15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
Tarix: 12-09-2025 15:43 | Bölmə: Siyasət
Kürşad Zorlu Naxçıvana gəlib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin müavini, Türk dövlətləri ilə əlaqələr Baş İdarəsinin rəhbəri Kürşad Zorlu Naxçıvana səfərə gəlir.

O, bu barədə "X"də yazıb.

"Bu gün Naxçıvan-İğdır xəttində ilk dayanacağımız Türk dünyasının strateji mərkəzlərindən biri – "Türk qapısı" Naxçıvan olacaq. Qarşıdakı dövrdə Azərbaycan-Türkiyə qardaşlığının bölgəmizdə formalaşdıracağı sülh və rifah mühiti məhz Naxçıvan xəttindən yüksələcək",- sədr müavini qeyd edib.

***

Sentyabrın 12-də Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlunun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Reyting.az
 xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.




Bölməyə aid digər xəbərlər