Zelenski: "Rusiya indi atəşkəsə daha çox meyillidir"
Tarix: 07-08-2025 00:07 | Bölmə: Xəbərlər
Zelenski: "Rusiya indi atəşkəsə daha çox meyillidir"

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffla danışıqlar zamanı Rusiya indi Ukrayna ilə atəşkəs əldə etməyə daha çox meyilli olduğunu göstərib.

Bu barədə Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində bildirib.

O, Uitkoffun Moskvaya səfərindən sonra ABŞ prezidenti Donald Trampla danışdığını xatırladıb:

“Biz Moskvada deyilənləri müzakirə etdik. Belə görünür ki, Rusiya indi atəşkəsə daha çox meyillidir. Onlara təzyiqlər işləyir. Amma əsas odur ki, bizi və ya aldatmasınlar”, - Zelenski vurğulayıb.

Həmçinin, prezidentin sözlərinə görə, Ukrayna tərəfdaşlarına ümumi mövqe və ümumi baxışı əlaqələndirmək üçün yaxın vaxtlarda təhlükəsizlik üzrə müşavirlərin görüşünü keçirməyi təklif edib(Report).




Bölməyə aid digər xəbərlər