prezident İlham Əliyev: Sabahınız xeyir, xanımlar və cənablar. Əvvəlcə hamınızı Azərbaycanda salamlamaq və ADA Universitetinə, onun rəhbərliyinə və rektoruna, professor Paşayevə belə bir prosesin başladılması təşəbbüsünü irəli sürdüyünə görə minnətdarlığımı bildirmək istəyirəm.
Artıq qeyd edildiyi kimi, müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Eyni zamanda, bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir.
Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra beynəlxalq ekspertlərin həmin ərazilərə müntəzəm səfərləri onlara ölkəmizin tarixi haqqında daha dolğun məlumat verir. Onlara münaqişənin tarixi və İkinci Qarabağ müharibəsində şanlı Zəfərimizdən ayrılması mümkün olmayan Azərbaycanın bugünkü reallığı və beynəlxalq dəstək olmadan ölkənin ərazi bütövlüyünün öz gücü və siyasi-hərbi yolla bərpası ilə bağlı unikal presedent haqqında məlumat verir. Rektor Paşayev qeyd etdiyi kimi, siz dünən əfsuslar olsun ki, bir çox illər ərzində - otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir.
Lakin Azərbaycanın Qarabağ bölgəsində sovet hökumətinin siyasi, tarixi, iqtisadi və mədəni nöqteyi-nəzərdən qeyri-qanuni və tamamilə əsassız olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması qərarından sonra təəssüf ki, təcavüzkar separatizmə aparan bu prosesə start verildi.
1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması, əslində, zaman bombası idi və bu bomba separatçılara, onların sponsorlarına və münaqişəni öz siyasi məqsədləri üçün istifadə edən müxtəlif tərəflərə lazım olan anda partladı.
Biz buna, əslində, suverenliyimiz uğrunda döyüşdə son nöqtə olan, 24 saatdan az davam edən hərbi əməliyyatla bir il yarım bundan əvvəl son qoyduq. Siz orada olmusunuz. Siz nələrin baş verdiklərinin şahidi olmusunuz. Hesab edirəm ki, bu gün Azərbaycanın reallığını rayonlara səfər ən yaxşı nümayiş etdirir. Xüsusilə dağıdılmış və ermənilərin işğal etdiyi rayonları nəzərdə tuturam. İndi mən müzakirələrin aparılmasına daha çox vaxtın ayrılması üçün giriş nitqimi yekunlaşdıracağam. Əminəm ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr bizə birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək.
Bir daha bizimlə birlikdə olduğunuza görə çox sağ olun. Sizə Azərbaycanda yaxşı vaxt keçirməyi arzulayıram.
Prezidentin köməkçisi Hikmət Hacıyev: Təşəkkür edirik, cənab Prezident. İcazənizlə, müzakirələrimizə başlamaq istərdik və Sizə sual ünvanlamaq üçün kifayət qədər çox iştirakçı yazılıb. Birinci, İsveçdən olan Svante Kornell ilə başlamaq istərdik.
Svante Kornell: Çox sağ olun, cənab Prezident, Sizi yenidən görmək necə də xoşdur. Son zamanlarda Azərbaycanın həm Mərkəzi Asiyada, həm də Yaxın Şərqdə cərəyan edən proseslərdə əhəmiyyətli iqtisadi və siyasi münasibətlərə malik iştirakçı qismində güclü cəlb edildiyinin şahidi olmuşuq. Azərbaycanın, eyni zamanda, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin bir hissəsi kimi özünü necə görməsi və dünyanın bu üç hissəsini bir araya gətirmək üçün oynaya biləcəyi rolu barədə bizə məlumat verə bilərsinizmi? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bu məsələ qismən bizim yerləşdiyimiz coğrafiya və Azərbaycan xalqının tarixi, Azərbaycanın, eyni zamanda, Şərqi və Qərbi coğrafiyanın bir hissəsi olaraq əsrlər boyunca necə inkişaf etməsi ilə bağlıdır. Əlbəttə ki, coğrafiya hər bir ölkə üçün mühüm amildir. Lakin o, siyasətimizdə dominantlıq edən yeganə amil deyil. Beləliklə, biz siyasətimizi həmin coğrafiya əsasında qurmuşuq. Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma bizə Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. Biz indi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər. Baxmayaraq ki, Avropada Azərbaycanı nəinki bu prosesdən ayırmağı, eyni zamanda, Qafqazda, xüsusilə Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq istəyən bəzi qüvvələr var. Lakin bu səylər əlbəttə ki, uğurla nəticələnməyəcək. Çünki Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəinki coğrafiya, eyni zamanda, siyasi, iqtisadi, mədəni əlaqələr tərəfdaşlığın bu unikal ab-havasını yaradır. Beləliklə, Azərbaycan geosiyasi cəhətdən Cənubi Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir, lakin, eyni zamanda, biz Mərkəzi Asiyaya yaxınıq. Yalnız Xəzər dənizi bizi ayırır. Beləliklə, praktiki əməkdaşlıq, nəqliyyat, Orta Dəhliz nöqteyi-nəzərdən biz körpülər qurmaq və yükdaşımaların həcmini artırmaq məqsədilə çoxlu işlər görmüşük. Çünki Azərbaycanın nəqliyyat infrastrukturuna, xüsusilə dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu müəssisələrinə və bu gün yaratdığımız digər logistik infrastrukturumuza yatırılan böyük investisiyalar önəmlidir və ildən-ilə biz təkcə Mərkəzi Asiyadan yox, həmçinin Azərbaycanın ərazisindən keçməklə Çindən gedən və Avropadan Çinə gedən yüklərin həcminin artdığını görürük. Hesab edirəm ki, bu, vacib bir aktivdir və Mərkəzi Asiya ölkələri ilə münasibətlərini yaxından qurmaq istəyən istənilən beynəlxalq aktor üçün yenə də xəritəyə və Azərbaycan ilə Mərkəzi Asiya ölkələri liderləri arasında siyasi müstəvidə qarşılıqlı əlaqələrə nəzər salmaq kifayətdir.
Eyni sözləri biz Yaxın Şərq ölkələri və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrlə olan güclü əlaqələrimizə də şamil edə bilərik. Azərbaycan qarşılıqlı hörmət və maraq əsasında çox güclü əlaqələr qurmuşdur. Biz artıq müxtəlif investisiya layihələri üzərində fəal işləyirik. Eyni sözləri Mərkəzi Asiya ölkələri haqqında da söyləmək olar. Biz bəzi Mərkəzi Asiya ölkələri və Körfəz Əməkdaşlığı Şurasına üzv ölkələrin bəziləri ilə bir neçə birgə investisiya fondunu yaratmışıq. Beləliklə, bu sinerjinin yaradılması əlbəttə ki, bizim hamımıza fayda verəcək. Bu yaxınlarda - altı ay bundan əvvəl biz Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə gedəcək yaşıl enerji kabelinə dair mühüm bir müqavilə imzaladıq. Beləliklə, bu müqavilə Mərkəzi Asiyanın artıq mövcud olan və bəzilərinin üzərində iş gedən geniş enerji resurslarını buraya gətirəcək və Azərbaycanın geniş enerji resurslarına əlavə edəcək, enerji təhlükəsizliyi ilə bağlı Avropa ölkələrinə dəstək olacaq. Hələ ki, söhbət neft və qazdan gedir. Lakin yaşıl enerjidən elektrik enerjisi yaradılacaq. Bir neçə gün bundan əvvəl Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının ənənəvi iclası keçirilmişdir. Onun gündəliyinin bir qismi yaşıl enerjiyə həsr olunmuşdur. Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik və əlbəttə ki, regionumuzun dövlətçiliyi və müstəqilliyini qorumaq üçün birgə səylər mühüm beynəlxalq amildir.
Hikmət Hacıyev: İkinci sual, Stefani Fenkart, Avstriya.
Stefani Fenkart: Bizi qəbul etdiyiniz üçün çox sağ olun, cənab Prezident. Mən Vyanadakı Beynəlxalq Sülh İnstitutunda çalışıram. Mən keçən dəfə də burada idim və Ermənistanla Azərbaycan arasında barışıq, vasitəçilik barədə sual vermişdim. Bu dəfə isə daha uzunmüddətli perspektivə yönəlmiş sual vermək istəyirəm. İstərdim ki, yeni dünya düzəni mövzusunu nəzərə alaraq, Cənubi Qafqaz ölkələri üçün uzunmüddətli baxışınız haqqında bizə məlumat verəsiniz və yəqin Ermənistan ilə Azərbaycan arasında sülhün uzun çəkəcəyini görürsünüz. Bir-biri ilə razılaşma, sülh sazişinə nail olma nöqteyi-nəzərindən bu proses hələ də uzun çəkəcək. Lakin əngəlləri aşmaq olar. Bütün bunlara baxmayaraq, düşünürəm ki, bir Avropa dövləti kimi gələcəkdə müharibələrin aparılmasının necə mümkünsüz edilməsinə və sonra da Avropa İttifaqı kimi institusional formanın alınmasına dair baxış kimi bir fikrə malik olmaq vacibdir. Mən Sizə bu yolla irəliləməyi təklif etmirəm. Lakin, Sizin də əvvəl qeyd etdiyiniz kimi mövcud coğrafiyanı nəzərə alaraq, azərbaycanlılar, ermənilər və gürcülərin bəhrələnəcəyi Cənubi Qafqaz üçün uzunmüddətli baxışınız nə olardı? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, biz nail olunması mümkün olan orta perspektivli hədəflər haqqında da danışa bilərik. Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Bizim hamımızın buna imkanı var idi. Lakin Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı. Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir. Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq. Hesab edirəm ki, biz vaxt itirməməliyik, çünki yenə də sülh sazişinə gəldikdə, top Ermənistandadır. Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq. Hesab edirəm ki, bu vəziyyət Cənubi Qafqazın üç ölkəsinin xeyrinədir. Realist olduğum üçün biz dərhal Ermənistanla dost olacağımızı təsəvvür edə bilmərik. Bu, real deyil və hətta belə bir iqtisadi inteqrasiya haqqında danışmaq hələ tezdir. Lakin biz etimadın artırılması üçün kiçik addımların atılmasına hazırıq. Bu yaxınlarda gürcü dostlarımız tərəfindən atılmış müəyyən təşəbbüslər var idi və biz onlara müsbət cavab verdik. Beləliklə, biz Ermənistan tərəfinin mövqeyini gözləyəcəyik. Bu baş versə, jurnalistlər və ziyalıların mübadilə səfərləri, transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla biz etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq.
Hikmət Hacıyev: Brenda Şaffer, Amerika Birləşmiş Ştatları və İsrail.
Brenda Şaffer: Sabahınız xeyir, Prezident Əliyev.
Prezident İlham Əliyev: Sabahınız xeyir.
Brenda Şaffer: Biz 2025-ci ili yaşayırıq, 44 günlük müharibədən demək olar ki, beş il ötüb. Həlak olmuş şəhidləri, xüsusilə ölkəsini müdafiə edən gəncləri və həyatının hər günü mübarizəyə çevrilmiş yaralananları xatırlamaq yerinə düşərdi. Lakin bu həm də Ali Baş Komandandan, Azərbaycanın və onun Ordusunun müharibəyə hazırlaşma prosesinə rəhbərlik etmiş Prezidentdən soruşmaq fürsətidir. Beş ildən sonra hansı qənaətə gəlmisiniz? Deyə bilərik ki, İkinci Dünya müharibəsindən sonra çox az sayda müharibənin real sonu olmuşdur. Tərəflər davam edən münaqişəni, sadəcə, süründürürlər. Ermənistan-Azərbaycan müharibəsi 2023-cü ilin antiterror əməliyyatı da daxil olmaqla sona çatmış yeganə müharibədir. Beləliklə, Siz özünüz üçün hansı nəticələr çıxarmısınız? Ali Baş Komandan olaraq müharibədən beş il sonra urban müharibə, mülki şəxslər arasında itkilərin və mülki infrastruktura dəymiş ziyanın azalması. Biz burada əyləşərkən əfsuslar olsun ki, hələ də davam edən müasir müharibələrdən çıxardığınız nəticələr nədir?
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Əlbəttə ki, bu suala cavab vermək üçün müxtəlif seqmentlər mövcuddur. Birincisi, müdafiə qabiliyyətidir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz Silahlı Qüvvələrində islahatları davam etdirmişdir. Bu ona görə olmuşdur ki, ərazimizdə hələ separatçılar var idi və biz istənilən təxribatlara hazır olmalı idik. 2020-ci il müharibəsindən suverenliyimizi tam bərpa etdiyimiz 2023-cü ilə qədər müəyyən hərbi qarşıdurmalar var idi. İkinci Qarabağ müharibəsi zamanı hərbi əməliyyatların tərəfimizdən aparılması tərzi Azərbaycan hərbi qüvvələrinin yüksəksəviyyəli bacarığını, nizam-intizamını və Azərbaycan hökumətinin siyasi iradəsini nümayiş etdirdi.
Biz intiqam almadıq. Lakin xüsusilə Qarabağa qayıdanda və barbarlığı, vəhşiliyi gördükdə bizim işğal illərində hansı hissləri keçirdiyimizi təsəvvürünüzə gətirə bilərsiniz. Beləliklə biz dedik ki, - və mən bunu dəfələrlə demişəm, - intiqamımızı döyüş meydanında alacağıq. Biz normal insan davranışından və özümüzün sadiq olduğumuz müharibə qaydalarından kənara çıxan bir hərəkət etməyəcəyik. Bu, belə də oldu. Biz müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə dair anlayışımıza uyğun apardıq. Bu, 44 günlük müharibənin hər bir gününü diqqətlə nəzərdən keçirən bütün ekspertlər tərəfindən yüksək qiymətləndirildi. Beləliklə, müharibə bitdikdən sonra, əlbəttə ki, vəziyyəti tamamilə sabit olan bir vəziyyət kimi qiymətləndirmək olmazdı. 2023-cü ilin sentyabrına qədər bu belə deyildi, bizim itkilərimiz olurdu. Əfsuslar olsun ki, Ermənistan və onun arxasında duran bəzi xarici qüvvələr onlara çox pis məsləhətlər verirdilər. Əslində, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, biz dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil. Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır. Xüsusilə həqiqi sülhə və sabitliyə gətirib çıxarmayacaq, Ermənistanda geniş vüsət almış militarizasiya prosesini, Ermənistanın yeni dostları tərəfindən təchiz edilmiş ölümcül silahları nəzərə alaraq. Bu yalnız gələcəkdə potensial gərginliyə aparıb çıxaracaqdır.
Biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik. Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur. Onlar bəzi silahları pulsuz əldə edirlər. Bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Bu səbəbdən onlar ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmirlər. Çünki bizim hamımızın bildiyi kimi, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər. Onlar Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvənirdilər. Lakin Prezident Trampın qələbəsi onları çox məyus etdi. Biz hamımız bunu bilirik. Buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən. Beləliklə, sülh sazişi imzalanana və Ermənistan da onların konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər onlar həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcəklər. Burada sonuncu məqam odur ki, 2020-ci ildən bəri artıq beş il ötüb, biz hələ də Azərbaycanın Ermənistana qarşı yeni təcavüz planlaşdırdığına dair tamamilə əsassız olan mülahizə və ittihamlarla üzləşirik. Beləliklə, artıq beş il ötüb, lakin hələ də əsasən Fransa hökuməti və Avropa İttifaqında onların siyasətinə əməl edənlər və Blinken vəzifədə olarkən Dövlət Departamenti tərəfindən yaradılmış qara propaqanda davam edir. Bu qara propaqanda davam edir və bir çox hallarda bağlı qapılar arxasında mən deyirdim: “Baxın, əgər biz 2020-ci ilin noyabrında müharibəni davam etdirmək istəsəydik, onu davam etdirərdik. Biz hərbi əməliyyatlarımızı Xankəndinin həndəvərində dayandırdıq. Biz insanların ölməsini istəmədiyimizə görə müharibənin davam etməsini istəmirdik. Biz bunu sülh yolu ilə etmək istəyirdik. Biz bunu davam etdirmək istəsəydik, düz Ermənistanla sərhəddə hər yerdə - Zəngilanda, Kəlbəcərdə, digər istiqamətlərdə idik, Ermənistanın ordusu tamamilə demoralizə olunmuşdu”. Ermənistan hökumətinin özünün təsdiq etdiyi kimi orduda 12 min fərari var idi. Beləliklə, heç kim bizim qarşımızı ala bilməzdi ki, biz indi yanlış olaraq ittiham olunduqlarımızı etməyək. Amma bizim belə bir niyyətimiz yox idi və indi də belə niyyətimiz yoxdur. Lakin biz, eyni zamanda, ayıq-sayıq olmalıyıq. Biz 30 illik işğalı unutmamalıyıq. Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən “böyük Ermənistan” xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır. Biz bu reallığı müxtəlif informasiya mənbələrindən bilirik və biz bununla yaşamalıyıq. Odur ki, ola bilsin, bunlar bizim müharibədən, postmüharibə vəziyyətindən çıxardığımız nəticələrdir və postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır. Biz tamamilə legitim olanları etmişik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik.
Hikmət Hacıyev: Daria İsaçenko, Almaniya.
Daria İsaçenko: Hörmətli cənab Prezident, bu imkana görə çox təşəkkür edirəm. Mən Almaniyanın Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutunda fəaliyyət göstərirəm. Sualım Türkiyə və İsraillə bağlıdır. Azərbaycanın hər iki ölkə ilə yaxşı və yaxın münasibətləri var. Bu iki ölkə arasında hazırkı gərginliyi nəzərə alsaq, bu, Azərbaycana necə təsir göstərir və Azərbaycan Türkiyə ilə İsrail arasında gərginliyin azaldılması istiqamətində hər hansı bir fəaliyyətdə rol oynayırmı? Təşəkkür.
Prezident İlham Əliyev: Bəli, haqlısınız. Hər iki ölkə Azərbaycanın yaxın dostudur. Biz Türkiyə ilə müttəfiqik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi surətdə müttəfiq olmuşuq. Baxmayaraq ki, bizim müttəfiqlik münasibətlərimiz de-fakto bu formal prosedurdan uzun müddət əvvəl mövcud olub.
İsrail Azərbaycana dost ölkədir. Uzun illər ərzində hər ikimiz üçün çətin zamanlarda qarşılıqlı dostluq nümayiş olunub. Ona görə də, əlbəttə ki, bu iki ölkə arasındakı gərginlik bizim üçün çox narahatlıq doğurur. Artıq məlum olduğu kimi, - baxmayaraq ki, biz özümüz bunu açıq şəkildə heç vaxt bəyan etməmişik, bu, artıq kifayət qədər geniş şəkildə yayılıb, - Türkiyə ilə İsrail arasında ilk uğurlu barışıq müəyyən dərəcədə Azərbaycanın vasitəçiliyi ilə əldə olunub. Çünki indi iki ölkə arasında baş verənlər ilk böhran deyil, yaxın keçmişdə ikincidir. İlk böhran zamanı biz ölkələri yaxınlaşdırmağa çalışmaq üçün fəal rol oynadıq. Bu, təkcə Azərbaycan deyildi, lakin deyərdim ki, Azərbaycan bu prosesdə birinci yerdə idi. Yenə də bu, bağlı qapılar arxasında baş verdi. Biz bunu heç vaxt ictimailəşdirmədik. Biz buna görə heç vaxt özümüzü tərifləməyə çalışmadıq. Biz, sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik. Bəlkə də bilirsiniz ki, bu normallaşmanın nəzərəçarpan əlamətləri də var idi, məsələn, İsrail Prezidenti cənab Hersoqun Türkiyəyə səfəri və Prezident Ərdoğanla görüşü, Prezident Ərdoğanla Baş nazir Netanyahu arasında Nyu-Yorkda görüş. Bu, iki il bundan əvvəl baş vermişdi. İndi biz bir növ dejavü yaşayırıq. Biz addımlarımızın alqoritmini bilirik. Mən sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk. Ola bilsin ki, hazırkı mərhələdə bundan daha çox söz demək doğru olmaz, çünki yenə də bu, iki ölkə arasındakı münasibətlərdir. Aramızdakı hər hansı prosesi, - əgər, ümumiyyətlə, belə bir proses varsa, - nə dərəcədə ictimailəşdirmək istəmələrinə onlar özləri qərar verməlidirlər. Normallaşmanın birinci raundu zamanı biz tamamilə sakit idik. Biz bağlı qapılar arxasında işləyirdik. Təsəvvür edə bilərsiniz ki, biz indi eyni işi görürük. Ümidvarıq ki, bu proses normallaşmaya aparacaq. Dostlarınız arasında pis münasibətlərin olması hər zaman pisdir. Bu, onlar üçün pisdir, bizim üçün pisdir və dünya üçün pisdir. Çünki düşünürəm ki, legitim narahatlıqlara, kifayət qədər yüksək səviyyədə etimadsızlığa baxmayaraq, hələ də normallaşma və qarşılıqlı maraq doğuran sahələr üçün əsas tapmaq olar. Zənnimcə, proses dayanmamalıdır. Azərbaycan prosesə kömək etmək üçün əlində olan hər şeyi edir.
Hikmət Hacıyev: Ramiz Yunus, ABŞ.
Ramiz Yunus: Möhtərəm cənab Prezident, bu gün burada olmaq mənim üçün böyük şərəfdir. Sizinlə yenidən görüşməyə çox şadam. Bu imkana görə təşəkkür edirəm. Dəvətə görə təşəkkür edirəm. Mənim üçün bu, böyük imkandır. Sizin iştirakınızla keçirilən çox mühüm beynəlxalq tədbirlər üçün Vətənimə, xüsusilə Qarabağa, Azərbaycanın Qarabağ bölgəsinə gəlmək bir ənənəyə çevrilib. Keçən dəfə bu, Şuşada idi, indi Xankəndidə, Bakıda. Eyni zamanda, dünyadakı və regiondakı ciddi geosiyasi məsələlərlə bağlı Sizə sual ünvanlamaq imkanını yüksək qiymətləndirirəm. Möhtərəm cənab Prezident, keçən dəfə ABŞ-dakı seçkilərdən əvvəl mənim sualıma cavab verərkən Siz həm demokratlarla, həm də respublikaçılarla təmasda olmaqla bağlı mükəmməl təcrübənizi paylaşdınız. Xatırlayıram, Siz söylədiniz ki, respublikaçıların administrasiyası ilə işləmək Sizin üçün hər zaman daha asandır. Möhtərəm cənab Prezident, Sizə sualım var. Ağ evdə hakimiyyətin dəyişməyindən sonra Sizin gözləntiniz özünü doğrultdumu, yoxsa bu barədə danışmaq hələ tezdir? Bu gün Azərbaycan və regionumuz üçün əsas riski nədə görürsünüz? Bir daha təşəkkür edirəm, möhtərəm cənab Prezident.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. Mənim şəxsi təcrübəm nöqteyi-nəzərindən, - mən bunu dəfələrlə bölüşmüşəm, - sözsüz ki, respublikaçıların administrasiyası ilə işləmək demokratların administrasiyası ilə işləməkdən daha rahat olub. Mən prezident kimi fəaliyyətə 2003-cü ildə, Prezident Corc Buşun dövründə başlamışam və iki ölkə arasında münasibətlər çox yaxşı idi. Hər ikimiz qarşılıqlı dəstəyi yüksək qiymətləndirirdik və ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini açıq şəkildə bəyan edirdik. Azərbaycan Əfqanıstanda və İraqda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələri arasında idi. Bu, ABŞ administrasiyasının müraciətinə əsasən olmuşdu. Əks halda, biz orada olmazdıq. Biz təkcə çox sayda hərbçilərimiz vasitəsilə fiziki dəstəyi deyil, həm də istər hava yolu ilə və ya yerüstü vasitələr və Xəzər dənizi vasitəsilə Əfqanıstana mühüm nəqliyyat əlaqəsini təmin etdik. Bu, Prezident Buş administrasiyası dövründə ABŞ hökuməti tərəfindən yüksək qiymətləndirildi. Prezident Buşun səlahiyyət müddəti başa çatandan sonra vəziyyət ciddi şəkildə olmasa da bir qədər dəyişdi. Lakin Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik. Biz dünyanın ən güclü ölkəsi olan ABŞ ilə hər zaman yaxşı münasibətlərimizin olmasını istəmişik. Bu, cənab Blinkenin rəhbərlik etdiyi Dövlət Departamentinin yürütdüyü anti-Azərbaycan siyasəti və Prezident Bayden administrasiyasında olan anti-Azərbaycan mövqeli bir çox şəxslər üzündən baş verdi. Mən Azərbaycanda məyusluğa səbəb olmuş müxtəlif faktları qeyd edə bilərəm. Düşünürəm ki, cəmi birini - Azərbaycana qarşı sanksiyaların yenidən necə tətbiq olunmasını söyləmək kifayətdir. ABŞ-ın Azərbaycana ehtiyacı olanda Azərbaycana münasibətdə ayrı-seçkiliyi nümayiş etdirən Azadlığa Dəstək Aktına “907-ci düzəliş” müvəqqəti olaraq dayandırılırdı. ABŞ-ın hər bir prezidenti hər il bunu dayandırırdı. Lakin Bayden-Blinken administrasiyası Əfqanıstandan qaçan kimi,- bunu onların necə etdiyini hamımız gördük, - onlar bizə qarşı bu düzəlişi yenidən tətbiq etdilər. Belə nankor olmaq administrasiyanın özünə də ziyan verir. Çünki bundan sonra onlara kim etimad edəcəkdi? Bizim Bayden-Blinken komandasına etimad səviyyəmiz sıfra bərabər idi. Münasibətlərimiz dərin böhran içərisində idi.
Bayden-Blinken komandasının rəhbərliyi dövründə ABŞ Ermənistana münasibətdə birtərəfli mövqe tutdu. Bu, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri ilk dəfə idi ki, rəsmi şəkildə baş verirdi. Bəli, demokratların hakimiyyətdə olduğu bütün administrasiyalar dövründə Ermənistanın necə dəstəkləndiyini biz hamımız bilirdik. Lakin buna baxmayaraq, Amerikanın prosesdə vasitəçilik tarixində heç vaxt onlar Ermənistana münasibətdə birtərəfli mövqe tutmamışdılar. Ötən il aprelin 5-də cənab Blinken, xanım Ursula Fon der Lyayen, cənab Borell və cənab Paşinyanın iştirakı ilə Brüsseldə keçirilmiş çox qəribə görüşü xatırlamaq kifayətdir - ABŞ və Avropa siyasətçilərindən ibarət komandanın nəinki postsovet məkanının, dünyanın heç bir ölkəsi ilə indiyədək keçirmədiyi bir görüş. Bizdə kifayət qədər etibarlı məlumat var ki, razılaşdırılmış protokolun bir hissəsi hərbi potensialın artırılmasına həsr olunmuşdu. Biz bunun qarşısını almaq üçün bu məsələni əvvəlcədən qaldırmışdıq. Sonradan bu, sənədin mətnindən çıxarılmışdı. Lakin de-fakto bu mövcud idi. Buna əsaslanaraq qondarma “Avropa Sülh Fondu” silah almaq üçün Ermənistana ilk tranşını ayırdı. Blinkenin dövründə ABŞ-Azərbaycan münasibətlərinin pisləşməsində başqa mühüm bir amil Prezident Trampın səlahiyyətlərinin icrasına başlamazdan 5 gün əvvəl imzalanmış strateji tərəfdaşlıq bəyannaməsi oldu. Bu il yanvarın 14-də Vaşinqtonda Dövlət katibi Blinken və Ermənistanın xarici işlər naziri strateji tərəfdaşlığa dair bəyannamə imzaladılar - oğrular kimi tələsik. Yeni komandanın gəlişinə cəmi 5 gün qalmış, - siyasəti Prezident Tramp müəyyənləşdirəcəkdi, - bu nəyə lazım idi? Bu, cənab Blinkenin növbəti anti-Azərbaycan addımı idi. Mən buna çox təəssüflənirəm, çünki təmaslarımızın əvvəlində mən ona çox etimad edirdim. Lakin əfsuslar olsun ki, mən yanılmışdım. Qafqazda ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, bizə qarşı ayrı-seçkilik etmək, Azərbaycan haqqında şayiələr yaymaq cəhdləri oldu. Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Onların “Washington Post”, “New York Times”, “Politico” və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın “feyk xəbərlər” adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdı. Biz bilirdik ki, bu məqalələrin mənbəyi Dövlət Departamentidir. USAID-lə də bağlı vəziyyət eyni idi. İndi, yeri gəlmişkən, bizim Baş prokuror USAID-in qanunsuz fəaliyyətini araşdırır. Mənə ilkin araşdırma ilə bağlı artıq məlumat verilmişdir. Bu, anti-Azərbaycan fəaliyyətinin miqyasını, hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səylərini nümayiş etdirir. Sənədlər hazır olan kimi biz onu Prezident Tramp administrasiyasına təqdim edəcəyik ki, onlar bu korrupsiyaya uğramış USAID və onun korrupsiyalaşmış rəhbərləri barəsində ciddi tədbirlər görə bilsin. Beləliklə, bu tarixdir və mən bu tarix barədə bəlkə də saatlarla danışa bilərəm, lakin indi ən mühüm olan odur ki, bəli, biz gözlədiyimizi artıq əldə etmişik ya yox? Mən deyərdim, bəli. Çünki, birincisi, ABŞ siyasətində anti-Azərbaycan trendi dayandırıldı və bu, artıq müsbət məqamdır. İkincisi, artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub, gündəlik çox səmərəli və qarşılıqlı şəkildə məqbul olub. Üçüncüsü, Tramp administrasiyasının gündəliyini nəzərə alsaq, biz münasibətlərimizdə bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləyə bilərik, həmçinin bizim birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var. Bizim münasibətlərimizdə heç bir böhran yox idi. Bəli, münasibətlərimiz istədiyimiz kimi fəal deyildi, lakin bu, birinci prezidentlik dövrü idi. İndi Prezident Tramp və komandası Avropa İttifaqının ona qarşı riyakarlığını gördü, Avropa liderlərinin xanım Harrisi dəstəkləməklə ona qarşı sövdələşmənin arxasında necə durduğunu gördü, beləliklə, o, bunu öz üzərində hiss etdi. Ona görə də ikinci prezidentliyi dövrü, - əlbəttə ki, bu, mənim qiymətləndirməmdir, - birinci dövrlə müqayisədə daha fəal olacaq və daha çox diqqəti amerikalıların milli maraqlarına yönəldəcək. Amerikanın milli maraqları baxımından, bunu tam əminliklə deyə bilərəm: Azərbaycanla güclü əlaqələrin olması bu region üçün çox mühümdür. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Qlobal Cənubun bir hissəsi olan, 4 il uğurlu sədrlik etdiyimiz Qoşulmama Hərəkatında güclü mövqeyə, artıq müzakirə etdiyimiz kimi Mərkəzi Asiya regionu ilə güclü əlaqələrə malik olan, imkanları, iqtisadi potensialı, enerji ehtiyatları olan, gücünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirmiş Ordusu olan və hər kəslə siyasi əlaqələri olan Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər. Biz bunun olmasını istəyirik. Biz bunun baş verdiyini görürük, eyni zamanda, başa düşürük ki, indi Prezident Tramp və komandası qlobal gündəlikdə duran daha aktual və mühüm məsələlərlə məşğuldur. Ona görə də biz yeni administrasiya ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağımız və ya ola bilsin ki, yenidən başlayacağımız vaxtı gözləyirik.
Hikmət Hacıyev: Thembisa Fakude, Cənubi Afrika.
Thembisa Fakude: Təşəkkür edirəm. Sabahınız xeyir, cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Keçən dəfə Sizinlə Şuşada Qlobal Media Forumunda görüşmüşdük. Dəvətə görə bir daha təşəkkür edirəm. Ən azı Afrika nöqteyi-nəzərindən biz Azərbaycanın geosiyasi gücünü və Qoşulmama Hərəkatının rəhbərliyində iştirakını müşahidə edirik. Bu il Siz, həmçinin COP29-a rəhbərlik edirsiniz, biz hamımız bunu maraqla izləyirik. Lakin mühüm olan odur ki, Azərbaycan həm də Afrikadakı sosial, təhsil layihələrinə investisiya yatırır, sözsüz ki, bir çox afrikalılar buna çox sevinir. Bizim Afrikadan gələrək Azərbaycanda təhsil alan daha çox tələbəmiz var. Siz, həmçinin bəzi dövlət xidmətlərinin öyrədilməsi və peşəkarlaşdırılması baxımından təcrübənizi bölüşürsünüz. Bu, yüksək qiymətləndirilir. Lakin afrikalılar, - həm də xüsusilə mənim gəldiyim Afrikanın cənub hissəsində, - Azərbaycanın daha yaxından iştirakını istəyirlər. Sualım belədir və mən bu cavabı öz ölkəmə çatdırmalıyam. Sizin xüsusilə Cənubi Afrikada sosial, təhsil və digər akademik fəaliyyətinizi genişləndirməklə bağlı planlarınız varmı? Əgər varsa, bu hansı planlardır? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. İlk növbədə, demək istərdim ki, Cənubi Afrika Afrika qitəsində bizim uzun illərdir səfirliyimizin olduğu az sayda ölkədən biridir. Bizim Afrikada çox səfirliyimiz yoxdur. Lakin səfirliklərin sayı artmaqdadır. Düşünürəm ki, Cənubi Afrika ilklərdən biri olub. Beləliklə, bu, bizim sizin ölkənizlə müxtəlif sahələrdə işləməyə olan böyük marağımızı nümayiş etdirir. Bəli, biz dəstəyimizə ehtiyacı olan Afrikadakı dostlarımızı hər zaman dəstəkləmişik. COVID pandemiyası zamanı biz 80-dən çox ölkəyə maddi və humanitar dəstək göstərmişik, həmin ölkələrin əksəriyyəti Afrika qitəsində olub. Biz müxtəlif vasitələrlə təhsil proqramlarını, tibbi proqramları dəstəkləmişik. Biz Afrikadan olan tələbələrə təqaüdlər veririk. Biz bunu dövlət vəsaiti hesabına, QHT-lər vasitəsilə, Azərbaycanın Xarici İşlər Nazirliyinin tərkibində olan beynəlxalq yardım üzrə agentliyi vasitəsilə edirik. Beləliklə, bütün bunlar həyata keçirilir. Bəli, biz daha fəal qarşılıqlı əlaqələrin olmasını istərdik. Düşünürəm ki, Afrika liderlərinin Azərbaycana builki səfərləri bu böyük qarşılıqlı marağı nümayiş etdirir.
Qoşulmama Hərəkatına gəlincə, biz dörd il ərzində bütün üzv ölkələrə çox yardım etdik. Biz Qoşulmama Hərəkatında yaxşı irs qoyduq. Çünki müəyyən mərhələdə bu hərəkat bir qədər zəifləməyə başlamışdı. Beləliklə, biz yeni dinamika gətirdik. Biz uğurla yaradılmış Parlament Platforması və Gənclər Platforması yaradılması təşəbbüsü ilə çıxış etdik. Beləliklə, bu, Azərbaycanın iki mühüm irsidir və biz Qoşulmama Hərəkatının institusional inkişafı və onun təşkilata potensial transformasiyası istiqamətində fəal işlədik. Bizim sədrliyimiz yekdilliklə dəstəkləndi. Biz 3 il müddətinə seçilmişdik, lakin sonra üzv dövlətlər sədrliyimizi daha bir il müddətinə uzatmağı qərara aldılar ki, bu da hərəkatın tarixində görünməmiş hadisədir. Beləliklə, yenidən yekdil qərarla Azərbaycanın sədrliyi uzadıldı. Bu onu göstərir ki, üzv dövlətlər arasında müəyyən ikitərəfli və ya çoxtərəfli anlaşılmazlıqların olmasına baxmayaraq, - hansı ki, başadüşüləndir – çünki 120 ölkə var, - Azərbaycana münasibətdə onların hamısı bizim rolumuzun qiymətləndirilməsində vahid mövqedən çıxış etmişdi. COP zamanı biz açıq şəkildə bəyan etdik ki, əsas hədəfimiz az inkişaf etmiş ölkələri, ekzistensial təhdidlə üzləşmiş ölkələri dəstəkləmək olacaq. Biz bunu etdik. COP-un nəticələrinə gəldikdə, - baxmayaraq ki, bilirəm məqsədi Azərbaycanın sədrliyini nüfuzdan salmaq olan bəzi qondarma ekspertlər deyirdilər ki, maliyyələşməyə nail olunmadı, - biz maliyyələşməni 100 milyard ABŞ dollarından qaldırdıq. Bütün COP-larda, COP28-də əldə olunan səviyyə 100 milyard idi. Ölkəmizdə keçirilmiş COP-da biz bunu 300-ə qaldırdıq. Beləliklə, bu, nailiyyət deyil? Əlbəttə ki, nailiyyətdir. Biz maliyyələşməni 3 dəfə artırdıq. Biz İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri üçün xüsusi proqrama start verdik. Ekzistensial təhdidlərlə əlaqədar İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətlərinə birbaşa dəstək məqsədilə Azərbaycan 10 milyon ABŞ dolları ayırdı, çünki iqlim dəyişikliyi hər kəs üçün problemdir, lakin onlar üçün söhbət onların həyatından gedir, söhbət onların gələcəyindən gedir. COP zamanı əldə olunmuş başqa mühüm bir nailiyyət karbon bazarının fəaliyyət göstərməsi ilə bağlı razılıq idi. Bu məsələ azı 10 il razılaşdırılmamışdı. Beləliklə, bizim sədrliyimiz sayəsində, bizə olan etimad sayəsində bu məsələ Azərbaycanda razılaşdırıldı. Həmçinin sözsüz ki, biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülərin qurulmasında mühüm rol oynadıq. Bu, bizim qarşımıza qoyduğumuz mühüm tapşırıqlardan biri idi. Bizim COVID-lə apardığımız mübarizə, COP-a ev sahibliyi etməyimiz, - yeri gəlmişkən, ilin sonuna qədər biz prezident olacağıq, - beləliklə, Afrika ölkələri ilə ikitərəfli təmaslar bizim gündəliyimizi aydın şəkildə nümayiş etdirir. Biz bir çox Afrika ölkəsində səylərimizə çox müsbət reaksiya müşahidə edirik. Bizim Afrika ölkələri ilə daha güclü əlaqələr qurulması istiqamətində xarici siyasətimiz artıq mənim tərəfimdən müəyyən edilib və təsdiqlənib. Faktiki olaraq, bu təşəbbüslə mən çıxış etdim. Bu mərhələdə biz daha fəal olmalıyıq.
İşğal və Ermənistanla münasibətlərimizlə bağlı artıq müzakirə etdiklərimizə gəldikdə, bütün işğal illəri ərzində bizim əsas xarici siyasət prioritetimiz ərazi bütövlüyünün bərpası olub. Bütün səylərimizin yekun hədəfi var idi - suverenliyin və ərazi bütövlüyünün bərpası. Ona görə də potensial xarici siyasət gündəliyimizdəki bir çox digər mühüm məsələlər arxa plana keçmişdi və bu, başadüşüləndir, çünki bu, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli ideyası idi. İndi bu məsələ həll olunduğuna görə, bizim dost hesab etdiyimiz, bəzi başqa qitələrdəki bəzi digər ölkələrdən fərqli olaraq Azərbaycana heç bir zərər verməmiş, dostluğu qiymətləndirən ölkələrlə daha güclü əlaqələrin qurulması üçün daha çox vaxtımız və daha çox imkanımız var. Biz sizin qeyd etdiyiniz həmin məsələlər, eləcə də digər məsələlər üzərində işləməyə hazırıq. Biz artıq mühüm məsələləri həll etmələri üçün Afrikadakı bəzi ölkələrə aşağıfaizli kreditlər vermək üzrəyik. Biz artıq Afrikada yaxın əlaqələrimizin olduğu bəzi ölkələr üçün investisiya portfelini hazırlayırıq. Beləliklə, bu, təkcə humanitar deyil, həm də biznes əlaqələri, investisiyalar və əlbəttə ki, siyasi münasibətlər olacaq.
Hikmət Hacıyev: Anton Deymoviç, Xorvatiya.
Anton Deymoviç: Sağ olun, cənab Prezident. Burada olmaqdan şərəf hissi duyuram. Mən Xorvatiyadanam.
İqtisadiyyat naziri cənab Cabbarovun Xorvatiyaya uğurlu səfəri oldu. Biz Azərbaycanı dəstəkləyən dost ölkəyik, çünki bizim də ərazimiz işğal altında olub. Biz sizi, xüsusən də indi, yəni uğurlu əməliyyatlardan sonra qəti şəkildə dəstəkləyirik ki, cəzasızlıq olmasın, Gəncə kimi şəhərə hücum etmiş hər bir hərbi cinayətkar mühakimə edilsin. Beləliklə, sualım mənim regionuma aiddir. Hazırda Albaniya qazlaşdırmaya milyardlarla sərmayənin yatırılmasını arzulayır. Çünki onlarda TAP boru kəməri var, lakin ölkə qazlaşdırılmayıb. Hazırda Xorvatiya öz qaz boru kəmərinin uzadılması məqsədilə Avropanın vəsaitlərini istifadə edir. Sizin fikrinizcə, Brüsselə Balkanlar üçün sərmayə planında həmin qazlaşdırma layihələrində iştirak etməyin vaxtının yetişməsi barədə danışmaq, Azərbaycanı, sadəcə, faydalı qazıntı və qaz platforması kimi deyil, o cümlədən tərəfdaş ölkə kimi qəbul etmək, onun yaşıl enerjisinə qapıları açmaq, regionla əməkdaşlıq etmək, eləcə də Azərbaycanın yenidənqurma və süni zəka layihələrində və digər işlərdə iştirak etmək fürsəti görünürmü? Sağ olun, cənab Prezident.
Prezident İlham Əliyev: Sağ olun. Elə indicə artıq qeyd etdiyim kimi, beş gün əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü iclaslarını keçirdik. Bunlar bir neçə il öncə Azərbaycan və Avropa Komissiyasının himayəsi ilə irəli sürdüyümüz bizim təşəbbüs idi. Giriş nitqimdə ötən il Avropanın qaz bazarında nəyi etdiyimiz barədə məlumat verməklə yanaşı mən qeyd etdim ki, əgər Avropa maliyyə təsisatları və Avropa Komissiyası böyük həcmdə qazı almağı davam etmək və Azərbaycandan qaz təchizatını artırmaq istəyirlərsə, onda onlar iki mühüm məsələni həll etməlidirlər. Birincisi, təsisatların maliyyə siyasətidir. Bütün enerji layihələrimizdə, - istər neft, istər qaz olsun, - eləcə də hasilat və nəqlolunmada, korporativ maliyyələşmə ilə kreditə götürülən pul vəsaitləri arasında razılaşdırılmış nisbət var idi. Adətən 70 faiz kredit, 30 faiz isə korporativ pul vəsaitləri idi. Beləliklə, indi Avropa İttifaqı Azərbaycandan daha çox qaz istəyir və bu səbəbdən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen 2022-ci ilin iyulunda Azərbaycana səfər etdi. O vaxt Avropa İttifaqı qaz təchizatından çox narahat idi və biz energetika sahəsində Strateji Tərəfdaşlıq haqqında Bəyannaməyə imza atdıq. Həmin vaxtdan etibarən, Avropa Komissiyasının müraciəti əsasında, biz Avropaya qaz təchizatını təxminən 60 faiz artırmışıq və bu, 2021-ci ildə 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə çatdı. Beləliklə, bir çox Avropa ölkəsi, o cümlədən Xorvatiya Azərbaycan qazının alıcısına çevrildi. Hazırda mövcud yataqlardan ixrac üçün daha çox qazımız var və həmin yataqlarda işlənilmənin yeni fazasındayıq. Qaz hasil edilən yataqlar ilkin mərhələdədir. Əlavə bir neçə milyard kubmetr qazımız da olacaq, çünki biz yaşıl enerji stansiyalarını quracağıq və beləliklə, bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz qaza qənaət edəcəyik. Bir sözlə, bütün bu addımlar qaz təchizatımızı minimum 10 milyard kubmetrə qədər artırmaq potensialımızı formalaşdırır.
Daha çox təfərrüatlara varmaq istəməzdim. Lakin minimum dedikdə, mən hər qiymətləndirməm zamanı daha çox mühafizəkar olmağa çalışıram. Yəni, bu, ən kiçik minimumu təşkil edir. Nəqletmə infrastrukturu olan Cənub Qaz Dəhlizinin buraxma qabiliyyəti tam dolub, əlavə yer yoxdur, o genişləndirilməlidir. Lakin yenə sual yaranır: necə? Kredit vəsaitləri və korporativ vəsaitlər hesabına. Burada biz belə bir nöqtəyə gəlib çıxırıq: Avropa İnvestisiya Bankı faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırıb. Bu, strategiyadır və hamımız bilirik ki, həmin Bank Avropa Komissiyasına tam inteqrasiya olunub. Özünün faydalı qazıntı səhifəsini rəsmən tam bağlamasa da, Avropa Yenidənqurma və İnkişaf Bankı həmin sahə üçün çox kiçik hissə saxlayır. Bu ilin yanvarında Davosda bu bankın prezidenti ilə söhbət zamanı mən həmin məsələni qaldırdım. Mən bir neçə gün əvvəl, Almaniya Prezidentinin səfəri zamanı da bu məsələni qaldırdım, çünki Avropanın aparıcı ölkəsi kimi Almaniya həmin siyasətə təsir etmək üçün bir çox vasitələrə malikdir. Aprelin 4-də Məşvərət Şurasında çıxışım zamanı bu məsələni açıq qeyd etdim. Sonra Avropanın enerji komissarı ilə də görüş zamanı bu məsələni qaldırdım. Bir sözlə, bu, bir nömrəli məsələdir. Faydalı qazıntıya tətbiq edilən embarqo aradan qaldırılmalıdır. Onların yubanmaması üçün bir baxsınlar ki, Prezident Tramp faydalı qazıntı ilə bağlı nə edir!
İkinci mühüm meyar uzunmüddətli müqavilələrdir. Avropa İttifaqı bir tərəfdən bəyan edir ki, 2050-ci ildə onlar karbon baxımından neytral olacaq, digər tərəfdən isə məndən sərmayə qoymağı və daha çox qaz hasil etməyi xahiş edir. Beləliklə, həmin qaz nə vaxt və haraya nəql olunacaq? Əgər qazı bizdən əldə etməsəniz, onda mən niyə sərmayə yatırmalıyam və ya nəyə görə sizin bazarınıza əsas bazar kimi baxmalıyam? Bəli, qanunvericilik, qaydalar, prosedurlar, qarşılıqlı bağlantılar və bütövlükdə, qiymət baxımından, Avropa İttifaqının bazarı premium hesab edilir. Lakin başqa bazarlara nəzər salsaq, qonşuluğumuzda Azərbaycan qazına tələbat var. Biz təkcə Qərbə deyil, həmçinin Şərqə və Cənuba baxa bilərik. Beləliklə, bu, Azərbaycanın qaz sənayesinin gələcək inkişafı, Avropanın enerji təhlükəsizliyi üçün vacibdir.
Avropanın enerji təhlükəsizliyi problemləri bizə məlumdur. Hazırda onların təhlükəsiz şəraitdə olmasına baxmayaraq, orada sənayenin tələbatları bizə bəllidir. Hətta yaşıl enerjiyə olan tələbatı da bilirik. Yaşıl enerjiyə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işləyirik. Yeri gəlmişkən, dörd qiqavat yalnız başlanğıcdır. Beləliklə, Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar. Biz buna hazırıq.
Xorvatiyaya gəldikdə, biz ötən il həmin ölkəyə qazı təchiz etməyə başladıq. Hazırda qaz təchizatımız 12 ölkəni əhatə edir, onlardan 10-u Avropa ölkəsidir, sonunculardan 8-i isə Avropa İttifaqının üzvüdür. Siz, həmçinin Albaniyanın qazlaşdırılmasını qeyd etdiniz. Sadəcə, sizi məlumatlandırmaq istərdim ki, Albaniyanın Korça şəhərində qazlaşdırma layihəsi Azərbaycan sərmayələri sayəsində həyata keçiriləcək. Beləliklə, o, artıq razılaşdırılıb. Alban hökuməti həmin şəhəri seçdi və düşünürəm ki, bu il biz qazlaşdırmağa sərmayə yatırmağa başlayacağıq. Bu sahədə təcrübəmiz var. Biz Gürcüstanın qazlaşdırılmasına artıq böyük sərmayələr yatırmışıq, düşünürəm ki, indi orada qazlaşdırmanın səviyyəsi təxminən 80 faiz təşkil edir. Biz öz vəsaitlərimizlə başladığımız zaman həmin səviyyə 30 faiz təşkil edirdi. Hazırda Bolqarıstanda qazlaşdırma layihəsini müzakirə edirik. Əslində, həmin ölkədə qazlaşdırma var, lakin məhduddur. Bu gün Bolqarıstan öz qaz istehlakının təxminən 50 faizini Azərbaycandan təmin edir və biz digər ölkələrdə də eyni addımı atmağa hazırıq. Yeri gəlmişkən, Xorvatiyaya gəldikdə, işimiz yalnız qazlaşdırmanın və ya qaz təchizatının müzakirəsi ilə məhdudlaşmır. Energetikaya aid digər məsələlər də var. Sağ olun. Bu suala görə minnətdaram, çünki mən həmin mühüm məsələni Avropadakı tərəfdaşlarımızın diqqətinə bir daha gətirə bildim.
Hikmət Hacıyev: Ömər Aşur, Qətər və Birləşmiş Krallıq.
Ömər Aşur: Çox sağ olun, cənab Prezidenti. Burada olmaqdan məmnunam və mənim üçün şərəfdir. Bizi qəbul etdiyinizə görə təşəkkür edirəm. Mən Sizi həm ərazilərin azad edilməsi, həm dünən gördüyümüz yenidənqurma işləri ilə bağlı bir daha təbrik edirəm. Mən Qətərdəki Doha İnstitutunu və eyni zamanda, Birləşmiş Krallığın Ekseter Universitetini təmsil edirəm. Sualım Ukrayna ilə bağlıdır. Rusiyanın Ukraynadakı müharibəsi ilə bağlı Azərbaycanın mövqeyi nədən ibarətdir? Hazırda müharibə vəziyyəti demək olar ki, 12 ildir davam edir. Müharibə həm qlobal, həm regional məsələlərə, o cümlədən Qafqaz, Avropa, Orta Şərq, hətta Hind və Sakit okean regionlarına təsir göstərir. Böyük hərbi və diplomatik nailiyyətləri əldə etmiş ölkənin Prezidenti kimi həmin müharibənin sonunu necə görürsünüz? Sağ olun.
Prezident İlham Əliyev: Birincisi, Rusiya ilə Ukrayna arasında müharibə ilə bağlı mövqeyimizə gəldikdə, biz hər zaman Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və dəstəkləməkdə davam edəcəyik. İşğaldan və öz ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi, biz, əlbəttə, həmin vəziyyəti tam anlayırıq. Bir sözlə, kimdən soruşsanız, deyəcək: “Biz istəyirik ki, müharibə dərhal dayansın”. Bəli, biz də istəyirik. Lakin əsas sual ondan ibarətdir ki, həmin atəşkəs, daha doğrusu, potensial atəşkəs və əgər belə demək olarsa, müvəqqəti atəşkəs dayanıqlı olacaqmı? İki açıq müharibədən keçmiş və onların arasında olan dövrü görmüş ölkə kimi deyə bilərəm ki, atəşkəs heç zaman müharibəni dayandırmır. Heç vaxt. Bizim məsələdə də bu, baş vermədi. Bu, ölkələrə, sadəcə, yenidən qruplaşmaq, səfərbər olunmaq və yenidən başlamaq üçün müvəqqəti fürsətdir. İkincisi, atəşkəs hansı mənada olacaq? O da vacibdir, çünki onun şərtləri müharibəni dayandırmaq arzusunda olanlar üçün çox vacibdir ki, onlar nə haqda danışıldığını aydın anlasınlar. Hamı deyir, mən istəyirəm müharibə dayansın. Bəli, gəlin bunu alqışlayaq. Bəs sonra necə? Dayandırmaq – hansı mənada? Yəni, topdan atəş, hava bombardmanı, snayper atəşi, təxribat qrupları olmayacaq? O, hansı mənada olacaq? Rusiya ilə Ukrayna qoşunları arasında təmas xətti bizimki ilə müqayisədə xeyli uzundur. Bəli, bu gün fərqli görünür. Bizə gəldikdə, təmas xətti Ermənistanın xeyli xeyrinə idi, çünki təbiətin relyefi onlara üstünlük verərək onları qoruyurdu və əslində, işğalı davam etdirməyə şərait yaradırdı. Üstəgəl, 26 illik atəşkəs dövründə, onlar bəzən beş, bəzən altı və hətta ondan çox səngər, tikanlı məftil və mina zolaqları kimi istehkam xətlərini yaratmışlar. Hər həftə mina partlayışına görə bizim itkilərimiz olur. Təxminən 400 şəxs minaya düşüb. Onlardan 70-dən çoxu həyatını itirib, qalanları ciddi bədən xəsarəti alıb. İnsanlar Ukraynada atəşkəs və ya sülh haqqında danışanda onlar qoşunlara nəzarət etməyin nə dərəcədə çətin olduğunu anlayırlarmı? Ukrayna və Rusiya ordularında nizam-intizam səviyyəsi nə yerdədir? Bilmirəm. Bəlkə də bilirəm, lakin şərh vermək istəmirəm. Azərbaycan Ordusunda nizam-intizam səviyyəsi yaxşı məlumdur. Biz Ali Baş Komandanın bircə əmri ilə Xankəndinin yaxınlığında dayandıq. Digər tərəfdən, həmin təmas xətti təhlükəsiz və etibarlı olacaqmı? Vasitəçi olmağı arzulayan dairələr həmin təmas xəttində beynəlxalq sülhməramlıları tələb edəcəklərmi? Onlar işğal illəri ərzində bunu bizdən tələb etdilər. Birləşmiş Ştatlar, Rusiya və Fransanın ümumi mesajlarından biri təmas xəttinə, belə demək olarsa, sülhməramlıların gətirilməsi idi. Bu, nə deməkdir? Bu o deməkdir ki, onlar bizdən işğal ilə barışmağı istəyirdilər. Əgər işğal olunmuş yerlərdə sülhməramlı təmas xəttinə gəlirsə, bu o deməkdir ki, siz öz ərazinizlə vidalaşmalısınız və ən azı, mən bildiyimə görə, heç bir ölkə ərazi bütövlüyü ilə güzəştə getməyi və sülh müqabilində özünün beynəlxalq səviyyədə tanınmış ərazisini qurban verməyi Ukraynadan gözləməyi razılaşmayacaq. Düşünürəm ki, bu, ədalətli və realist görünmür, çünki “gəlin müharibəni dayandıraq” kimi yaxşı sözləri söyləmək işin bir hissəsidir. Onun digər hissəsi, daha dərinə baxmaq və yaxın vaxtlarda müharibədən çıxmış ölkələrdən soruşmaq ki, dayanıqlı sülhü qurmaq üçün hansı razılaşmalar lazımdır? 1994-cü ilin mayından Ermənistanla atəşkəs olduqdan sonra müharibə heç zaman dayanmamışdır. Müxtəlif toqquşmalar olmuşdur. Daha sonra, 2016-cı ilin aprelində biz ermənilərə göstərdik ki, onlar ərazilərimizdən çıxmalıdır və biz genişmiqyaslı hərbi əməliyyatlara girmək istəmədik. Bu səbəbdən, o, cəmi üç gün çəkdi. Lakin biz onlara göstərdik ki, ərazilərimizi azad edə bilərik və kiçik də olsa azad etdik. Lakin onlar bundan dərs çıxarmadılar. Sonra isə digər bir neçə hadisə oldu. 26 il ərzində snayper müharibəsi heç zaman dayanmadı və hətta indi Ermənistan tərəfindən sərhədimizdə çoxsaylı atəşləri görə bilərsiniz və bizimkilər atəş açanda, bu, yalnız cavab atəşi olur. Ermənistan ordusunda nizam-intizam çox aşağıdır. Onlar orduda heç zaman xidmət keçməmiş şəxsləri və ya 30 il əvvəl xidmət keçmiş şəxsləri çağırırdılar. Mülki şəxslərdən ibarət yaraqlı qruplarını, veteran qruplarını yaradırdılar. Adi orduda xidmət keçməmiş şəxsləri cəlb edirdilər, çünki Ermənistanda insan ehtiyatları çatışmırdı. Bir sözlə, bütün bu suallar, əlbəttə ki, böyük mövzuya aiddir və bu haqda biz saatlarla danışa bilərik. Lakin əsas məsələ yenə də həll olunmasa, bunun nəticəsi olmayacaq. Şəxsən mən realist olaraq, yaxın gələcəkdə Ukrayna ilə Rusiya arasında sülh üçün hər hansı perspektivi görmürəm. Rusiya işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi bəyan edib. Onlar bundan necə geri çəkilə bilərlər? Ukrayna, o cümlədən bütün dünya həmin işğal olunmuş əraziləri Ukraynanın hissəsi hesab edir. Azərbaycan da onları Ukraynanın hissəsi hesab edir. Onda necə qurban verə bilər və deyə bilər ki, ərazilər Ukraynanın deyil? Əgər bu baş verərsə, onda belə çıxır ki, mən beynəlxalq siyasətdə nəyi isə başa düşmürəm. Əfsuslar olsun ki, müharibələr yekun kapitulyasiya aktı olanda bitir. Bizim Xorvatiyadan olan dostumuz qeyd etdiyi kimi, onlar öz ərazisini azad etdi, sərhədə çıxdı və dayandı. Biz də eyni addımı atdıq. Öz sərhədimizə çıxıb dayandıq. Real dünyada müharibə bu cür bitir.
Hikmət Hacıyev: Səfir Hulusi Kılıç, Türkiyə.
Hulusi Kılıç: Çox sağ olun cənab Hacıyev. Zati-aliləri, cənab Prezident, Sizin mühüm iştirakınızla bu konfransda olmaq böyük şərəfdir. Mən Zati-aliləri səfir Paşayevə və onun dəyərli komandasına bu cür mühüm konfransa məni dəvət etdiklərinə görə minnətdaram. ADA Universiteti hazırkı mövzuya həsr olunmuş mühüm beynəlxalq konfransı bu regionda təşkil edən yeganə təsisatdır. Cənab Prezident, fəxr edirəm ki, müharibədə tarixi Zəfəriniz və 23 saatlıq antiterror əməliyyatı ilə Siz nəsillər üçün tarix yazdınız. Onlar Sizi və Sizin irsinizi hər zaman xatırlayacaqlar. Siz nəinki Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən beynəlxalq ədaləti bərpa etdiniz. Sualımı verməzdən əvvəl istərdim Sizin iki ən yeni mühüm tarixi uğurunuzu hörmətli iştirakçıların diqqətinə çatdırım. Birincisi, Siz Qoşulmama Hərəkatında dörd il ərzində sədr kimi böyük nailiyyətlər əldə etdiniz. Siz həqiqətən sədrliyiniz dövründə bu Hərəkatı canlandırdınız. İlk iki il qlobal pandemiyaya təsadüf etdi. Biz Azərbaycanın bir çox Afrika ölkələrinə hədiyyə etdiyi peyvəndləri və qeyd etdiyiniz kimi, sədrliyiniz dövründə qadın və gənclərə diqqətin yönəldilməsini heç zaman yaddan çıxarmayacağıq. Hazırlıqların cəmi səkkiz ayından sonra Siz möcüzə etdiniz. COP29 əla səviyyədə təşkil olundu. Prezident Makron kimi bəzi Avropa rəhbərlərinin boykot çağırışlarına baxmayaraq, təxminən 80 min qonaq və 70 dövlət başçısı tədbirə qatıldı. Mən həmin uğuru müşahidə etməkdən çox fərəhləndim. Sizə ən səmimi təbriklərimi çatdırmaq istəyirəm. Zati-aliləri, biz çox yaxşı bilirik ki, Siz Türk Dövlətləri Təşkilatına çox böyük önəm verirsiniz və bu il Azərbaycan qarşıdan gələn Zirvə toplantısına ev sahibliyi edəcək. Növbəti ayda qeyri-formal Zirvə görüşü Budapeştdə keçiriləcək. Zati-aliləri, Türk Dövlətləri Təşkilatını necə dəyərləndirirsiniz? Çox sağ olun.
Prezident İlham Əliyev: Cənab səfir, ölkəmiz haqqında söylədiyiniz xoş sözlərə görə təşəkkür edirəm. Siz Azərbaycanın böyük dostusunuz. Sizin burada səfir kimi fəaliyyətiniz dövründə və sonra siz hər zaman ölkəmizə və xalqımıza qardaş yanaşmanı nümayiş etdirmisiniz. Mən fəaliyyətinizi izləyirəm və bizimlə olduğunuza görə çox məmnunam. Azərbaycan Türk dünyası ölkələri arasında əməkdaşlıq zamanı çox mühüm rol oynamış ölkədir. Biz ötən yay Şuşada ilk qeyri-formal Zirvə toplantısına başladıq, çünki həmkarlarıma dedim ki, ildə bir dəfə toplaşmaq kifayət deyil. Gəlin ildə iki sessiya keçirək. Beləliklə, həmin təşəbbüs dəstəkləndi və artıq ənənə mövcuddur. Ola bilsin, gələn ay görüş olsun. Tarixlər hələ müəyyən edilməyib. Lakin, çox güman ki, gələn ay ikinci qeyri-rəsmi Zirvə görüşümüz olacaq və sonra isə Azərbaycanda rəsmi Zirvə toplantısı keçiriləcək. Türk dünyasında ölkələr arasında münasibətlər bizim üçün çox vacibdir. Bizim üçün bu, xarici siyasətimizin əsas prioritetlərindən biridir. Bizi tarix, etnik köklər, dil oxşarlıqları, mədəniyyət və adət-ənənələr birləşdirir və biz təşkilatı daha güclü və nəticəyə yönələn təşkilat kimi görmək istəyirik. Bu məqsədlə Azərbaycan əlindən gələni edir. Düşünürəm ki, üzv dövlətlər arasında qarşılıqlı fəaliyyət baxımından çox yaxşı mühit var. Mən üzv dövlətlər arasında ikitərəfli qaydada bütün bunları yaxından izləyirəm və görürəm ki, həm ikitərəfli, həm çoxtərəfli qaydada heç bir narazılıq yoxdur. Eyni zamanda, düşünürəm ki, hamımızın səyləri bugünkü sürətlə dəyişən dünyada kifayət deyil. Forumumuzun mövzusu həqiqətən göstərir ki, biz yubanmalı deyilik və təşkilatımızı mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur.
Təşkilat etnik köklərə əsaslanır. Bir çox təşkilatları tanıyırıq. Onlarla müqayisə etmək istəmirəm. Lakin Türk Dövlətləri Təşkilatının unikallığı onun etnik mənşəyə, ümumi köklərə, ənənələrə, ümumi dəyərlərə əsaslanmasıdır. Biz həmin dəyərlərlə bölüşürük. Yenə də müqayisə etməmək çətindir. Üzrlü hesab edin, lakin bunu edəcəyəm. Əgər Avropa İttifaqına baxsanız, tamamilə fərqli dəyərləri olan ölkələri görəcəksiniz. Həmin ölkələrin xalqları bir-birindən tam şəkildə fərqlənir. Əgər Cənubu və Şimalı götürsək və bəzi ölkələrdə siyasi hadisələrə baxsaq görərik ki, onlar bir-birindən tam fərqlənir. Hazırda biz Avropa İttifaqında dəyərlər, mədəniyyət, ənənələr, miqrantlar, tariflər və sairə məsələlərdə xeyli narazılıqlar görürük. Belə bir hal Türk Dövlətləri Təşkilatında varmı? Yox. Bizdə yoxdur. Bu, bizi unikal edir. Bəs onda nə çatışmır? Bizim güclü beynəlxalq fəaliyyətimiz. Bu, kifayət deyil və biz daha çox çıxış etməli, daha fəal olmalı və qlobal məsələlərdə öz sözümüzü deməliyik. Bu halda yenə də coğrafiya, əhali nəzərə alınmalıdır. Hələ hərbi imkanları buraya əlavə etsək, hər şey aydın olar. Yaxşı məlumdur ki, Türkiyə Ordusu Avropada ən güclü ordudur. Azərbaycan da öz hərbi imkanlarını nümayiş etdirdi. Beləliklə, bunları əlavə etsək, biz həqiqətən qlobal səviyyədə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilə bilərik. Xüsusən də bəzi təşkilatları, daxili mübahisələri, inamsızlığı və qarşılıqlı etimadın çatışmamasını görəndə hər bir şey aydın olur. Mən Avropa İttifaqını xatırlatdım. Mən, həmçinin NATO-nu qeyd edə bilərəm. Hamımız bilirik ki, hazırda NATO-nun bəzi üzv ölkələri 5-ci maddə haqqında düşünür. Bunun nəzərə alınacağı ehtimalına gəldikdə, NATO daxilində müəyyən inamsızlıq var və bu, qlobal səviyyədə hələ ən güclü beynəlxalq təşkilatlardan biridir. Buna görə biz daha fəal olmalıyıq. Bəlkə uyğun söz deyil, lakin biz boşluğu doldurmalıyıq, ən azı Avrasiyanın nəhəng sahəsində qərarların qəbul edilməsi mərkəzinə çevrilməliyik.
Hikmət Hacıyev: Viktor Kipiani, Gürcüstan.
Viktor Kipiani: Cənab Prezident Əliyev. Bizə vaxt ayırdığınıza görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bizim suallarımızı səmimi cavablandırdığınıza görə sağ olun. Mən bunu yüksək qiymətləndirir və buna hörmətlə yanaşıram. Bəzi suallar üst-üstə düşür və bu da anlaşılandır. Biz Cənubi Qafqaz regionuna toxunduq. Bu, bizim yaşadığımız geosiyasi və geoiqtisadi mühitdir. Ancaq istərdim ki, biz diqqəti regionumuza yönəldək, çünki region mövzusu getdikcə yeni məzmun kəsb etməyə başlayır. Bu təlatümlü təchizat zəncirlərinin yenidən formalaşması fonunda regionumuz geosiyasi baxımdan özünü necə təqdim edə bilər, necə daha da rəqabətli ola bilər? Gürcüstanı təmsil etdiyim üçün həm də ikitərəfli əlaqələrimizi necə gördüyünüzlə bağlı sual vermək istərdim. Bu əməkdaşlığın təməli iki böyük lider tərəfindən 1990-cı illərin əvvəlində qoyulub və bu, təbii baş verən bir proses olub. Regionun uzaqgörən lideri kimi Siz ikitərəfli münasibətlərimizin perspektivini necə görürsünüz? Əminəm ki, biz bir-birimizin uğurlu gələcəyinin qapısı rolunu oynayırıq.
Prezident İlham Əliyev: Gürcüstanla əlaqələr bizim üçün strateji əhəmiyyətə malikdir. Xalqlarımız tarixi bağlılığı, bizim birgə keçmişimizə, - hansı ki, o dövrdə qeyri-azad və qeyri-müstəqil idik, - və müstəqillik dövrünə nəzər salsaq görərik ki, Azərbaycan ilə Gürcüstan arasında qarşılıqlı anlaşma, dostluq və tərəfdaşlıq yüksək səviyyədə idi. Bunun sayəsində biz Cənubi Qafqaz regionunu strateji əhəmiyyətli bölgəyə çevirə bildik. Bunu, sadəcə, özümüz – Azərbaycan və Gürcüstan etdi. Xəzər dənizi və Qara dəniz arasında yerləşdiyimizdən biz müxtəlif region və qitələr ilə təmasda olmaq üçün bir növ keçid rolunu oynayırıq. Əminəm ki, perspektivlər cari vəziyyət qədər parlaq olacaqdır.
İki ölkə arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunəsi kimi Gürcüstanın Baş nazirinin ölkəmizə səfərini qeyd edə bilərəm. Bu, onun seçkilərdən sonra ilk xarici səfəri idi. Adətən seçkilərdən sonra ilk xarici səfərin rəmzi mənası var. Beləliklə, ilk səfər Azərbaycana edildi və tezliklə seçkilərdən sonra Gürcüstan Prezidenti də ilk xarici səfərini Azərbaycana edəcək. Beləliklə, bu iki fakt münasibətlərimizin, bizim qarşılıqlı sadiqliyimizin və dostluğumuzun aydın göstəricisidir. Bizi birləşdirən layihələrdən çox danışa bilərik. Onlar yaxşı məlumdur və bununla vaxtınızı almaq istəməzdim. Ancaq onlar yalnız bizim xalqlarımız və ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün vacibdir. Hazırda isə biz buraya yaşıl gündəliyi əlavə edirik. Biz artıq buna qısa şəkildə toxunduq. Bu, Azərbaycan və Gürcüstan üçün yaşıl dəhlizdir. Bu, nəqliyyat dəhlizidir, Orta Dəhlizdir – bunlar qaçılmazdır.
Səmimi desəm, mən xanım Ursula Fon der Lyayen tərəfindən Avropa Komissiyasının rəhbərliyi və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında Özbəkistanda keçirilən Zirvə görüşündə səsləndirilən şərhlərdən xəbər alanda təəccübləndim. O, orada özlərinin Avropanın “qlobal qapısı” adlandırdıqları Orta Dəhlizin irəlilədilməsi haqqında danışarkən Azərbaycan və Ermənistan, Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasına toxunub. Bu, təəccüb doğurur, çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz. Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı – bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır.
Gürcüstan haqqında isə bir kəlmə belə deyilmədi. Sanki Gürcüstan mövcud deyil. Bu, ədalətsizlikdir. Avropa Komissiyasının Gürcüstanın daxil işləri ilə bağlı proseslərə münasibəti isə qətiyyən qəbuledilməzdir. Bu, müstəmləkəçilərin davranışıdır. Onlar gürcü xalqının iradəsinə özlərinin müstəmləkəçi keçmişinin prizmasından yanaşırlar. Bu, tamamilə qəbuledilməzdir. Gürcü xalqı bilir ki, biz onlarla birlikdəyik və Gürcüstan hökuməti də bunu bilir. Gürcüstanın bütün daxili işləri Brüsseldəki bürokratlar deyil, gürcü xalqı tərəfindən həll edilməlidir. Beləliklə, biz Azərbaycan ilə Gürcüstan arasında tərəfdaşlığı gücləndirməliyik.
Əvvəlki suallar zamanı müzakirə etdiyimiz kimi, Cənubi Qafqazda imkanları nəzərdən keçirdikdə bizim əlaqələr qurmaq üçün vasitəçilərə ehtiyacımız yoxdur. Biz vasitəçilərdən təngə gəlmişik. 28 il ərzində vasitəçilərimiz var idi – həmin o məşhur Minsk qrupu. Onların yeganə məqsədi işğalı əbədiləşdirmək və Qarabağı Ermənistana verməkdən ibarət idi. Ona görə biz kiminsə vasitəçi olmaq istədiyini eşidəndə bir az narahat oluruq. Gəlin bunu özümüz edək, biz bu regionda yaşayırıq. Azərbaycan olaraq biz Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyirik, xüsusilə də Avropa Komissiyası ilə. Ancaq bizim maraqlarımızın qurban verilməsi hesabına yox. Onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi – bütün bunlar bizə lazım deyil. Budur bizim görmək istədiyimiz Cənubi Qafqaz. Cənubi Qafqazın aparıcı dövlətləri olaraq Azərbaycan və Gürcüstan bu işdə məsuliyyəti öz üzərində götürərək əməkdaşlıq etməlidirlər. Əlbəttə, burada Ermənistan da var və o, ancaq Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı konstitusiyasına dəyişiklik edəcəyi təqdirdə bu prosesə qoşula bilər. Bu vaxt biz regionumuzda uzunmüddətli proqnozlaşdırılabilən vəziyyətdən bəhs edə bilərik.
Hikmət Hacıyev: Rik Fon, Böyük Britaniya.
Rik Fon: Cənab Prezident, bu gözəl imkana görə təşəkkürümü bildirirəm. Mən Böyük Britaniyanı təmsil edirəm. Fürsətdən istifadə edərək, ölkənizin Londondakı səfirliyinin fəaliyyətini təqdir etmək istərdim və mən onlarla həvəslə əməkdaşlıq edirəm. Cənab Prezident, İranla əlaqələrin perspektivlərinə dair danışmağınızı istərdim, xüsusilə də həyata keçirilən yüksəksəviyyəli səfərlər və İranda azərbaycanəsilli Prezidentin seçilməsi fonunda. Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Biz Prezident Pezeşkianın bu ay ölkəmizə səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli əlaqələrimizin inkişafı və regional proseslər baxımından çox vacib səfər olacaqdır. Son aylar ərzində yüksəksəviyyəli nümayəndələrin qarşılıqlı səfərləri baş tutub. İrandakı seçki prosesi bizi ruhlandırdı. Biz seçilmiş Prezident tərəfindən verilmiş mesajları alqışladıq. Biz bütün qonşularla yaxşı münasibətlərə malik olmaq istəyirik, o cümlədən İranla.
Bizim olduqca geniş iqtisadi və nəqliyyat gündəliyimiz var. Biz Orta Dəhliz haqqında danışdıq, ancaq Azərbaycan, həmçinin digər mühüm dəhliz – Şimal-Cənub dəhlizinin tərkib hissəsidir. Bir daha qeyd edim ki, bağlantı layihələri həyata keçirilərkən Azərbaycandan yan keçməyin mümkünsüz olmasını anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayətdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu layihələrinin hamısı icra edilib. Sadəcə, yükdaşımaların həcminin artacağını nəzərə alaraq, biz hazırda dəmir yolumuzu müasirləşdiririk. Dəmir yolu xətləri mövcuddur, ancaq Cənubdan Şimala və əks istiqamətdə nəql ediləcək yükləri qəbul etmək üçün dəmir yolu genişləndirilməlidir.
Enerji infrastrukturu və elektrik xətləri ilə bağlı məsələlər həll olunub. Biz İrana elektrik enerjisi ixrac edirik. Həmçinin regionda çoxtərəfli əməkdaşlıq üzərində də çalışırıq. Əlbəttə, biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Ancaq bu, Prezident Pezeşkianın seçilməsindən öncə baş vermişdir. Biz qəti şəkildə əminik ki, bu, Azərbaycana qarşı təşkil edilmiş terror idi. Bu hadisənin şəxsi zəmində baş verməsi kimi iddialar tamamilə əsassızdır. 40 dəqiqə ərzində həmin terrorçu səfirliyin binasına daxil olmağa çalışmış, nəticədə buna nail olmuşdur və ona silahsız təhlükəsizlik zabiti müqavimət göstərmişdir. Bu vaxta qədər o, artıq bir nəfəri qətlə yetirməyi, digər iki nəfəri isə ağır yaralamağı bacarmışdır. Həmin 40 dəqiqə ərzində şəhərin mərkəzində polis olmayıb. Təsəvvür edirsinizmi? Bunu təsəvvür etmək çətindir. Terrorçu isə “Kalaşnikov” avtomatı, çəkic və “Molotov kokteyli” ilə silahlanmışdı. Bizim küçədə və daxildə olan təhlükəsizlik kameraları bunun hamısını qeydə alıb. Səfirliyimizi qorumalı olan polis nəfəri isə hadisə yerindən qaçıb. Bəlkə bunu qorxusundan edib, ancaq o, qonşuluqda yerləşən polis bölməsinə niyə xəbər verməyib ki, səfirlik terror hücumuna məruz qalıb? Mən İrandan olan qonaqlara sual verdim – mənim yerimdə olsanız, nə düşünərsiniz? Bu, təəssüfdoğuran hal oldu və bildiyiniz kimi, biz səfirlik heyətimizi tam şəkildə təxliyə etdik. Hadisədən bir ildən artıq vaxt keçmişdi və daha sonra İranın mərhum xarici işlər naziri mənə söz verdi ki, cinayətkar mühakimə ediləcək və ən ağır cəza alacaqdır. O vaxtdan iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bu, baş verməyib. Törətdiyi terror aktından dərhal sonra terrorçu televiziyaya çıxaraq mediaya müsahibələr verdi. Siz belə halın şahidi olmusunuz? Başqa dövlətin səfirliyində qətl törədən insan dərhal müsahibə verir. Elə həmin gün bu şəxs ruhi xəstə elan edilir. Ancaq tibbi ekspertiza ilə prosedur hər kəsə bəllidir. Bu, vaxt tələb edir, çünki bəzi hallarda cinayətkarlar özlərini ruhi xəstə kimi təqdim edirlər. Yəni, insanın ruhi xəstə olub-olmadığını müəyyən etmək üçün vaxt lazımdır. Bunun üçün tibbi komissiya tələb olunur. Beləliklə, bu şəxs, sadəcə, ruhi xəstə elan edildi. Artıq iki il keçib, ancaq məhkəmənin qərarı icra edilməyib. Biz bilirik ki, İranda daha yüngül cinayətlərlə bağlı qərarlar bir neçə aya icra olunur. Bu işdə isə iki ildən artıq vaxt ötüb. Bizi bunu unuda bilərikmi? Əlbəttə ki yox. Bu, bizim münasibətlərə kölgə salır. Biz ümid edirik ki, İranın yeni hökuməti əvvəlki hökumətin vədlərini yerinə yetirəcək. Təkcə bu terror hadisəsini törədən şəxs deyil, onun arxasında dayananlar, onu Azərbaycan səfirliyinə göndərənlər də məsuliyyətə cəlb olunacaq. Bununla yanaşı, yeni administrasiya ilə bizim işgüzar əlaqələrimiz var, onlardan gözləntimiz bu məsələni həll etməkdir. Biz orada siyasi sistemin mürəkkəbliyini, icra hakimiyyətinin məhdud imkanlarını anlayırıq. Biz bunları bilirik, ancaq iki ölkə arasında əlaqələrin tam normallaşdırılması üçün bu terror hadisəsini törədən, onu təşkil edən və bu hadisənin arxasında dayanan hər kəs mühakimə edilməli və cəzalandırılmalıdır.
Hikmət Hacıyev: Talha Şabit, Pakistan.
Talha Şabit: Mən ilk dəfədir ki, Azərbaycana səfər edirəm. Dünən də Qarabağda olmaq çox xoş oldu. Bu imkanın yaradılmasına görə təşəkkür edirəm. Mənim sualım Çinin Qlobal Cənubdakı rolu ilə bağlıdır. Bildiyimiz kimi, Çinin “Bir kəmər, bir yol” layihəsi qarşılıqlı inkişafı təşviq edir. İnkişaf etməkdə olan dünyada uzunmüddətli dayanıqlılıqla bağlı çağırışlara baxmayaraq, Çinin Afrika, Latın Amerikası və Asiyada diplomatik, iqtisadi və siyasi təsiri artmaqdadır. Çin, həmçinin Qərbin çətiri altında olan Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi təsisatlara alternativ təklif edir. Çin Qlobal Cənub çərçivəsində Qərbin hökmranlığında olan dünya nizamını necə dəyişə bilər?
Prezident İlham Əliyev: Sualınızın maliyyə hissəsinə gəldikdə deyə bilərəm ki, Azərbaycan uzun illərdir beynəlxalq maliyyə təsisatlarından asılılığını, demək olar, sıfra endirmişdir. Mənim ilk prezidentliyim dövründə biz Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığı dayandırdıq. Digər maliyyə təsisatlarına gəldikdə, biz ya portfelimizi bağlamışıq və ya buna çox yaxınıq. Bizim birbaşa xarici borcumuz, sadəcə, 5 milyard dollardır, bu isə ümumi daxili məhsulun 7 faizindən azdır. Bu, bizim maliyyə vəsaitlərinə ehtiyac duymadığımızı göstərir. Əksinə, maliyyə təsisatları müraciətlər edirlər ki, bizə kreditlər ayırsınlar. Biz hazırda bu istiqamətdə işləyirik, çünki portfelimizi tam sıfra endirmək istəmirik. Bizim əsas tərəfdaşlarımız sırasında Çinin təşəbbüsü ilə təsis edilmiş Asiya İnfrastruktur İnvestisiya Bankı yer alır. Yəni, bu baxımdan burada əlavə edə biləcəyim bir şərh yoxdur, çünki bu mövzu mənim gündəliyimdə deyil. Bu, artıq həll olunmuş məsələdir.
Siyasət və nəqliyyat baxımından deyə bilərəm ki, biz çoxsaylı müsbət hadisələrin şahidi oluruq. Bunlar arasında mən Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq haqqında Bəyannaməni qeyd etmək istərdim. Həmin Bəyannamə mənim Sədr Si Cinpinlə görüşümün nəticəsində qəbul olunub. Bu isə ikitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli nailiyyət oldu. Çünki Çin kimi nəhəng ölkə ilə strateji tərəfdaşlıq formatına nail olmaq bizim üçün olduqca vacibdir. Biz hazırda Çin şirkətləri ilə fəal çalışırıq. Biz onları müxtəlif sahələrdə strateji tərəfdaşımız olmağa dəvət etmişik, o cümlədən yaşıl enerji sahəsində. Deyə bilərəm ki, yaşıl ictimai nəqliyyat vasitələri istehsal edən Çin şirkəti tərəfimizdən seçilib və bu il artıq istehsal edilmiş ilk avtobuslar istifadəyə veriləcək. Bununla yanaşı, Çin şirkətləri Günəş panelləri istehsalçılarıdır və bu panellər Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur. Biz, həmçinin Çin şirkətləri ilə yaşıl enerji sahəsinə birbaşa sərmayə yatırılması istiqamətində də danışıqlar aparırıq.
Müdafiə sahəsində də əməkdaşlıqla bağlı dialoqa başlayırıq. Hesab edirik ki, bu, uğurlu proses ola bilər. Çünki artıq qeyd etdiyim kimi, Azərbaycan Silahlı Qüvvələrini müasirləşdirməyə davam edir. Bizim üçün də təchizatın coğrafiyasını genişləndirmək və birgə istehsal müəssisələri yaratmaq maraqlı olar. Orta Dəhlizə - Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünə gəldikdə, nədənsə onu Avropada “qlobal qapı” adlandırmağa çalışırlar. Səmimi desəm, mən bilmirəm bunun mənası nədir. Ancaq “Bir kəmər, bir yol” layihəsinə gəldikdə, biz bunu ilk gündən dəstəkləmişik. Biz bunu təkcə ictimai bəyanatlarla deyil, həm də sərmayə yatırmaqla etdik. Biz Xəzər dənizinin ən böyük limanını inşa etdik. Bu gün bizim gəmiqayırma zavodumuzda altı gəmi inşa olunur. Bu zavodun sifariş siyahısı doludur. Biz dəmir yollarımızı müasirləşdirdik, hətta Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstandan keçən hissəsinə əlavə investisiya yatırdıq. Hazırda onun yükötürmə qabiliyyəti 5 milyon tondur. Zənnimizcə, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər.
Yeri gəlmişkən, əvvəlki suala cavab olaraq deyə bilərəm ki, biz İran tərəfi ilə bu ölkənin ərazisindən keçərək Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək və Ermənistandan yan keçən marşrut üzərində çalışırıq. Avtomobil yolu hissəsi artıq hazırdır. İndi orada körpü inşa edilir. İran tərəfi ilə dəmir yolu hissəsinə dair danışıqlar gedir. Azərbaycan və İran öz aralarında razılığa gəlməlidirlər, çünki Ermənistan bu hissədə bizə maneə törədir. Biz oturub gözləyə bilmərik. Biz Ermənistandan yan keçəcək marşrutu inşa etməyə dair razılığa gəldik. Onlar isə regionda dalan olmaqda davam etsinlər. Beləliklə, praktiki baxımdan bizim ikitərəfli gündəliyimizin vacib amili olacaqdır. Azərbaycan Qlobal Cənubun fəal ölkəsidir və Çin burada çox vacib rol oynayır. Çin bizim 4 il sədrlik etdiyimiz Qoşulmama Hərəkatının üzvüdür. Beləliklə, bu, çoxşaxəli münasibətdir, olduqca güclüdür və böyük gələcək potensialı var.
Hikmət Hacıyev: Cənab Prezident, biz demək olar ki, iki saatdır müzakirə aparırıq və Sizin gərgin qrafikiniz var. Bununla yanaşı, kifayət qədər suallarımız var. İcazənizlə, mən sualları bir araya toplayardım.
Prezident İlham Əliyev: Auditoriya yorulmayıbsa, davam edə bilərik.
Hikmət Hacıyev: O zaman növbəti sual Jorge Hukladandır, İspaniya.
Jorge Hukla: Çox təşəkkür edirəm. Cənab Prezident, qısa bir şərhim və bir sualım var. Mən beynəlxalq münasibətlər üzrə professoram, ancaq əvvəlki dövrdə İspaniya parlamentinin üzvü və ölkəmin AŞPA-dakı nümayəndəsi olmuşam. Mən Qarabağ probleminin beynəlxalq hüququn əsasında həll edilməsinə illər sərf etmişəm, belə bir qənaətə gəlmişəm ki, bu işdə beynəlxalq hüquq və beynəlxalq təşkilatlar tam uğursuzluğa düçar olublar. Sizi beynəlxalq təşkilatların müdaxiləsi olmadan əldə edilmiş ikitərəfli kompromis münasibətilə təbrik edirəm.
Sualım isə belədir: Cənab Prezident, yeni dünya nizamı başlanğıc mərhələsindədir, ancaq müəyyən siyasi modellər beynəlxalq münasibətlərdə hələ də faydalı alətlər kimi qalmaqdadır. Onlardan biri 2014-cü ildən bəri paylaşdığınız Qoşulmama Hərəkatı prinsiplərinə uyğun strateji düşüncədir. Qoşulmama Hərəkatına sədrlik təcrübənizi nəzərə alaraq, orta güc kimi Azərbaycanın yeni dünya nizamında rolu nədən ibarətdir? Çox sağ olun.
Prezident İlham Əliyev: Bəli, biz sədrliyimizə böyük məsuliyyətlə yanaşdıq. Biz Qoşulmama Hərəkatının nisbətən yeni üzvü idik və sədr seçildiyimiz zaman 10 il idi ki, üzv dövlət idik. Bu o deməkdir ki, bizim bu təsisata qoşulmağımızla bağlı strateji qərarımız düzgün və zamanında atılmış addım idi. Bu illər ərzində biz bu təşkilatı transformasiya etmək üçün gərgin fəaliyyət göstərdik. Biz anlayırıq ki, bu, uzun prosesdir. Ancaq biz müəyyən institusional platformaların yaradılmasına nail olduq. Biz bu haqda artıq danışdıq. Bu, həmçinin bizim üçün özümüzü təqdim etmək fürsəti idi. Təəssüflər olsun ki, bir tərəfdən COVID-19 pandemiyası baş verdi, digər tərəfdən bu, bizim üçün təkcə danışmaq deyil, əməli surətdə iş görmək imkanı yaratdı. Biz olduqca məsuliyyətli davrandıq və əziyyət çəkən ölkələrə yardım etdik. Biz 10 milyon dollar həcmində birbaşa, 10 milyon dollar məbləğində isə Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində yardımlar göstərdik. Yeri gəlmişkən, COVID-19 dövründə istifadə olunan məlumat bazasını biz yaratdıq və o, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə edildi. Bu, şaxələnmiş yardım və həmrəylik prosesi idi. Azərbaycanın sədrliyindən qalmış növbəti miras “Troyka” formatının təsis edilməsi idi. Bu təşəbbüs dəstəkləndi və o, sinerjinin təmin edilməsinə yönəlmişdi. Biz bu gün sədr ölkə deyilik, ancaq “Troyka” çərçivəsində təmsil olunuruq. Yəni, təşkilatın işinin irəlilədilməsi üçün bizim müəyyən alətlərimiz var və biz bu istiqamətdə işləri davam etdirəcəyik.
Siz Avropa Şurasının və beynəlxalq təşkilatların Ermənistan ilə münaqişəni həll etmək qabiliyyətini vurğuladınız. Bizim bu təşkilata qoşulduğumuz dövr mənim xatirimdədir. O zaman mən parlamentin üzvü idim. Bizim Avropa Şurası ilə bağlı böyük gözləntilərimiz var idi, hesab edirdik ki, o, bizə bu məsələni beynəlxalq gündəliyə daxil etməyə yardım göstərəcək, biz bu Avropa strukturunun dəstəyini əldə edəcəyik. Çünki burada kimin qurban, kimin isə təcavüzkar olduğu aydın idi.
Lakin təəssüflər olsun ki, bu, baş vermədi. Biz 2001-ci ildə Avropa Şurasına üzv seçildik və mən oradakı Azərbaycan nümayəndə heyətinin ilk rəhbəri idim. Təəssüflər olsun ki, biz orada ədalətli mövqeyimizin dəstəklənmədiyini gördük. Həmçinin orada çoxsaylı ermənipərəst lobbiçiləri gördük. Xatırlayıram ki, biz öz aramızda onları Azərbaycana nifrət edənlər adlandırırdıq. Bu gün də onların sayı kifayət qədərdir.
Beləliklə, bizim gözləntilərimiz özünü doğrultmadı. Biz heç Parlament Assambleyasını bu işlə ciddi məşğul olmağa cəlb edə bilmədik. Bizim yeganə nailiyyətimiz 2005-ci ildə qətnamənin qəbul edilməsi oldu. Orada münaqişə və işğal məsələsi öz əksini tapmışdı. Beləliklə, burada iki fakt var idi. Birincisi, Parlament Assambleyası əsasən anti-Azərbaycan mövqeyində idi, ikincisi isə ATƏT-in Minsk qrupu istənilən təşkilatın bu məsələ ilə məşğul olmasına əngəl törədirdi.
Mənə məlumdur ki, hətta ATƏT-in Minsk qrupu Strasburqa səfər edərək ABŞ, Rusiya və Fransanın vahid mövqeyini orada ortaya qoymuşdu: “Bu prosesə qarışmayın, bu, bizim inhisarımızdadır. Müdaxilə etməyin”. Məsələ məhz bundan ibarət idi. Yəni, bu platformadan istifadə edərək bu məsələyə diqqətin yönəldilməsi ilə bağlı gözləntilərimiz özünü doğrultmadı. Bundan əlavə, AŞPA özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2023-cü ilin sentyabrında Qarabağdakı separatçıların kökü kəsildi. Məhz bu səbəbdən onlar 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdilər. Onlar bunu insan hüquqları məsələsi çərçivəsinə daxil etməyə çalışdılar, ancaq bu, qətiyyən belə deyil.
Qeyd etdiyim kimi, biz 2001-ci ildən bu təsisatın üzvü idik və bu vaxtadək Azərbaycan nümayəndə heyətinin mandatı şübhə altına alınmırdı. Məhz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən bir neçə ay sonra onlar bizi səsvermə hüququndan məhrum etdilər. Yaranmış şəraitdə bizim orada fəaliyyətimizi dayandırmaq qərarını verdik. Həmin vaxtdan etibarən biz onların iclaslarında iştirak etmirik.
Yeri gəlmişkən, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası “üzərində oturduğu budağı” kəsdi. Onlar Azərbaycana qarşı ayrı-seçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər. Gürcülər də eyni addımı atdılar. Mən Gürcüstanın orada təmsil olunmasının dayandırılması ilə bağlı hökumətin qərarını tam dəstəkləyirəm. Çünki bu, növbəti ayrı-seçkilik halı idi.
Avropa Parlamentində yer almayan, nəticə etibarilə Avropa Şurasında qərarlaşan bəzi avropalı siyasətçilərin müstəmləkəçilik düşüncəsi təəssüflər olsun ki, əks nəticə verir. Mən həmin vaxt sual verdim - Azərbaycanda kimsə bizim bu təşkilatda təmsil edilməməyimizə fikir verdimi? Bizim üçün həyat davam edir.
Yeri gəlmişkən, COP29 çərçivəsində Avropa Şurasının Baş katibi Azərbaycana səfər etdi və burada məndən bu təşkilatdan tam çıxmamağı xahiş etdi. Dedim ki, xahiş edirsinizsə, tam çıxmarıq. Lakin bizim orada olub-olmamağımız heç nəyi dəyişmir.
Biz bu təşkilata qoşulandan bəri dünya dəyişib və Avropa da kəskin şəkildə dəyişib. Bizim Avropa İttifaqı ilə bağlı gözləntilərimiz ciddi şəkildə dəyişib və müzakirələrinizin mövzusu da dəyişib.
Prezident Trampın hakimiyyətə gəlməsi ilə bu dəyişiklik tamamlandı. Bu gün heç nə baş verməmiş kimi davranmaq, habelə Avropa Şurasında və ya Avropa Parlamentində qəbul edilmiş hər hansı bir qətnamənin nəyisə dəyişəcəyinə inanmaq sadəlövhlük olar. Bizim bu təşkilatlara münasibətimiz bu qeyri-adekvatlığa tamamilə uyğundur. Bir ölkə olaraq Azərbaycan özünü bu regionda rahat hiss edir.
Biz artıq bu məsələni müzakirə etdik, istər Cənubi Qafqaz olsun, istərsə də Mərkəzi Asiya və ya Yaxın Şərq. Biz özümüzü rahat hiss edirik, özümüzü təmin edən iqtisadiyyatımız var. Sabit siyasi sistemimiz və vahid milli ideya ətrafında səfərbər olmuş cəmiyyətimiz mövcuddur. İkinci Qarabağ müharibəsindəki Qələbə bu birliyi daha da gücləndirib. Brüsseldə və Strasburqdakı bürokratlar sanki özlərinin başqa planetində yaşayırlar və hesab edirlər ki, hər kəs onlara daha yaxın olmaq istəyir.
Həmin dövr çoxdan keçmişdə qalıb. Bəli, biz tərəfdaşlığa və dostluğa açığıq. Ancaq o halda ki, bizim daxili işlərimizə müdaxilə edilmir və bizə yad olan dəyərlər bizə aşılanmır. Bu, bizim mövqeyimizdir.
Bir daha sizə təşəkkür edirəm ki, bu məsələyə toxundunuz. Siz mənə imkan yaratdınız ki, bu məsələlərə öz yanaşmamızı açıqlayım və dünyaya olan baxışımızı təqdim edim.
Hikmət Hacıyev: Anatoli Boyaşov, Belarus.
Anatoli Boyaşov: Çox sağ olun, cənab Prezident, burada olmaqdan şərəf və məmnunluq duyuram. Mən 2019-cu ildə Prezident Lukaşenko tərəfindən yaradılmış Belarus Strateji Araşdırmalar İnstitutunu təmsil edirəm. Bizim əsas funksiyamız Prezidentimizi analitik informasiya ilə təmin etməkdir. İkitərəfli əməkdaşlığımızın genişlənməsini nəzərə alaraq yalnız bir sual seçmək çox çətindir, lakin buna baxmayaraq, sualımı verim. Müşahidələrimiz göstərir ki, son dövrlərdə seçkiyə müdaxilə texnologiyaları çox təkmilləşib. Buna baxmayaraq, Azərbaycanda prezident seçkiləri ən yüksək sabitlik və siyasi dayanıqlılıq şəraitində keçirildi. Mənim sualım belədir: Azərbaycanda seçki suverenliyinin düsturu nədir? Həmçinin Siz seçkilərə müdaxilə texnologiyalarında dəyişiklikləri müşahidə edirsinizmi? Təşəkkürlər.
Prezident İlham Əliyev: Əslində, əvvəlki illərdə seçkilərimizə müdaxilə, necə deyərlər, texnoloji proseslə edilmirdi. Amma müxtəlif çox sadə alətlər vasitəsilə edilirdi. Birincisi, Qərbin qeyri-hökumət təşkilatlarının Azərbaycana göndərdiyi pullar idi. İkincisi, Qərb mediasında anti-Azərbaycan təbliğatı, Prezident Trampın saxta xəbərlər mənbəyi adlandırdığı “Vaşinqton Post”, “New York Times” kimi nəşrləri, təbii ki, Fransanın hökumətyönlü “Figaro” və “Le Monde” kimi saxta mediaları elə bir ab-hava yaratmaq istəyirdilər ki, guya Azərbaycanda diktaturadır, demokratik təcrübə yoxdur, insan haqları vəhşicəsinə pozulur, müxalifət mələkdir, hakimiyyət isə şeytandır. Beləliklə, çox sadə idi. Bir az sadəlövh olduğumuz vaxtlarda hətta ağlımıza gətirə bilməzdik ki, üzümüzə gülənlər bizə arxadan zərbə vurmaq istəyirlər. Həmin vaxtda biz faktiki olaraq bu maliyyə vəsaitlərinin axınına tam nəzarət etmirdik. Bu səbəbdən, Milli Demokratiya İnstitutu kimi bədnam qurumların, əslində, burada hökuməti devirmək planı hazırlamasının səbəbi də bu idi. Bunu aşkar etdik. Beləliklə, biz bank hesabından bir milyon ABŞ dollarından çox vəsait nağdlaşdırıldığını aşkar etdik. Sonra biz o pulun bir hissəsini müxalifətyönlü fəalların kirayələdikləri mənzillərində “Molotov kokteylləri”ni və hökumət binalarına, polislərə necə hücum etmək təlimatlarını tapdıq. Beləliklə, bütün bunları yaşamışıq. 2005-ci ildə buradakı narıncı inqilab cəhdləri ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunmuşdu. Bunu hamımız xatırlayırıq, heç vaxt unutmuruq. Beləliklə, bu da çox sadə idi. İndi bunu etmək daha çətindir. Çünki birincisi, biz maliyyə sisteminə tam nəzarət edirik. İkincisi, yerli QHT-lərə, əslində, müxalifətin qollarına verilən bütün qrant adlanan vəsaitlər indi qeydiyyatdan keçməlidir. Burada pul qaçaqmalçılığı çox çətindir. Amma təəssüf ki, bəzi Qərb təşkilatları hələ çox “yaradıcıdırlar”. Beləliklə, onlar müxtəlif kuryerlər vasitəsilə buraya pul daşımağın yeni yollarını tapıblar. Onlar bu pulu, əsasən, Gürcüstan vasitəsilə gətirirdilər. Gürcüstan deyəndə, pulun Gürcüstan tərəfindən ayrıldığını söyləmək istəmirəm. Bu, Gürcüstanda hələ də fəaliyyət göstərən Qərb qeyri-hökumət təşkilatlarındandır - xaricilərin nəzarətində olan Gürcüstan bankları vasitəsilə. Adsız kredit kartları və nağd pullar vəziyyətin sabitliyini pozmaq üçün buraya gətirilir. Amma bunun izinə düşəndə, hüquq-mühafizə orqanlarımız həmin pul qaçaqmalçılarını məsuliyyətə cəlb edəndə bizi ittiham etməyə başlayırlar ki, guya biz bəzi qeyri-demokratik işlər görürük. Azərbaycanda vəziyyət belə idi. Ümidvaram ki, bu bitəcək, çünki tamamilə faydasızdır, mənası yoxdur. Kimin kim olduğunu hamı bilir. Amma buna baxmayaraq, bizdə zəmanət yoxdur ki, onlar bir gün yenə də bir kukla gətirib prezident kürsüsünə otuzdurmaq, sonra da yenidən Azərbaycanı istədikləri kimi idarə etmək fikrinə düşməyəcəklər.
Prezident Trampın başladığı iş çox ümidvericidir, lakin hesab edirəm ki, o, dayanmamalıdır. USAID, əlbəttə ki, bir nəhəngdir, tamamilə korrupsiyaya uğramış bir qurumdur. Bu haqda danışmışam. Xoş xəbərdir ki, “Azadlıq Radiosu”, “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik. Biz o insanları tanıyırıq, səfirliklərdə qeyri-qanuni fəaliyyətlə məşğul olan insanları tanıyırıq və biz ABŞ Prokurorluğuna, hüquq-mühafizə orqanlarına cənab Trampın sələflərinin qeyri-qanuni dağıdıcı fəaliyyəti haqqında bütün məlumatları təqdim etməyə hazırıq. Bu barədə sualınıza cavab verdiyimi düşünürəm. Beləliklə, bizimlə olduğunuz üçün təşəkkür edirik.
Hikmət Hacıyev: Əhməd Taher, Misir.
Əhməd Taher: Təşəkkürlər, Zati-aliləri cənab Prezident. İkinci dəfə burada olmaq şansı yaratdığınız üçün təşəkkür edirəm. Bir şərhim və bir sualım var. Şərhim dünən Qarabağda gördüklərimlə bağlıdır. Mən Qarabağda üç dəfə olmuşam. Dünən mən Azərbaycanın 1918-ci ildə müstəqillik əldə etdikdən və 1991-ci ildən sonra uğur hekayəsini görürəm. Deməli, bu gün Qarabağın işğaldan azad edildikdən sonra yenidən qurulmasını, Azərbaycanın Qarabağı işğaldan sonra necə bərpa etdiyini görmək çox xoşdur. Mən bunu nadir uğur və nailiyyət hesab edirəm. Buna görə Sizi təbrik edirəm. Sualım isə Azərbaycanın İslam dünyasında mühüm yeri ilə bağlıdır. Ona görə də biz Azərbaycanın Yaxın Şərqdəki böhranla bağlı siyasətinə, xüsusilə Qəzza, Suriya və Livanda baş verənlərə dair fikirlərini öyrənmək istərdik.
Prezident İlham Əliyev: Ölkəmiz haqqında fikirlərinizə görə təşəkkür edirəm. Çox minnətdaram ki, siz artıq bir neçə dəfə Qarabağda olmusunuz. Bunun üçün sizə təşəkkür edirəm. Qəzzadakı vəziyyətlə bağlı qeyd edim ki, Azərbaycan böhranın ilk günlərindən atəşkəsin olmasını, hərbi əməliyyatların dayandırılmasını fəal şəkildə müdafiə edib və bizim mövqeyimiz dəyişməz olaraq qalmaqdadır. Hər bir ölkədəki vəziyyətə gəldikdə - onlar üçün nəyin prioritet olduğuna ölkələrin özləri qərar verməlidirlər. Ona görə də heç bir ölkədə, hətta işğal dövründə Ermənistanda belə daxili vəziyyəti şərh etmirdik. Biz heç vaxt daxili gündəmə münasibət bildirməmişik. Amma, eyni zamanda, Suriya ilə bağlı deyə bilərəm ki, biz hökumət dəyişikliyinin baş verməsinə görə şadıq. Çox təəssüf ki, Suriya əvvəlki rəhbərliyin dövründə ermənipərəst və anti-Azərbaycan mövqe tuturdu. Ermənistan rəhbərliyi ilə Suriyanın əvvəlki rəhbərliyi arasında çoxlu siyasi təmaslar - təbrik məktubları, qarşılıqlı səfərlər olub. İndi isə Ermənistan hökuməti elə bilir ki, bunu heç kim xatırlamır. Amma hamımız onların prezident Əsəd hökumətinə nə qədər yaxın olduqlarını, necə ünsiyyət qurduqlarını, necə əməkdaşlıq etdiklərini xatırlayırıq. İndi Suriyaya humanitar yardım göndərməyə çalışmaları bir daha erməni riyakarlığını nümayiş etdirir. Ümid edirəm ki, Suriyanın yeni hökuməti bu riyakarların və yeni hökumətin düşmənlərinin bu ölkədə yer tapmalarına çalışmalarına imkan verməyəcək. Biz Suriyanın yeni hökumətini dəstəkləyirik, rəsmi məktublar mübadiləsi oldu, təbrik etdik. Təbii, biz çox şadıq ki, indi nəhayət qardaş ölkəmiz Türkiyənin bu cənub sərhədində sülh olacaq, Türkiyəyə Suriyadan heç bir təhlükə olmayacaq. Bu, bizim üçün çox vacib bir inkişafdır. Bu, həm də qlobal dəyişikliklərin bir hissəsidir və bundan başqa, biz özümüz Suriya xalqı və Türkiyə üçün sevinirik.
İslam dünyasındakı rolumuza gəldikdə, bu, müsəlman icmaları tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dəfələrlə müxtəlif tədbirlər üçün ev sahibi ölkə seçilib və biz İslam Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyik. İslam Dünyasının Mədəniyyət, Təhsil və Elm Təşkilatı (ICESCO) Şuşanı İslam mədəniyyətinin paytaxtı seçib və ötən ilin mayında Şuşada ICESCO-nun Baş katibi və mən bunu rəsmi şəkildə elan etmişik. Belə ki, müsəlman xalqları arasında həmrəylik baxımından bizim rolumuz yüksək qiymətləndirilir. İstər müsəlman dünyasının dini liderləri, siyasi liderlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Liqası qardaşlarımıza göstərdiyimiz dəstəyi yüksək qiymətləndirirlər. Bununla bağlı son məqam: Düşünürəm ki, müsəlman dünyası ölkələri hər hansı bir ərəb ölkəsindəki vəziyyətlə bağlı siyasətlərini qiymətləndirərkən və ya işləyib hazırlayarkən, ilk növbədə, Ərəb Liqasının müəyyən təlimatlarına əməl etməlidirlər. Düşünürəm ki, bu, bu məsələləri necə həll etməyin, buna münasibət bildirməyin ən yaxşı yolu olacaq, çünki onlar daha yaxşı bilirlər. Ərəb Liqası bütün ərəb ölkələrini birləşdirir və bu ölkələrdəki vəziyyətlə bağlı hər bir məsələdə bu qurumun siyasəti ən azından bizim üçün bir istiqamət olmalıdır. Məncə, hamı üçün belə də olmalıdır.
Hikmət Hacıyev: Cənab Prezident, Urs Ankauf, Almaniya.
Urs Ankauf: Zati-aliləri möhtərəm cənab Prezident Əliyev, bu gün bizimlə olduğunuza görə çox sağ olun. Mən Almaniya ilə ikitərəfli münasibətlərə diqqəti cəlb etmək istərdim. Qeyd etdiniz ki, Prezidentimiz Frank-Valter Ştaynmayer bu yaxınlarda Azərbaycanda rəsmi səfərdə idi. Almaniya Prezidentinin administrasiyası tərəfindən səfərdən əvvəl ləğv edilmiş qeyri-qanuni işğalçı rejimin bayrağının yerləşdirilməsi narazılıq yaratmışdır. Xoşbəxtlikdən, Prezidentin saytından həmin məlumat silindi və Sizə üzrxahlıq məktubu göndərildi. Rəsmi bəyanatı oxumuşam, lakin sualım belədir ki, hazırda bizdə yeni hökumətin formalaşdırılmasının son mərhələsində olmağımızı nəzərə alaraq, Azərbaycanın Almaniya ilə siyasi və iqtisadi əməkdaşlıqla bağlı gözləntiləri nədir?
Prezident İlham Əliyev: Çox sağ olun. Birincisi, bayraqla bağlı vəziyyətə gəlincə, təbii ki, bunu görəndə hamımız çox təəccübləndik. Düzünü desəm, mən həmişə olduğu kimi, maksimum səmimi olmağa çalışıram, bunun səhv olduğunu düşünmək bizim üçün çox çətin idi. Çünki Almaniya çoxillik dövlətçilik ənənələri olan bir ölkədir və bütün atributlara diqqətlə yanaşılır. Bu, təkcə separatçıların bayrağı olan bayraq deyildi, artıq ölmüş separatçı qurumun bayrağı idi və orada əlavə bir şərh var idi – “Dağlıq Qarabağ” adını gördük. Bu, artıq mövcud deyil. Bu, dediyimiz kimi, yalnız erməni revanşistlərin və onlara dəstək verənlərin xəyallarında mövcuddur. Ona görə də həmin bəyanatda o ifadənin yer almasını Azərbaycana qarşı təhqir hesab edirik. Bunun səhv olduğunu düşünməyə imkan verməyən başqa bir amil də var. Şəkli xatırlayırsınızsa, orada bayraq cırılmış vəziyyətdə idi. Ermənistanın bayrağı olduğunu düşünüblərsə, o zaman niyə cırılmış bayraq şəkli paylaşıblar? Güman ki, o şəkli qoyanların beynində cırılmış bayraq “Artsax” adlanan yerin yaralı olmasına işarə idi. Bu, Azərbaycana bir mesaj idi. Biz bunu çox ciddi qəbul etdik və düzünü desəm, bizim hərəkət etməyimiz üçün bir neçə variant mövcud idi. Əgər üzrxahlıq olmasaydı, yəqin ki, səfərin vaxtı dəyişdirilə bilərdi. Beləliklə, bununla, sadəcə olaraq, sizə daxili “mətbəximizi” açıqlayıram. Vəziyyəti aydınlaşdırmaq üçün Almaniya səfiri Xarici İşlər Nazirliyinə dəvət olundu. O dedi ki, səhv etmirəmsə, üzr istəməyəcəklər, belədir, Hikmət? Beləliklə, bu, digər bir sürpriz oldu. Sonra köməkçim Hikmət Hacıyev Prezident Ştaynmayerin Administrasiyasının rəhbəri ilə əlaqə saxladı.
Hikmət Hacıyev: İlkin olaraq xanım rəhbər dedi ki, bu, ciddi texniki səhvdir və xahiş etdi ki, üzrxahlığımızı qəbul edin və biz onu siləcəyik. Lakin bu, aramızda olan bir üzrxahlıq idi. Amma mən Sizin tərəfdən əlavə göstəriş aldım ki, Azərbaycan israrlıdır və biz almaniyalı həmkarlarımızdan açıq və rəsmi üzrxahlıq gözləyirik. Bundan sonra yazılı üzrxahlıq göndərildi.
Prezident İlham Əliyev: Bəli, təşəkkür edirəm. Beləliklə, məsələ həll olundu, amma təbii ki, bunu etməməli idilər. Xətrimizə dəymək üçün tamamilə faydasız və mənasız cəhd. Mən tamamilə əminəm ki, Prezident Ştaynmayerin bundan heç xəbəri olmayıb. O, özü bunu mənə dedi. Birincisi, mən ona tam inanıram, çünki ona çox hörmətlə yanaşıram. İkincisi, düzünü desəm, mən də şəkillərimə bir o qədər baxmıram. Səhv bir şey varsa, buna görə kimi günahlandıracağını bilirsən. Ancaq səhv bir şey olsaydı, şübhəsiz ki, müraciət olmadan belə biz üzr istəyəcəkdik.
Səfər özü çox uğurlu idi. Prezident Ştaynmayer və mən bir-birimizi çoxdan tanıyırıq, onun xarici işlər naziri olduğu illərdən bəri təmasdayıq, o, bir neçə dəfə buraya səfər edib. Keçən il biz Berlində görüşdük, onunla ünsiyyətdə olmaq çox xoş idi. O, çox bacarıqlı siyasətçi və böyük dövlət xadimidir. Alman xalqı onunla fəxr edə bilər. Səfərin məzmunu və formasına gəldikdə isə mətbuatda əks olunduğu kimi, hamı gördü, çox səmimi, mədəni proqramla müşayiət olunan yaxşı səfər idi. Bizim müxtəlif məsələləri müzakirə etmək üçün kifayət qədər vaxtımız oldu. Əlbəttə ki, işgüzar sahədə əməkdaşlığımızın mahiyyəti çox genişdir və biz bu səfəri, yeri gəlmişkən, Almaniya Prezidentinin Azərbaycana ilk səfərini münasibətlərimizdə mühüm mərhələ hesab edirik. Beləliklə, hər iki prezidentin Bakıdan verdiyi bütün mesajlar son dərəcə müsbət və zamanında verilən mesajlar idi. Ona görə də hesab edirəm ki, bu, həm də ölkələrimizin işgüzar dairələrinə ikitərəfli istiqamətdə daha fəal işləmək üçün yaxşı mesajdır. Həmçinin Almaniyadan, xüsusən də yeni hökumətdən Avropa İttifaqı ilə bağlı gözləntilərimiz odur ki, müstəqil siyasət yürütməkdə davam etsin. Çünki bilirsiniz, Avropa İttifaqında Azərbaycana qarşı çox pis əməllər törədən, heç bir əsası olmadan özünü lider kimi göstərən bir ölkə var. Avropanın aparıcı iqtisadiyyatı, aparıcı siyasi qüvvəsi Almaniyadır. Ona görə də ümid edirəm ki, Avropa İttifaqı oradakı ermənipərəst qrupların təsiri altına düşməyəcək.
Hikmət Hacıyev: Son sualımız Şimali Kiprdən Hüseyn İşıksaldan.
Hüseyn İşıksal: Hörmətli cənab Prezident. 2023-cü ilin oktyabrından Prezidentimi müşayiət etdiyim və bizi rəsmi səfər çərçivəsində qəbul etdiyiniz gündən sonra burada Sizi yenidən görmək çox xoşdur. Mən Şimali Kipr Türk Respublikası Prezidentinin xüsusi müşaviriyəm. Ona görə də, ilk növbədə, icazə verin, şəxsən Sizə Prezidentimin ən səmimi salamlarını çatdırım. Burada olmaq həmişə xoşdur, çünki biz qardaşıq və özümü evimdəki kimi hiss edirəm, özümü xarici ölkəyə gəlmiş kimi hiss etmirəm. Türk Dövlətləri Təşkilatı ilə bağlı sual vermək istəyirdim. Amma bu məsələni artıq səfir soruşdu. Ona görə də mən, sadəcə, ölkəmlə Azərbaycan arasında münasibətlərin daha da dərinləşdirilməsi barədə dəyərli fikirlərinizi və tövsiyələrinizi eşitmək istəyirəm. Çox sağ olun.
Prezident İlham Əliyev: Bilirsiniz ki, Prezident Ersin Tatar Azərbaycanda səfərdə olub və biz beynəlxalq tədbirlərdə həmişə görüşməyə vaxt tapırıq. Azərbaycanda Şimali Kiprin mədəniyyət günlərinin keçirilməsi böyük hadisə oldu. Bildiyiniz kimi, Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasında mühüm rol oynayıb. Bunun necə baş verdiyini bilirsiniz, çox təfərrüatlara varmaq istəmirəm, amma biz bunu fəal şəkildə müdafiə edənlərdən olduq. Prezident Tatar Şuşada təşkilatın qeyri-rəsmi Sammitinə mənim tərəfimdən dəvət olunmuşdu və o, Şimali Kipr bayrağı ilə bizimlə idi. Beləliklə, bizim əlaqələrimiz davam edir. Bilirsiniz ki, vətəndaş cəmiyyətinin, Azərbaycan hökumətinin, parlamentinin nümayəndələri Şimali Kipr Türk Respublikasına tez-tez səfərlər edir, Şimali Kiprdən Azərbaycana səfərlər həyata keçirilir. Yəni, biz hər zaman qardaşlarımızlayıq, siyasətimiz hər zaman çox aydındır. Şimali Kiprdə öz dövlətinə sahib olmağa layiq qardaşlarımıza necə kömək edə biləcəyimizdən başqa bir gündəmimiz yoxdur. Onlar tarix və əməlləri ilə buna layiqdirlər. Hamımız xatırlayırıq ki, Birləşmiş Millətlər Təşkilatının ovaxtkı Baş katibi Kofi Annanın təşəbbüsü ilə referendum keçirilib və Kipr türkləri birləşməyə, Kiprdəki yunanlar isə birləşmənin əleyhinə səs verdilər. Sonra nə oldu? Kipr dəvət edildi və Avropa İttifaqına üzv oldu. Bu, ədalətli idi? Əlbəttə ki, yox. Bu ikili standartlar idi? Əlbəttə, bəli. Amma təəssüf ki, siyasətçilərin çoxu bu haqda danışmaq istəmir. Onlar başağrısı olmamasına üstünlük verirlər. Çünki onların başağrısı yarada biləcəklərini hamı təsəvvür edə bilər və başağrısı heç də onların yarada biləcəyi ən böyük zərər deyil. Amma Azərbaycana gəldikdə, məncə, Şimali Kiprdəki qardaşlarımız arasında heç bir şübhə yoxdur ki, biz müstəqil ölkə qurulana qədər, sona qədər sizinlə olacağıq. Əlbəttə ki, beynəlxalq birlik tərəfindən tanınana qədər sizinləyik.
Hikmət Hacıyev: Tədqiqatçılar Sizə minnətdarlıqlarını və təşəkkürlərini bildirmək istəyirlər. Təqribən üç saatlıq müzakirəmiz oldu. Vaxt ayırdığınız üçün təşəkkür edirik.
Prezident İlham Əliyev: Çox sağ olun. Təşəkkür edirəm.
x x x
Sonda xatirə şəkli çəkdirilib.

Bölməyə aid digər xəbərlər

Bu gün, 18:05
Keçmiş rektor istintaqa çağırılıb
Bu gün, 10:04
Mövqelərimiz yenə atəşə tutulub
Dünən, 12:27
Bir qrup sahibkar axtarışa verilib
Dünən, 11:24
İran üçün “Liviya modeli”: ya müharibə, ya da saziş
Dünən, 08:41
Ordumuzun mövqeləri atəşə tutulub
10-04-2025, 23:36
Mask Marsı işğal etməyə tələsir - Foto
10-04-2025, 19:51
Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbulu başlayıb
10-04-2025, 11:19
Sərhəd mübahisəsi: Orta Asiya liderləri necə barışıb?
10-04-2025, 08:15
Ermənistan hərbçiləri daha bir təxribata əl atıb
10-04-2025, 08:12
İlham Əliyev forumda mühüm mesajlar verib - (Yenilənib) - Video, Fotolar
10-04-2025, 07:40
Ağdama növbəti köç karvanı yola salınıb
9-04-2025, 15:11
Azərbaycan Türkiyə-İsrail münasibətlərinin normallaşmasına çalışır
9-04-2025, 12:48
ABŞ ilə Çin arasında ticarət müharibəsi güclənir
9-04-2025, 11:01
Rəsmi İrəvan anti-Rusiya siyasətinə böyük sərmayə qoyub
8-04-2025, 18:29
Zülfüqarov: Ermənistan sülhün əldə edilməsini gecikdirir
8-04-2025, 15:20
Toqquşma xətti: Ankara İsraillə razılığa gəlməyə çalışır
8-04-2025, 11:14
Cəlaloğlu: Ticarət müharibələri uzunmüddətli ola bilməz
8-04-2025, 09:36
Dövlət xadimlərinə sui-qəsd hazırlayan şəxsə hökm oxunub
8-04-2025, 08:33
Türkiyə-İsrail qarşıdurması gözlənilir
8-04-2025, 07:49
Azərbaycanda zəlzələ baş verib
7-04-2025, 20:54
David Babayan: "Erməni sakinlərin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - (Yenilənib) - Fotolar
7-04-2025, 19:02
Yeni institutlar və iki elmi müəssisə yaradılacaq
7-04-2025, 14:20
Suqovuşan kəndinə daha 54 ailə köçürülüb - (Yenilənib)
7-04-2025, 11:02
Bir sıra məhkəmələrə hakim təyin edilib - Siyahı (Yenilənib)
7-04-2025, 10:36
Hərbçimiz Cəbrayılda minaya düşərək həlak olub - (Yenilənib)
6-04-2025, 15:39
Bu gün bir sıra imtahanlar keçirilib - Yenilənib
6-04-2025, 13:00
Ağdamda ata və azyaşlı övladları minaya düşüblər - (Yenilənib)
5-04-2025, 15:18
ABŞ İranı 46 ildir hədələsə də...
4-04-2025, 17:15
Ermənistan vəziyyəti yenidən gərginləşdirir
4-04-2025, 14:01
Bakıda köçürülmə və söküntü işləri başlayacaq
4-04-2025, 11:31
Ştaynmayer Azərbaycanla bağlı səhvini düzəldib
4-04-2025, 11:13
Dünya iqtisadiyyatı böyük risklə üzləşib - Xəbərdarlıq
4-04-2025, 08:32
Paşinyan Köçəryan və Sarkisyanı Azərbaycana təhvil verməlidir
3-04-2025, 19:17
Baş Prokurorluq daha iki blogeri istintaqa çağırıb - (Yenilənib)
3-04-2025, 16:57
Bakı və İrəvan anti-Rusiya siyasətindən geri çəkilir
3-04-2025, 14:00
Yeni hərbi qarşıdurma başlaya bilər - Professor