18:03 / 13-08-2025
Tiktoker qəzaya düşüb
Nazirlik botoksla bağlı xəbərdarlıq edir
Tarix: 13-08-2025 16:13 | Bölmə: Xəbərlər
Nazirlik botoksla bağlı xəbərdarlıq edir

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi bildirir ki, bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks) estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatlar (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunur.

Reyting.az
xəbər verir ki, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır.

Mənşəyi məlum olmayan bu maddələr insan sağlamlığı üçün ciddi risk yaradır: ağır allergik reaksiyalar, sinir sistemi və dəri zədələnmələri, digər ciddi fəsadlar mümkündür. Tibbi və kosmetoloji prosedurlar yalnız lisenziyalı tibb müəssisələrində, müvafiq ixtisasa malik həkimlər tərəfindən icra edilməlidir.




Bölməyə aid digər xəbərlər