Bəzi çaylarda su artıb
Tarix: 25-04-2025 09:54 | Bölmə: Xəbərlər
Bəzi çaylarda su artıb

Azərbaycan ərazisindən keçən bəzi çaylarda su artıb.

Reyting.az
Milli Hidrometeorologiya Xidmətinə istinadla bildirir ki, Böyük Qafqaz ərazisindən axan Əyriçay-Ağyazıda 2 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Tərtərçay-Kəlbəcərdə 17 sm, Zabuxçay-Bozluda 14 sm, Tərtərçay-Vəngdə 9 sm, Oxçuçay-Bürünlüdə 5 sm, Həkəriçay-Balasoltanlıda 4 sm artım qeydə alınıb.

Transsərhəd çaylarda Kür-Qıraqkəsəmən məntəqəsində su 5 sm artıb, su sərfi 665 m3/san olmaqla normanın 93 faizini təşkil edir.




Bölməyə aid digər xəbərlər