Məxfi məlumatların mətbuata necə sızmasını araşdıracaqlar
Tarix: 25-04-2025 14:42 | Bölmə: Dünya
Məxfi məlumatların mətbuata necə sızmasını araşdıracaqlar
ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard məxfi məlumatların jurnalistlərə sızdırılmasında şübhəli bilinən iki şəxslə bağlı materialları Ədliyyə Nazirliyinə təhvil verib.

Reyting.az
“Washington Post” qəzetinə istinadla bildirir ki, daha bir sızma ilə bağlı materiallar nazirliyə göndərilmək üçün hazırlanır.

Məlumata görə, sözügedən işlərdən biri Venesuela cinayətkar qrupu Tren de Aragua haqqında “Washington Post” nəşrinə aiddir. Qabbardın fikrincə, təqsirkarlar “dərin dövlətin cinayətkarlarıdır”.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər