Ruslar bir gecədə 122 PUA vurub
Tarix: 17-07-2025 09:13 | Bölmə: Xəbərlər
Ruslar bir gecədə 122 PUA vurub

Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiya Federasiyasının vilayətləri üzərində Ukraynanın 122 pilotsuz təyyarəsini (PUA) məhv edib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ötən gecə, iyulun 16-sı Moskva vaxtı ilə saat 23:30-dan iyulun 17-si səhər saat 07:00-a qədər Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın stasionar qanadlı 122 PUA-sını ələ keçirib və məhv edib. PUA-lar Bryansk, Oryol, Smolensk, Voronej, Belqorod, Kaluqa, Leninqrad, Lipetsk, Moskva vilayəti və Krım üzərində məhv edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər