İlhamə Elşadqızının həbs müddəti uzadılıb
Tarix: 21-04-2025 11:31 | Bölmə: Xəbərlər
İlhamə Elşadqızının həbs müddəti uzadılıb

“TikTok”da özünü şair kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızı barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, bununla bağlı təqdimata Yasamal Rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqdimatı təmin edib və təqsirləndirilən şəxsin həbs müddəti 15 gün uzadılıb.

Xatırladaq ki, İlhamə Elşadqızına Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb

Qeyd edək ki, “TikTok” əməliyyatları çərçivəsində aparıcı Azər Zahid , Abdullayev Emin və Rəşad qardaşları və digərləri saxlanılıb. Onların barəsində həbs qərarı çıxarılıb.

İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən "TikToker"lərin iştirakı ilə təşkil olunan yarışmalarda iştirakçı olub.




Bölməyə aid digər xəbərlər