Daxili təhlükəsizlik nazirini qarət ediblər
Tarix: 22-04-2025 08:22 | Bölmə: Xəbərlər
Daxili təhlükəsizlik nazirini qarət ediblər
Kristi Noem

ABŞ-nın Daxili təhlükəsizlik naziri Kristi Noem aprelin 20-də axşam saatlarında Vaşinqtonun mərkəzindəki "The Capital Burger" restoranında qarət edilib – onun pul kisəsi oğurlanıb. Mediaya sızmaması üçün hadisəni ört-basdır etməyə çalışan rəsmilər Ağ evin tövsiyəsi ilə bu barədə susmağa qərar veriblər.

Reyting.az
-ın məlumatına görə, CNN kanalının etibarlı mənbəsi bildirib ki, artıq Noemin təhlükəsizliyini təmin edən Məxfi Xidmət əməkdaşları restoranda, eləcə də ətrafda olan bütün müşahidə kameralarını xüsusi nəzarətə almaqla, görüntüləri nəzərdən keçiriblər. Görüntülərdən məlum olub ki, tibbi maska taxmış naməlum şəxs çantanı oğurlayandan sonra müəssisəni sürətlə tərk edib.

Pul kisəsində Noemin sürücülük vəsiqəsi, dərmanlar, makiyaj çantası, həmçinin mənzilin açarları, pasportu, iş vəsiqəsi və təxminən üç min dollar olub.

Aprelin 21-də bu xəbər artıq mediada yayılandan sonra K. Noem belə bir hadisənin baş verdiyini təsdiqləyib.

Telekanalın mənbələrinə görə, araşdırma aparan Məxfi Xidmət bununla bağlı təcili hərəkətə keçib. Onlar nazirə məxsus bütün vəsaitləri və eyni zamanda digər maliyyə qaynaqlarını nəzarətə götürməklə, hər hansı istifadəni izləmək üçün tədqiqatlara başlayıblar.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər