Prezident İlham Əliyevin Çində rəsmi qarşılanma mərasimi keçirilib - (Yenilənib) - Fotolar
Tarix: 23-04-2025 12:53 | Bölmə: Gündəm
Prezident İlham Əliyevin Çində rəsmi qarşılanma mərasimi keçirilib - (Yenilənib)

Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.

Reyting.az
xəbər verir ki, Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsinin düzüldüyü və hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Çin Xalq Respublikasının Sədri Si Cinpin və birinci xanım Pen Liyuan İlham Əliyevi və Mehriban Əliyevanı qarşılayıblar.

Çin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olunub.

Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

Azərbaycan prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçib.

Sonra dövlət başçıları rəsmi foto çəkdiriblər.


















Bölməyə aid digər xəbərlər