Tramp yeni tariflərin tətbiqinə hazırlaşır
Tarix: 05-08-2025 17:37 | Bölmə: Xəbərlər
Tramp yeni tariflərin tətbiqinə hazırlaşır

Vaşinqton tezliklə yarımkeçiricilərə və mikroçiplərə yeni tariflər tətbiq edəcək.

Reyting.az
xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp avqustun 5-də CNBC telekanalına müsahibəsində bildirib.

Tramp deyib ki, yeni tariflərlə bağlı qərar "yaxın bir həftə ərzində" veriləcək.

Xatırladaq ki, iyulun 31-də Tramp tərkibində mis olan bir sıra idxal mallarına 50 faiz əlavə rüsumların tətbiqi haqqında sərəncam imzalayıb. Bu qərara səbəb milli təhlükəsizlik maraqları göstərilir.

ELÇİN




Bölməyə aid digər xəbərlər