23:17 / 25-10-2025
Vəkil Zabil Qəhrəmanov həbs olunub
18:00 / 25-10-2025
Anar Əsədlidən 4 şikayətçi var
17:55 / 25-10-2025
“Sputnik Azərbaycan”ın böyük redaktoru Rusiyaya gedib
15:45 / 25-10-2025
Onlayn qumar oyunları: 5 dəstə ifşa edilib
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
13:09 / 25-10-2025
Sabah yağış yağacaq - Proqnoz
11:31 / 25-10-2025
Prezident İlham Əliyev Tokayevə məktub göndərib
11:01 / 25-10-2025
Metroda dava salan 4 nəfər saxlanılıb
10:34 / 25-10-2025
Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq
10:17 / 25-10-2025
Azərbaycan XİN Qazaxıstana təbrik ünvanlayıb
10:02 / 25-10-2025
Rusiya üzərində 121 Ukrayna PUA-sı vurulub
09:30 / 25-10-2025
Rusiya Kiyevə zərbə endirib: yaralıların sayı artır - (Yenilənib)
09:05 / 25-10-2025
Premyer Liqa: bu gün 4 komanda qarşılaşacaq
00:13 / 25-10-2025
Prezident Qubadlı ilə bağlı video paylaşıb
00:01 / 25-10-2025
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
23:49 / 24-10-2025
Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib
20:54 / 24-10-2025
Azərbaycan BMT ilə 2026-2030-cu illər üçün Əməkdaşlığa dair Çərçivə Sənədi imzalayıb
18:03 / 24-10-2025
Ermənistan və İran sadələşdirilmiş gömrük dəhlizi üzrə saziş imzalayacaq
17:54 / 24-10-2025
“Bu dəfə əzrayılın əlindən qaçdım...” - Abid Şərifov
17:49 / 24-10-2025
Veteranlara verilən 80 manat artırılmayacaq
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
16:54 / 24-10-2025
"Starlink" vasitəsilə kibercinayətkarlıq artıb - Foto
16:36 / 24-10-2025
Avropa yeni raketdaşıyıcısını təqdim edib - Fotolar
16:20 / 24-10-2025
Ceyhun Bayramov TDT Baş katibi ilə görüşüb
16:07 / 24-10-2025
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
15:58 / 24-10-2025
Dövlət müəssisələrindən bir milyon manat mənimsəyənlərə cəza istənilib
14:58 / 24-10-2025
Vladimir Putin İlham Əliyevə zəng edib
14:56 / 24-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
14:28 / 24-10-2025
Şuşa ilə bağlı Tədbirlər Planı təsdiqlənib
14:17 / 24-10-2025
“Quş qripi” Almaniyanı təhdid edir
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
11:29 / 24-10-2025
Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
19:39 / 22-10-2025
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
12:35 / 24-10-2025
Sülh savaşı - Zahid Oruc yazır
14:48 / 25-10-2025
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
17:14 / 24-10-2025
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
Oman danışıqları: ABŞ İranın könlünü ala biləcəkmi?
Tarix: 14-04-2025 12:03 | Bölmə: Slayd

ABŞ prezidenti Donald Trampın İranın Ali lideri Ayətullah Xamnəiyə şəxsi müraciəti (açıq şəkildə hərtərəfli müharibə ilə hədələsə də) indi öz bəhrəsini verə bilər.
Keçmiş prezident Co Baydenin 2021-ci ildə qısa bir cəhdindən sonra ilk dəfə olaraq, ABŞ və İran tez bir zamanda "birbaşa" ola biləcək "dolayı" danışıqlarda iştirak edəcəklər.
Reyting.az xəbər verir ki, bu barədə “Middle East Eye” yazıb.
Britaniya nəşrinin təhlilində qeyd olunur:
İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Omanda Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla görüşüb.
Əraqçinin iştirakı çox yüksək səviyyəlidir və buna görə də “birbaşa” hesab olunur, lakin iranlılar bu termini işlətməkdən imtina ediblər.
Uitkoff Trampın dünyanın ən böyük böhranları üzrə şəxsi elçisi ola bilər (Vaşinqtonda onu “hər şeyin elçisi” adlandırırlar), lakin o, administrasiya səviyyəsində rəsmi deyil.
Oman, Ərəbistan körfəzində sakit diplomatiya tətbiq edən və Qərb gücləri üçün həssas danışıqları asanlaşdıran, əsasən neytral ölkədir.
İran daha əvvəl Tramp administrasiyasının tətbiq etdiyi “maksimum təzyiq” kampaniyası altında heç bir danışıqlar aparmayacağını bildirmişdi. Həqiqətən də, administrasiya İrana bağlı demək olar ki, hər həftə yeni sanksiyalar tətbiq edir.
Lakin Tramp “maksimum təzyiq” memorandumunu imzalamaqda tərəddüd etdiyini və üzərində öz adı olan müqaviləni imzalamaq istədiyini bildirib.
Digər tərəfdən, iranlıların “qarşılıqlı faydalı sövdələşmə əldə etmək fürsəti var”, - deyə Milli İran Amerika Şurasının (NIAC) siyasət direktoru Rayan Kostello “Middle East Eye”-a bildirib.
O deyib: "İran, məncə, illər boyu heç nə ilə təhdid edilməyəcəyinə işarə edib. Ancaq Trampın birinci dönəmi dövründə baş verənlərin məcmusuna nəzər salın, İranın əslində, oynamaq üçün o qədər də çox kartı yox idi və İran iqtisadiyyatı çox zərər çəkdi. Ona görə də İran yəqin ki, bacardığı qədər çoxlu variantı qorumağa çalışır”.

Tramp dəfələrlə yeganə tələbinin İranın heç vaxt nüvə silahı əldə etməməsi olduğunu desə də, onun mətbuat katibi Karolin Levitt jurnalistlərə deyib ki, “bütün variantlar masadadır”.
O qeyd edib: “Prezident Trampın tələbi ilə razılaşa bilərsiniz, yoxsa əksi cəhənnəm olacaq".
Uzunmüddətli nəticələr
Tramp administrasiyası danışıqlara üstünlük verdiklərini vurğulayarkən, açıq şəkildə hərbi variantı masadan kənara qoymadığına diqqət yetirdib.
Corc Vaşinqton Universitetində İranın nüvə proqramı üzrə ekspert Sina Azodi virtual müzakirə panelində deyib:
"Əgər sual ABŞ İranın nüvə obyektlərini bombalaya biləcəyidirsə, bəli, bunu edə bilər. Amma şahmat oyununda qarşı tərəf də həmişə gediş növbəsinə sahibdir. Beləliklə, iranlılar həmişə malik olduqları şeyi bərpa edə bilərlər. Onların institusional bilikləri var, hər şeyi yenidən qurmaq üçün sənaye imkanları".
Uitkoff İranın nüvə proqramını “yoxlama” tədbirləri haqqında daha çox danışıb. İran hazırda uranı 60 faiz həddinə qədər zənginləşdirir, bu, silah yaratmaq üçün yetərli deyil.
Tehran belə bir mövqedə olduğu üçün onun tələblər siyahısı olacaq. Bunlardan da başlıcası son illərdə neft ixracı üçün xaricdəki məhdud aktivlərinə çıxışdır. ABŞ ona dondurulmuş vəsaitlər üzərində nəzarəti verə bilər.
İran, ABŞ da daxil olmaqla, Qərb hökumətləri ilə ticarət aparmaq istəyəcək ki, bu da Tramp üçün məqbul variantdır. Hər hansı bu cür əməliyyatlar hazırda ABŞ-nın neft və maliyyə sektorlarına tətbiq etdiyi sanksiyalarla bloklanır.
NIAC qeyd edib ki, "heç bir ABŞ vergi ödəyicisinin pulu düşünülə bilən ssenari üzrə İrana göndərilməyəcək".
“Trilyon dollarlıq fürsət”
Trampın Şənbə günü danışıqlarla bağlı sürpriz açıqlamasından üç gün sonra İranın xarici işlər naziri “The Washington Post” qəzetinə Tramp administrasiyası dövründə xarici siyasətin əsasını təşkil edən rəy məqaləsi yazıb.
"Vaşinqtonda çoxları İranı iqtisadi baxımdan qapalı ölkə kimi təqdim edirlər. Həqiqət budur ki, dünyanın hər yerindən biznesləri qəbul etməyə açığıq, - deyə Əraqçi yazıb. - Amerika müəssisələrini iqtisadiyyatımıza girişlə trilyon dollarlıq imkandan uzaqlaşdıran İran deyil, ABŞ administrasiyaları və Konqresin maneələridir”.
“İranda ticarət və investisiya imkanlarının misilsiz olduğunu söyləmək kiçik ifadədir”, - deyə o əlavə edib.
Əraqçi Trampın dilində danışırdı və milyarder daşınmaz əmlak maqnatı da bunu keçmişdə gizlətməyib.
9 il əvvəl, ilk prezidentliyə namizədliyi üçün o, seçki kampaniyası zamanı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) adlanan, 2015-ci ilin İran nüvə sazişindən sonra Obamanı qınayıb. Məhz İrana ABŞ şirkətləri ilə iş aparmağa, daha dəqiqi, ABŞ silahlarını almağa imkan verəcək əsas sanksiyaları ləğv etmədiyinə görə.
JCPOA ikinci dərəcəli sanksiyaların aradan qaldırılması müqabilində İranın nüvə proqramına əhəmiyyətli məhdudiyyətləri ləğv edib və bu, İrana qlobal neft ixracını əhəmiyyətli dərəcədə artırmağa imkan verib.
“Tramp deyirdi ki, saziş Avropa, Rusiya və Çin şirkətlərinə İrana girib pul qazana bilmək imkanı verib, lakin Amerika şirkətləri kənarda qalıb, - “Quincy” Məsul Dövlətçilik İnstitutunun icraçı vitse-prezidenti Trita Parsi panel müzakirəsində deyib. - JCPOA Tehrana ABŞ istehsalı olan 80 “Boeing” təyyarəsi alma imkanı verdi. Lakin ovaxtkı prezident Barak Obama "sövdələşmədən iqtisadi məqsədlər üçün istifadə etmək cəhdində ittiham olunmaq istəmədi. Əlbəttə ki, o zaman İran mühafizəkarlarının arasında sərt qırmızı xətləri vardı, onlar Amerikanın İran bazarına daxil olmasının İran daxilində də Amerikanın təsirinə səbəb olacağından və nəticədə onların öz nəzarətini pozacağından qorxurdular".
İndi isə Xamnəinin yaşıl işığı ilə İran ən azı məhdud investisiyalara açıq görünür.
Y. QACAR
Bölməyə aid digər xəbərlər

Bu gün, 00:01
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
Dünən, 14:58
Vladimir Putin İlham Əliyevə zəng edib
Dünən, 12:00
Ali Məhkəməyə hakim təyinatları təsdiqlənib
Dünən, 11:46
Rusiyaya qarşı üç qanun layihəsi hazırlanıb
23-10-2025, 15:34
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
23-10-2025, 11:05
Qarşıdurmada olan iki güclü dövlətin lideri müzakirələrə hazırlaşır
23-10-2025, 09:15
Tramp Rusiyanın neft nəhənglərini hədəfə alıb - Sanksiya
23-10-2025, 07:09
Tramp Putinlə görüşünü ləğv edib
22-10-2025, 19:39
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
22-10-2025, 15:07
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
22-10-2025, 13:33
Mərkəzi Asiyadakı qaz kəməri...
22-10-2025, 10:47
Nikol Paşinyan: İlham Əliyev çox pozitiv addım atdı
22-10-2025, 10:25
Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
21-10-2025, 19:15
Həcc ziyarətinə sənəd qəbulu başlayır
21-10-2025, 17:59
Astanada Əliyevlə Tokayev təkbətək görüşüb, birgə bəyanat veriblər - (Yenilənib) - Fotolar
21-10-2025, 13:59
Ukrayna parçalana bilər
21-10-2025, 12:38
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
21-10-2025, 12:36
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
21-10-2025, 11:48
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
21-10-2025, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
20-10-2025, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
20-10-2025, 16:07
Mollazadə: Putin-Tramp görüşündə müsbət nəticə əldə edilməyəcək
20-10-2025, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
20-10-2025, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
20-10-2025, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
20-10-2025, 09:21
Dayanıqlı iqtisadiyyatı olan ölkələrin reytinqi açıqlanıb - Siyahı
20-10-2025, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır

ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki