Hərbi xidmətə çağırışdan kimlərə möhlət verilir? - Siyahı
Tarix: 15-08-2025 16:41 | Bölmə: Xəbərlər
Hərbi xidmətə çağırışdan kimlərə möhlət verilir?

Müddətli həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət hüququ yalnız ailədə yeganə himayədar olan şəxslərə şamil olunur.

Reyting.az-
ın məlumatına əsasən, “Qafqazinfo” qanunvericiliyə istinadən xəbər verir ki, bu möhlət aşağıdakı hallarda tətbiq edilir:

- Başqa övladı olmayan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və ya anaya baxan çağırışçıya;

- Üç və daha çox övladı olanlara;

- Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş həyat yoldaşı olanlara;

- 8 yaşınadək üç və ya daha çox uşağı təkbaşına böyüdən ata və ya anaya;

- 18 yaşınadək və ya ağır əlilliyi olan qardaş və ya bacısına baxan, başqa himayəçi ailə üzvü olmayan çağırışçıya.




Bölməyə aid digər xəbərlər