Ali Rada baş naziri istefaya göndərib
Tarix: 16-07-2025 18:05 | Bölmə: Xəbərlər
Ali Rada baş naziri istefaya göndərib

İyulun 16-da Ukrayna Ali Radası baş nazir Denis Şmıqalın və onun hökumətini istefaya göndərib.

Reyting.az
UNİAN-a istinadla bildirir ki, müvafiq qərarın lehinə 261 deputat səs verib.

İndi bütün nazirlər “vəzifəsini icra edəcək”. Sabah isə yeni baş nazir təyin etməlidirlər.

Həmçinin səsvermə başlamazdan əvvəl Denis Şmıqal çıxış edib. O, əsgərlərə, cəbhəni saxlayan bütün ukraynalılara, prezidentə, Nazirlər Kabinetinin komandasına, nazirlik və idarələrin rəhbərlərinə, xalq deputatlarına, Ukrayna biznesinə, eləcə də beynəlxalq tərəfdaşlara təşəkkür edib.

Qeyd edək ki, baş nazir Denis Şmıqal beş ildən artıq hökumətə rəhbərlik edib. Bu, Ukrayna baş nazirləri arasında ən uzun müddətdir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər