Bakıda güclü yanğın olub - (Yenilənib) - Video
Tarix: 20-04-2025 15:31 | Bölmə: Xəbərlər
Bakıda güclü yanğın olub - (Yenilənib)

Bakı şəhərində güclü yanğın başlayıb.

Reyting.az
-ın məlumatına görə, hadisə Dərnəgül ərazisində, Ağasadıq Gəraybəyli küçəsində yerləşən "Tayqa" marketlər şəbəkəsinin əsas bazasında baş verib.

Yanğının söndürülməsi üçün yanğınsöndürənlər tərəfindən tədbirlər görülür.

Hadisə baş verən ərazidən görüntüləri təqdim edirik:



***

Binəqədi rayonunda yerləşən obyektdə baş verən yanğının qarşısı qismən alınıb.

FHN-nin Mətbuat xidmətinin məlumatına görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhərinin Binəqədi rayonunda yerləşən obyektdə baş vermiş yanğın tam söndürülüb.

Reyting.az
-ın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Yanğın nəticəsində marketə məxsus ümumi sahəsi 1600kv.m olan anbar 650kv.m sahədə yanıb.

Anbarın qalan hissəsi yanğından mühafizə olunub, habelə yanğının digər obyektlərə keçməsinə imkan verilməyib.






Bölməyə aid digər xəbərlər