Yaponiyada ayı turistlərə hücum edib
Tarix: 15-08-2025 08:16 | Bölmə: Xəbərlər
Yaponiyada ayı turistlərə hücum edib

Təxminən 20 yaşlarında olan iki gənc Rausu vulkanına tamaşa etməkdən ötrü Yaponiyanın Hokkaydo perifektindəki Şiretoko yarımadasına qalxanda ayının hücumuna məruz qalıblar.

Reyting.az
xəbər verir ki, bu barədə “NHK World” telekanalı məlumat yayıb.

Bildirilir ki, hücuma məruz qalanlardan biri polisə zəng edərək ayının dostuna hücum edərək onu meşəyə sürüklədiyini deyib.

Az sonra xilasedici helikopterlərlə dağlardan təxminən on turist təxliyə edilib. Polisə zəng edən də xilas edilib, amma onun dostunun taleyi barədə heç nə məlum deyil.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər