Gürcüstanın sabiq baş naziri siyasətdən gedib
Tarix: 25-04-2025 12:32 | Bölmə: Xəbərlər
Gürcüstanın sabiq baş naziri siyasətdən gedib

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Qaribaşvili siyasətdən getdiyini elan edib.

O, bu barədə partiyanın ofisində keçirdiyi brifinqdə bildirib.

İ. Qaribaşvili 2024-cü il fevralın 1-də hakim partiyanın sədri seçilmişdi.

O, iki dəfə Gürcüstanın baş naziri olub(Report).




Bölməyə aid digər xəbərlər