Rostovda partlayış və yanğınlar var
Tarix: 27-08-2025 08:09 | Bölmə: Xəbərlər
Rostovda partlayış və yanğınlar var

Rusiyanın Rostov şəhərində partlayışlar olub, bundan sonra şəhərin mərkəzində yanğın başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə “Rostov News | 161.ru” Teleqram kanalı məlumat yayıb.

“Hazırda Rostovda partlayış səsləri eşidilir. Mərkəzdə nəsə yanır", - məlumatda deyilir.

Bundan əlavə, yerli sakinlər güclü partlayış və ardınca yanğın olduğunu bildiriblər.

Telegram kanalı ən azı iki partlayış səsinin eşidildiyini, bundan sonra tüstünün göründüyünü bildirib.

Şahidlərin sözlərinə görə, bundan əvvəl səmada Ukrayna Silahlı Qüvvələrinin alçaqdan uçan pilotsuz təyyarələri görünüb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
22-08-2025, 14:28 Baş mühasib həbs olunub