Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevin cinayət işi üzrə istintaq başa çatıb
Tarix: 15-08-2025 13:25 | Bölmə: Slayd
Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevin cinayət işi üzrə istintaq başa çatıb

Xaricdə yaşayan bloggerlər Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevin ayrı-ayrılıqda barələrində aparılan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində barələrində qiyabi icraat aparılan Qurban Məmmədov, Tural Sadıqlı və Orxan Ağayevə, onların müdafiəçilərinə cinayət işinin materialları ilə tanış olmaq üçün 2025-ci il avqustun 20-dən etibarən vaxt məhdudiyyəti qoyulmadan şərait yaradılacaq.

Onlara izah edilir ki, istintaqa gəlmədikləri halda Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən toplanmış materiallar məhkəməyə göndərilə bilər. Bu halda onun haqda qiyabi hökm və ya digər yekun məhkəmə qərarı çıxarılması mümkündür.

Qeyd edək ki, Qurban Məmmədov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2, 214-2, 281.2 maddələri ilə, Tural Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1, 220.2, 281.2 və 320.1-ci maddələri ilə, Orxan Ağayev barəsində isə 220.2 və 281.2-ci maddələri cinayət işi açılıb, qiyabi olaraq barələrində həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər