Rus ordusu həkim və xilasedicilərə hücumları artırır - Foto
Tarix: 15-08-2025 11:28 | Bölmə: Dünya
Rus ordusu həkim və xilasedicilərə hücumları artırır

İyul ayında Rusiya qüvvələri Ukraynanın fövqəladə xidmətlərinə hücumların sayını üç dəfə artırıb.

Reyting.az
xəbər verir ki, ay ərzində "Sky News" 16 belə hücumu təsdiqləyib.

Qeyd olunur ki, Rusiya qoşunları Ukraynanın xilasedici maşınlarının məhvini əks etdirən kadrları yaymaqdan da çəkinmir. Ümumilikdə, 2024-cü ilin yanvar ayından etibarən "Sky News" Data & Forensic komandası, press-relizləri təhlil edərək, Rusiya tərəfindən Ukrayna xidməti maşınlarına 82 hücum hadisəsi aşkarlayıb.

Bu rəqəmə xilasedici maşınların Rusiya hərbçiləri tərəfindən hədəfə alındığı, lakin vurulmadığı hallar daxil deyil. Nəqliyyatın cəlb olunmadığı fövqəladə hallar xidməti əməkdaşlarına hücumlar da nəzərə alınmır.



Çoxlu sayda insident Rusiya Federasiyasının mülki tibb işçilərinə sistematik hücumlarını göstərir ki, bu da Cenevrə Konvensiyası ilə birbaşa qadağandır.

"Ruslar ukraynalıların döyüşmək iradəsini sarsıtmaq üçün təcili yardım maşınlarını hədəfə alırlar. Onlar ukraynalıları həkim olmaqdan, könüllülükdən çəkindirmək istəyirlər, bunu mümkün qədər təhlükəli etmək istəyirlər və onlar insan həyatına hörmətlə yanaşmırlar, buna görə də heç bir beynəlxalq qanunlara əməl etməyəcəklər",- Atlantic Şuranın baş əməkdaşı Melinda Harinq deyib.

O, həmçinin vurğulayıb ki, Rusiya iki zərbə taktikasına üstünlük verir: hücum, xilasedicilər gəlir, sonra isə xilasediciləri məhv etmək üçün ikinci zərbə.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər