Tramp: Krım Rusiyanın tərkibində qalacaq
Tarix: 25-04-2025 15:02 | Bölmə: Slayd
Tramp: Krım Rusiyanın tərkibində qalacaq

ABŞ prezidenti Donald Tramp işğal olunmuş Krımı Rusiya ərazisi kimi tanımaq istədiyini təsdiqləyib.

Reyting.az
xəbər verir ki, “TIME” jurnalına müsahibəsində D. Tramp növbəti dəfə Ukraynanı Rusiya Federasiyası ilə müharibəyə başlamaqda ittiham edib.

Onun sözlərinə görə, Kiyev Şimali Atlantika Alyansına (NATO) üzv olmaq istəyini bəyan etdikdən sonra Rusiya prezidenti Vladimir Putin hücuma keçmək qərarına gəlib:

"Düşünürəm ki, müharibə onlar NATO-ya daxil olmaq haqqında danışmağa başlayanda başlayıb. Krım Rusiyanın tərkibində qalacaq".

E. KAMAL




Bölməyə aid digər xəbərlər