16:40 / 22-04-2025
Xarkova kütləvi hücum olub
Azərbaycan kommunistlərinin lideri Moskvaya gedib - Foto
Tarix: 22-04-2025 19:38 | Bölmə: Siyasət
Azərbaycan kommunistlərinin lideri Moskvaya gedib

Azərbaycan Kommunist Hərəkatının lideri Telman Nurullayev Rusiya Kommunist Partiyasının dəvəti ilə Moskvaya səfər edib. O, başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə V.İ.Leninin anadan olmasının 155 illiyinə həsr olunmuş tədbirə də qatılıb.

Bunu Reyting.az-a Azərbaycan Sosialist Hərəkatının sədri Ədalət Abdinov deyib.

"Azərbaycan kommunistlərin rəhbəri rusiyalı həmkarları ilə birlikdə sovet dövlətininin yaradıcısı Leninin mavzoleyinə əklil və gül dəstələri qoyub. Yoldaş Telman Nurullayev bu yaxınlarda anadan olmasının 155 illiyi qeyd edilən Leninin silahdaşı, Azərbaycan sovet dövlətinin başçısı Nəriman Nərimanovun Kreml divarındakı məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb", - Abdinov əlavə edib.



V. QULİYEV




Bölməyə aid digər xəbərlər