12:53 / 12-09-2025
Sabah yağış yağacaq
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
Tarix: 12-09-2025 17:50 | Bölmə: İqtisadiyyat
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"

“Bakı Metropoliteni” tariflərin artırılması və azaldılması kimi səlahiyyətə sahib deyil. Bizim səlahiyyətlər çərçivəsində olmadığına görə bu mövzu müzakirə edilmir”.

Reyting.az
xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında “Bakı Metropoliteni”nin sədrinin müşaviri Emil Əhmədov bildirib.

O qeyd edib ki, metroda ümumi gedişhaqqı artmasa da, gələcəkdə diferensial qiymət artımı ola bilər:

“Bu, gündəmdə olan məsələdir. Lakin bunun üçün müvafiq tamamlama və infrastruktur işlərinin yekunlaşması və ödənişlərin tətbiqi, başqa məsələlər var. Bunlar gələcəkdə nəzərdə tutula bilər. Lakin bu gün bu barədə yekun qərar yoxdur”.




Bölməyə aid digər xəbərlər