Fələstini dövlət kimi tanıyanların sayı artır
Tarix: 22-09-2025 07:46 | Bölmə: Xəbərlər
Fələstini dövlət kimi tanıyanların sayı artır

Böyük Britaniyadan sonra Kanada və Avstraliya da Fələstin dövlətini tanıyıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, baş nazir Entoni Albanesə görə, Avstraliya “müstəqil və suveren” Fələstin dövlətini rəsmən tanıyır.

Onu da qeyd edək ki, Fələstin Administrasiyası beynəlxalq ictimaiyyət qarşısında ölkədə zəruri islahatlar aparmağı və 2026-cı ildə ümumi seçkilər keçirməyi öhdəsinə götürüb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər